Aslan Adil oğlu Şirinov () — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013).

Həyatı

Aslan Adil oğlu Şirin 25 aprel 1969-cu ildə Bakıda anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyoluğu fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan Televiziyasında aparıcı kimi fəaliyyət göstərmişdir. 1998-ci ildən Akademik Milli Dram Teatrına aktyor götürülən Aslan Şirin teatrın səhnəsində bir çox maraqlı rolları ifa etmişdir.

İlk dəfə kamera qarşısına hələ 16 yaşında "Bəyin oğurlanması" filmində epizodik rolla keçən Aslan Şirin, sonradan Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dəvətnamə" (Həmid), "Bir yay günü" (Əhmədağa) əsərlərinin teletamaşalarında oynayıb. "Azəbaycanfilm"in istehsal etdiyi "Ümid" (Ağamirov), "Bəylik dərsi", "Təklif" kinolentinə çəkilib.

Mükafatlar

Aslan Şirinov 2002-ci ildə Gənclər və Turizm Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı aktyoru" nominasiyasına layiq görülmüşdür. 2013-cü ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür. 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları

Tamaşanın adı Rol Tarix Rejissor Müəllif Ah, Paris, Paris... aparıcı 1997 Azərpaşa Nemət Elçin Şıltaq şahzadənin nağılı aparıcı Abbas Qəhrəmanov Özümüzü kəsən qılınc Şeytan Ağakişi Kazımov Bəxtiyar Vahabzadə Mənim sevimli dəlim Hoqqabaz 1998 Azərpaşa Nemət Elçin Bu dünyanın adamları Səkinənin əri Mərahim Fərzəlibəyov Hidayət Mənim ərim dəlidir. Diaqnoz "D" oğul 1999 Azərpaşa Nemət Elçin Dar ağacı Rəhman Ağakişi Kazımov Bəxtiyar Vahabzadə Hamlet Aktyor və Ozrik 2002 Azərpaşa Nemət Uilyam Şekspir Fərhad və Şirin kəndli Cənnət Səlimova Səməd Vurğun Şah Edip sərkərdə Bəhram Osmanov Sofokl Ana intiqamı erməni Bəhram Osmanov Vidadi Babanlı Lənkəran xanının vəziri Heydər Vaqif İbrahimoğlu(bərpası Tural Mustafayev) Mirzə Fətəli Axundzadə Sokratı anma gecəsi cəllad Mərahim Fərzəlibəyov Çingiz Aytmatov Hərənin öz payı xor dirijoru Mərahim Fərzəlibəyov Xeyrəddin Qoca Skapenin kələkləri Leandr Əsgər Əsgərov Jan Batist Molyer Varlı qadın Qara Bəhram Osmanov Əli Əmirli Bahar qızı Tülkü Afət Oqtay Mehriban Ələkbərzadə Hüseyn Cavid Ölülər Əli bəy Mərahim Fərzəlibəyov Cəlil Məmmədquluzadə Dirilən adam Gödək 2006 Oruc Qurbanov Mir Cəlal Xurşidbanu Natəvan Fərəc bəy 2010 Bəhram Osmanov İlyas Əfəndiyev Eloğlu Baloğlan Əsgər Əsgərov Abdulla Şaiq Kvazimodo Kvazimodo Samir Qulamov Viktor Hüqo Şeyda Yusif Mərahim Fərzəlibəyov Hüseyn Cavid Kabuslar Qastone 2011 Nicat Kazımov Eduardo de Filippo On ikinci gecə və ya hər nə istəsəniz Malvolio 2012 Vüqar ƏhmədovFərid Əhmədov Uilyam Şekspir Don Juan və həndəsə Loperello 2012 Levan Tsuladze Maks Friş Şekspir sanitar 2012 Petru Vutkereu Elçin Oliqarx 2012 Oruc Qurbanov Əfqan Anamın kitabı Səməd bəy 2012 Firudin Məhərrəmov Cəlil Məmmədquluzadə Sənətkarın taleyi gənc teatr vurğunu 2013 İranə Tağızadə Elçin Zorən şorgöz Corc 2013 Nicat Kazımov Rey Kuni Nazirin xanımı Çeda 2014 Mərahim Fərzəlibəyov Branislav Nuşiç Kölgə Kölgə 2014 Nicat Kazımov Yevgeni Şvars Ölülər Şeyx Əhməd 2016 Azərpaşa Nemət Cəlil Məmmədquluzadə Müfəttiş Pyotr İvanoviç Dobçinski 1 iyul 2016 Mikayıl Mikayılov Nikolay Qoqol Almaz Barat 21 yanvar 2017 Azərpaşa Nemət Cəfər Cabbarlı

Filmoqrafiya

Ümid (film, 1995) Dəvətnamə (film, 2003) Bir yay günü Yeni həyat (2005) Yoxlama (film, 2006) Laplandiyalı qonaq (film, 2009) Mürafiə vəkillərinin hekayəti (film, 2011) Bir ailəm var (teleserial, 2013) Ata ocağı (film, 2017) (bədii serial) Təklif Satko Bakı, mən səni sevirəm Avropa, Avropa (TRT, Türkiyə)

İstinadlar

Xarici keçidlər Akademik Milli Dram Teatrının aktyoru Aslan Şirinovun AzNews.az-a müsahibəsi

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları