Azad Talışoğlu (; ) — Azərbaycan şairi. Bakı Şəhər Daxili İşlər İdarəsinin, Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat şöbəsinin rəisi işləyib.
Həyatı Azad Əkbər oğlu Quliyev 1924-cü il 21 yanvarda Masallı rayonunun Qodman kəndində dünyaya gəlib. 1942-ci ildə, 18 yaşında Böyük Vətən Müharibəsinə səfərbər olunub. 1943-cü ildə döyüşlərin birində ağır yaralanıb. Müharibədən sonra 1945-ci ildən etibarən daxili işlər orqanlarında sıravi milis kimi işə başlayıb. Sonralar milis polkovniki rütbəsinə qədər yüksəlib. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirəndən sonra SSRİ DİN-də bir çox məsul vəzifələrdə çalışıb. Bakı Şəhər Daxili İşlər İdarəsinin, DİN-in pasport qeydiyyatı şöbəsinin rəisi işləyib. Ədəbiyyatşünas Rüstəm Rüstəmzadə 26 avqust 1974-cü ildə "Vətən naminə" ("Kirovabad kommunisti") məqaləsində Azad Talışoğlunun yaradıcılığının əsasını "vətənpərvərlik, beynəlmiləlçilik, humanist ruhlu" şeirlərin təşkil etdiyini yazmışdı.
Azad Talışoğlu 2008-ci ildə vəfat edib.
Ədəbi fəaliyyəti Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub. 1950-ci illərdən başlayaraq dövrü mətbuatda lirik şeirləri dərc edilib. İlk şeir nəşri isə 1954-cü ilə təsadüf edir. "Talış dağları", "Çiçəkli diyar" , "Ana məhəbbəti", "Vətən eşqi" və başqa kitablarında xalqa, vətənə, anaya, həmçinin birlikdə çalışdığı asayiş keşikçilərinə həsr etdiyi şeirlər yer almışdır. Azad Talışoğlunun qələmə aldığı son kitablarından biri müğənni Ruzə İbişovanın həyat və yaradıcılığına həsr olunmuşdur ("Sən oxuyanda". 2004). 2005-ci ilin yanvarında bu kitabın "Vahid" Poeziya Evində təqdimat mərasimi keçirilmişdir. Azad Talışoğlu Azərbaycan dili ilə yanaşı Talış dilində də şeirlər yazırdı. Bəstəkar Oqtay Kazımi Azad Talışoğlunun, "Polis qardaşım" şeirinə mahnı bəstələyib.
Əsərləri "Talış Dağları" (Bakı, 1962) "Çiçəkli diyar" (Bakı, 1964) "Ana məhəbbəti" (Bakı, 1967) "Könül nəğmələri" (Bakı, 1969) "Səni unuda bilmədim" (Bakı, 1970) "Vətən eşqi" (Bakı, 1973) "Mavi ulduzlar" (Bakı, 1976) "Gəldim görüşünə" (Bakı, 1979) "Şəlalə" (Bakı, 1980) "Salam Ana Yurdum" (Bakı, 1985) "Hünər" (Bakı, 1987) "Bizim Ellər" (Bakı, 1987) "Bayatılar" (Bakı, 1991) "Sən oxuyanda" (Bakı, 2004)
Haqqındakı xatirələr
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Talış şairlər Kateqoriya:Talış dilində yazan şairlər Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər