Vəliyev Ənvər Əliyulla oglu () — Azərbaycan aktyoru, qiraət ustası, Azərbaycan Respublikasının Əməkdar müəllimi.

Həyatı Ənvər Vəliyev 14 may 1945-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuş. 1951-ci ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı orta məktəbə daxil olub 1960-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnistutuna Dram-Kino fakültəsi üzrə daxil olmuş və 1973-cü ildə həmin inisitutunu bitirmişdir. Elə həmin ildən uzun illər həmin universitetdə saxlanılaraq müəllim kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının dosenti idi.

2023-cü ilin mayında vəfat etmişdir.

Filmoqrafiya Abşeron gizlinləri (film, 2008) (qısametrajlı sənədli film) (AzTV) Abşeron lövhələri (film, 2004) (qısametrajlı sənədli film) (AzTV) — mətni oxuyan Aləmdə qalan səs (film, 2001) Yaşananlar Əlvida (film, 2007) Qafqaz (film, 2007) Oyun (film, 2003) Səbrli adamın fəryadı (film, 2002) Ulduzlar sönmür (film, 1971) Vaxtın o üzündə (film, 2002)

İstinadlar

Xarici keçidlər Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları