Qəza () — 1.Orta əsrlərdə Osmanlı imperiyasında qazının olduğu inzibati ərazi – ilçə, qəza adlanırdı. 2.XIX əsrdə rusca "uyezd" sözünün qarşılığı kimi Azərbaycan dilində işlənməyə başladı. Vaxtilə bəzi ölkələrin inzibati ərazi bölgüsündə tətbiq edilmiş və hazırda da bəzi ölkələrin inzibati ərazi bölgüsündə tətbiq edilən inzibati ərazi vahidi (adətən, 1-ci və 2-ci dərəcəli olur); Orta əsrlər Rusiyasında torpaq sahəsi.
Rusiya imperiyasında 1775-ci ildən inzibati ərazi bölgüsündə tətbiq edilmiş 2-ci dərəcəli inzibati ərazi vahidi (). Quberniyaların, yaxud vilayətlərin əraziləri inzibati cəhətdən qəzalara bölünürdü. RSFSR və SSRİ dövründə - 1929-cu ildə, həyata keçirilmiş inzibati islahatlar nəticəsində, inzibati bölgüdə qəza inzibati vahidindən tamamilə imtina edilmişdir. Cənubi Qafqazın, o cümlədən Azərbaycanın şimalının Rusiya işğalı dövründə, 1840-cı ildən, bu ərazi nzibati cəhətdən 2-ci dərəcəli qəzalara bölünürdü. Estoniya, Latviya, Moldaviya və Adayev qəzasında isə inzibati bölgüdə qəza inzibati vahidindən 1940-cı ildən imtina edilmişdir. Azərbaycan SSR-də 1920-ci ildən 1929-cu ilə qədər 1-ci dərəcəli inzibati ərazi vahidi. Latviyada 1920-ci ildən 1949-cu ilə qədər inzibati bölgüdə tətbiq edilmiş 1-ci dərəcəli inzibati ərazi vahidi (). Litvada inzibati ərazi bölgüsündə tətbiq edilən 1-ci dərəcəli inzibati ərazi vahidi (); hazırda Litva ərazisi inzibati cəhətdən 10 qəzaya bölünür. Estoniyada inzibati ərazi bölgüsündə tətbiq edilən 1-ci dərəcəli inzibati ərazi vahidi (); hazırda Estoniya ərazisi inzibati cəhətdən 15 qəzaya bölünür. Moldovada 2003-c ilə qədər, Rumıniyada isə hazırda da 1-ci dərəcəli inzibati ərazi vahidi (). Polşada 2-ci dərəcəli inzibati ərazi vahidi (). 1999-cu ildən Polşada 379 qəza - povyat var. Çində 3-cü dərəcəli inzibati ərazi vahidi. Çin Respublikasında (Tayvan) 2-ci dərəcəli inzibati ərazi vahidi; Çin Respublikasının ərazisi inzibati cəhətdən 18 qəzaya bölünür. Koreya Respublikasında 2-ci dərəcəli inzibati ərazi vahidi; KXDR-da 144 qəza var. Cənubi Koreya Respublikasında 84 qəza var. Yaponiyada 2-ci dərəcəli inzibati ərazi vahidi, 2007-ci ildə Yaponiyada 398 qəza vardı.
Kateqoriya:Rus dilində sözlər və ifadələr Kateqoriya:Tarixi vilayətlər Kateqoriya:Rusiyanın inzibati bölgüsü Kateqoriya:SSRİ tarixi