Elmira Əbdülhəmid qızı Abasova () — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1990-cı illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur.

Həyatı Elmira Əbdülhəmid qızı Abasova 1932-ci il yanvar ayının 10-da Bakı şəhərində anadan olmuşdur.Касимов К. А. Абасова Э. А. Г. // Музыкальная энциклопедия / под ред. Ю. В. Келдыша. — М.: Советская энциклопедия, Советский композитор, 1973. — Т. 1. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir.Şostakoviç və Azərbaycan simfonizmi [Mətn] /E. Abbasova //Musiqi dünyası.- 2001.- № 3–4. 1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasını bitirmişdir.

E. Abasova 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub.

O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Musiqişünas E. Abasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir.Zöhrabov, R. Görkəmli musiqişünas, istedadlı pedaqoq [Mətn] /R. Zöhrabov //Azərbaycan.-2002.- 11 yanvar.- S.4.

O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.Rəhimova, N. Yaradıcı ömrün akkordları, elmin həddi üfüqə bənzər: ona yaxınlaşdıqca o uzaqlaşır [Mətn] /N. Rəhimova //Respublika.- 2002.- 8 yanvar.- S.3.

Professor E. Abasovanın Üzeyir Hacıbəyovun yaradıcılığına həsr etdiyi "Ü. Hacıbəyovun opera və musiqili komediyaları", "Üzeyir Hacıbəyovun "Koroğlu" operası", "Ü. Hacıbəyov: həyat və yaradıcılıq yolu" fundamental monoqrafiyaları musiqişünaslıq salnaməsini zənginləşdirən əsərlərdir.Вторая симфония Кара Караева [Текст] /Е. Аббасова //"Azərbaycan milli musiqisinin tədqiqi problemləri" elmi məqalələr toplusu.- Баку, 1999.

Elmira Abasova müxtəlif nəsillərdən olan bəstəkarların və ifaçıların yaradıcılığını araşdıran musiqişünaslardandır. Onun bu sahədə yazdığı "Cövdət Hacıyev", "Rəşid Behbudov", "Soltan Hacıbəyov", "Səid Rüstəmov", "Qurban Pirimov", "Bəhram Mansurov" və s. kitabçaları, elmi-populyar məqalələri Bakıda, Moskvada, keçmiş SSRİ respublikalarında çap olunmuş və oxucular tərəfindən maraqla qarşılanmışdır.О новаторских тенденциях в творчестве Кара Караева [Текст] /Е. Аббасова.- Bakı: Yeni nəsil, 2000

E. Abasova onlarla məzun-musiqi şünas, 8 sənətşünaslıq namizədi yetişdirmişdir.

E. Abasova 7 iyul 1967 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüş, "Qırmızı əmək bayrağı" ordeni ilə, Təhsil Nazirliyinin fəxri fərmanı və medallarla təltif edilmişdir.

Elmira Əbdülhəmid qızı Abasova 2009-cu il fevral ayının 12-də Bakıda vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər Abbasova Elmira Səda — Elmira Abbasovanın xatirə gecəsi keçirilib (08.04.2016)

Kateqoriya:Azərbaycan musiqişünasları Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Bakı Musiqi Akademiyasının rektorları Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:Azərbaycan Bəstəkarlar İttifaqının katibləri Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri