'O sole mio () — musiqisi italyan bəstəkarı və müğənnisi Eduardo di Kapua, sözləri isə italyan şairi Covanni Kapuro tərəfindən 1898-ci ildə yazılmış opera janrındakı italyan mahnısı.

Dünyanın bir çox ölkələrində ən çox dinlənilən və məşhur mahnıları sırasında yer almaqla yanaşı digər dillərə də tərcümə olunaraq oxunur. Buna baxmayaraq, əsasən yazıldığı dildə, Neapol ləhcəsində ifa olunur. Ədəbi italyan dilində "Il sole mio" adlandırılan mahnı, Azərbaycan dilinə "Mənim günəşim" kimi tərcümə olunur. Mahnını başda Enriko Karuzo olmaqla, Cüzeppe di Stefano, Luçano Pavarotti, Plaçido Dominqo, Xose Karreras və Andrea Boçelli kimi dünya şöhrətli tenorlar oxumuşdur.

Elvis Preslinin "It`s now or never" (Ya indi, ya heç vaxt) mahnısı məhz "`O sole mio" mahnısının musiqisi əsasında yazılmışdır.

Sözləri Sözləri (Napoliten) Che bella cosa e' na jurnata 'e sole, n'aria serena doppo na tempesta! Pe' ll'aria fresca pare già na festa Che bella cosa e' na jurnata 'e sole

Ma n'atu sole, cchiù bello, oje ne' 'O sole mio sta 'nfronte a te! 'O sole, 'o sole mio sta 'nfronte a te! sta 'nfronte a te!

Quanno fa notte e 'o sole se ne scenne, me vene quase 'na malincunia; sotto 'a fenesta toia restarria quanno fa notte e 'o sole se ne scenne.

Ma n'atu sole, cchiù bello, oje ne' 'O sole mio sta 'nfronte a te! 'O sole, 'o sole mio sta 'nfronte a te! sta 'nfronte a te! Azərbaycanca tərcüməsi (təxmini) Nə gözəl bir şeydir, günəşli bir gün, Hava necə də sakitdir fırtınadan sonra Elə təzədir ki hava, sanki indidən bayram gəlib Nə gözəl bir şeydir, günəşli bir gün,

Amma başqa bir günəş var ki, Daha çox görkəmli və işıltılı O da sənin üzünde doğan Mənim günəşim Mənim öz günəşim Sənin çöhrəndə (simanda) Sənin çöhrəndə (simanda)

Gecə olarkən və günəş batarkən Mənə elə bir zülmət çökər Evinin pəncərəsinin alrında otursam Gecə olarkən və günəş batarkən

Amma başqa bir günəş var ki, Daha çox görkəmli və işıltılı O da sənin üzünde doğan Mənim günəşim Mənim öz günəşim Sənin çöhrəndə (simanda) Sənin çöhrəndə (simanda)

İstinadlar

Kateqoriya:İtalyan dilində mahnılar Kateqoriya:İtalyan dilində sözlər və ifadələr Kateqoriya:İtaliya mahnıları