Oleq Səfərəliyev () — rejissor, ssenari müəllifi və film prodüseri.
Həyatı
Oleq Səfərəliyev 13 oktyabr 1952-ci ildə Qazaxıstanın Cambul vilayətində anadan olub.
1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini, 1988-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini – Sergey Solovyovun emalatxanasını bitirib.
1987-ci ildə “Murad-Sad” adlı diplom işini çəkib və elə o vaxtdan “Mosfilm”ə dəvət olunub.
1991-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrında Xalq yazıçısı Rüstəm İbrahimbəyovun “Ailə çərçivəsi” pyesini səhnələşdirib.
1993-2003-ci illərdə Rusiyanın “ORT”, “RTR” və başqa telekanallarında fəaliyyət göstərib.
1995-2005-ci illərdə “Avrasiya-Film” kino şikrətinin baş prodüseri olub.
“Canlı yayım” (1989, rejissor), “Kilsə”(sənədli film, 2003), “Müdriklərlə söhbətlər”(sənədli film, 2004), “Ka-De-Bo” (2007, rejissor, ssenari müəllifi, prodüser), “Savva Morozov” (2007, serial, rejissor), “Petrovka 38, Semyonovun komandası” (2009, rejissorlardan biri, serial), “Qorxu mağarası” (2010, rejissor), “Dəlisov yubiley” (2011, kreativ prodüser), “Növbətçi mələk-2” (2012, serial, rejissor ), “Qadınlar və digər bəlalar” (2014, serial, rejissor) filmlərini çəkib.
2014-cü ildə Şəki televiziyası üçün “Yeni il səfəri” adlı musiqili televiziya filmini çəkib.
Filmoqrafiya Murad-Sad (film, 1988) Birbaşa efir (film, 1989) Çalışan adam (film, 1996) Prezident və xanımı (film, 1996) Əlvida, cənub şəhəri (film, 2006) Qar kraliçası (film, 2006) Savva Morozov (serial, 2007) Petrovka, 38. Semenovun komandası (serial, 2008) Məni tap (film, 2010) Dəlisov yubiley (film, 2011) Növbətçi mələk 2 (serial, 2012) Qadınlar və digər problemlər (serial, 2014) Ka-de-bo (film, 2016)
Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
İstinadlar
Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:Rusiya prodüserləri Kateqoriya:SSRİ kinorejissorları