Afiq Məmməd oğlu Süleymanov () — Azərbaycan Milli Paralimpiya Komitəsinin Baş Katibi (1999). 2 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülmüşdür.
Həyatı Afiq Süleymanov 10 iyul 1954-cü ildə anadan olub. 1976-cı ildə ADBTİA-nı bitirdikdən sonra Azərbaycan Dövlət İdman Komitəsində təlimatçı, dövlət məşqçisi, idarə rəisi vəzifəsində çalışıb. Sonralar ÜİLKGİ MK-nin komsorqu, KP RK-nin şöbə müdiri, qadınlardan ibarət ot üstü hokkey üzrə "Rabitəçi" idman komandasının rəisi, 1991–1996-cı illədrə Əlillərin "Mərhəmət" Bədən Tərbiyəsi və İdman Assosiyasiyasının 1-ci vitse prezidenti vəzifəsində işləyib. 1996-cı il təsis konqresində qrumun baş katibi seçilib. 1996-cı il Atlanta, 2000-ci il Sidney, 2004-cü il Afina,2008-də Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavinin olub.
8 fevral 2013-cü il Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Baş katibi vəzifəsinə təkrarən seçilmişdir.
İstinadlar