Kseniya Lvovna Babiçeva () — aktrisa, Azərbaycan SSR xalq artisti (1946), Azərbaycan SSR Ali Sovetinin deputatı.

Həyatı 1938–1983-cü illərdə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çıxış etmişdir.

Azərb. SSR Ali Sovetinin (2-ci və 9-cu çağırış) deputatı, Ali Sovetin Mədəniyyət komissiyasının üzvü olmuşdur.

Rolları: Xuraman ("Vaqif", S.Vurğun), Sona ("1905-ci ildə", C.Cabbarlı), Tugina ("Son qurban", A.Ostrovski), Nadejda, Sofya ("Düşmənlər", "Zıkovlar", M.Qorki), Nadejda Leonidovna ("Kino çəkilir…," E.Radzinski), Məryəm ("Dairəni genişləndirin", İ.Qasımov) və s.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — yanvar 1941 "Azərbaycan SSR xalq artisti" fəxri adı — may 1946 "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959; 28 noyabr 1977

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları