thumb|250px| Voyager Qızıl Plastinkası thumb|250px| Voyager Qızıl Plastinkasının Qutusu Voyacer qızıl plastinkası — 1977-ci ildə Voyacer 1 kosmik gəmisində kosmosa göndərilən müxtəlif informasiyalar yığımından ibarətdir. Burada Yer sivilizasiyası haqqında dolğun informasiya, şəkillər və musiqi parçaları vardı. Voyacer-1-in 40.000 il sonra 17.6 işıq ili uzaqlıqda olan AC+79 3888 ulduzuna çatması gözlənilir.
İçindəkilər Amerikalı astronom Karl Saqanın hazırladığı plastinkanın içərisində 116 şəkil, 55 dildə müxtəlif salamlama və diləklər və 27 musiqi parçası vardı. Həmçinin BMT başçısı Kurt Valdhaym və ABŞ prezidenti Cimmi Karterin səsli mesajları əlavə olunmuşdur. Voyacer qızıl plastinkasının içərisinə 27 melodiya daxil olunmuşdur. Bu melodiyalardan biri Kamil Cəlilovun balaban ilə çaldığı "Muğam" adlanan kompozisiyadır.
Material Plastinka qızılla örtülmüş misdən düzəldilmişdir. Plastinkanın qutusu alüminiumdur ve tam saflaşdırılmış uran-238 izotopu ilə örtülmüşdür. Uran-238-in yarım parçalanma periodu 4.51 milyard ildir. Plastinkanı ələ keçirdən mümkün varlıqlar uranın radioaktiv parçalanmasından yaranan elementlərə olan nisbətinə baxaraq plastinkanın yaşını təyin edə bilər.
İstinadlar
Xarici keçidlər Voyager Golden Records Azərbaycan muğamı sayt — YouTube
Kateqoriya:Voyacer proqramı Kateqoriya:Yerdənkənar intellekt axtarışı Kateqoriya:Zaman kapsulları Kateqoriya:Cəmiyyətdə texnologiya Kateqoriya:1977-ci ilin musiqi albomları