Xalidə Şərifova () — aktrisa.
Həyatı Şərifova Xalidə Xəlil qızı 8 aprel 1959-cu ildə Şamaxıda anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirmişdir. O, 1973-cü ildə Lənkəran Dövlət Teatrında aktrisa kimi fəaliyyətə başlamış və teatrın səhnəsində S. Vurğun "Fərhad və Şirin"də Şirin, "Vaqif" də Gülnar, C. Məmmədquluzadə "Ölülər"də Nazlı, H. Cavid "Topal Teymur" da Olqa və s.obrazlar yaratmışdır.
Şərifova Xalidə 1994-cü ildən 2001-ci ilə qədər Akademik Milli Dram Teatrında çalışmışdır. O, teatrın səhnəsində N. Hacızadə "Məhəbbət yaşadır" da Nilufər, D. Aslan "Dindirir əsr bizi"ndə Sabah, İ. Əfəndiyevin "Hökmdar və qızı"nda Haykanuş, S. Vurğunun "Fərhad və Şirin"ində Şirinin rəfiqəsi, Ç. Aytmatov "Sokratı anma gecəsi"ndə Kədər, Hidayət "Bu dünyanın adamları"nda Sevər kimi rollar oynamışdır. 2001-ci ildə müqavilə müddəti bitdiyinə görə işdən azad edilmişdir. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Ailəlidir.
Əsas rolları Qış nağılı (U. Şekspir) — Utrata Fərhad və Şirin (S. Vurğun) — Şirin Tufan (N. Ostrovski) — Katerina Yudif (A. Tamsaare) — Yudif Topal Teymur (H. Cavid) — Olqa Tartüf (J. B. Molyer) — Marianna Ölülər (C. Məmmədquluzadə) — Nazlı Hacı Qənbər (N. B. Vəzirov) — Cavahir Silahdaş (Y. Əzimzadə) — Rübabə Oktay Eloğlu (C. Cabbarlı) — Sevər Şəhərin yay günləri (Anar) — Qumru Əliqulu evlənir (S. Rəhman) — Qumral Lənkəran xanının vəziri (M. F. Axundov) — Nisə xanım Avtobus (S. Stratiyev) — qız Gecən xeyrə qalsın, ana (M. Norman) — Cessi Eşq və intiqam (S. S. Axundov) — Yasəmən Hökmdar və qızı (İ. Əfəndiyev) — Haykanuş Dar ağacı (B. Vahabzadə) — xala Bu dünyanın adamları (H. Orucov) — Nərgiz Məhəbbət yaşadır (N. Hacızadə) — Nulufər Fedra (J. Rassin) — İsmena Dindirir əsr bizi (D. Aslan) — Sabah xanım Ölülər (C. Məmmədquluzadə) — Zeynəb Tıq-tıq xanım (A. Şaiq) — nağılçı Mənim ağ göyərçinim (T. Vəliyeva) — valideyn Buzovna kəndinin əhvalatları (Elçin) — Əminə Qaraca qız (S. S. Axundov, A. Şaiq) — Yasəmən
Filmoqrafiya Cansıxıcı əhvalat (film, 1988) Canavar balası Yağışdan sonra (film, 1998) Çinarlı şəhərin generalları. Birinci film (film, 1999) Nə gözəldir bu dünya... (film, 1999) Yeni həyat (2005)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları