Hacı Mir Əhməd Hacı Seyid Mürtəza oğlu Mürtəzəvi (?-?) — İran Məşrutə hərəkatının üzvü.
Həyatı Hacı Mir Əhməd Hacı Seyid Mürtəza oğlu Mürtəzəvi Təbriz şəhərində anadan olmuşdu. Atası sərraf idi. Hacı Mir Mənaf sərrafın qohumlarındandır. Müzəffərəddin şahın hakimiyyəti dönəmində Tehrana köçdü və dədə-baba sənətləri sərraflıqla məşğul olmağa başladı.
Hacı Mir Əhməd Mürtəzəvi birinci İran Milli məclisinə tacirlər tərəfindən vəkil seçildi.
Hacı Mir Əhməd Mürtəzəvi Məşrutə hərəkatının fəallarından idi.
Mənbə Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
İstinadlar
Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:İran Məşrutə inqilabı