Firudin Məhərrəmov (tam adı: Məhərrəmov Firudin Əliməmməd oğlu; ) — teatr rejissoru,Sumqayıt və Lənkəranda mövsümün son tamaşaları: "Öldür məni, can-ciyər" və "Cəhənnəm sakinləri": [Firudin Məhərrəmov və Gümrah Ömərin quruluşunda] //Mədəniyyət.- 2015.- 22 iyul.- S.5. ssenarist, Azərbaycanın xalq artisti (2018).

Həyatı Firudin Məhərrəmov 1959-cu il mayın 10-da Lerik rayonunda anadan olmuşdur. 1966-cı ildə Sumqayıt 8 illik məktəbdə təhsil almağa başlayəb. 1970-ci ildə Sumqayıt şəhərində xalq teatrı dərnəyində aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. 1978-ci ildə Macarıstanda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra iki il kimya şirkətində çalışmışdır.

1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda professor, Xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi rejissorluq fakültəsinə qəbul olunmuş eyni zamanda professor Xalq artisti Azərpaşa Neymətdən dərs almışdır. 1987-ci ildə oranı ümidverici bir rejissor kimi bitirmişdir. Tələbəlik illərində "Bir məhəbbətin tarixçəsi" (Rey Bredberi), "Kamança"(Cəlil Məmmədquluzadə), "Şirə bənzər"(R. İbrahimbəyov) və "Elektra" (Sofokl) kimi əsərlərə Tədris teatrında quruluş verən F. Məhərəmovun rejissor traktovkaları sənətşünaslar tərəfindən layiqincə qiymətləndirilmişdir. 1986-cı ildə tələbə kimi quruluş verdiyi M. F. Axundzadənin "Misyo Jordan və Dərviş Məstəlişah" tamaşası Azərbaycan televiziyasında lentə alınaraq nümayiş olunmuşdur. Elə həmin il də institut bu tamaşanı Gürcüstana qastrol səfərinə göndərmiş, tamaşa xeyriyyə məqsədilə oynanmışdır. Məşhur gürcü rejissorlarından R. Strua və T. Çxeidze tamaşa haqda müsbət fikirlər söyləmişlər. 1987-ci ildə V. Şukşinin "Diribaş adamlar"əsərinə verdiyi quruluşla o, Sumqayıt teatrına quruluşçu rejissor vəzifəsinə qəbul olunub. 1989-cu ildə R. Kiplinqin "Öz xoşuna gəzən pişik" əsərinə verdiyi quruluş, onu kiçik yaşlı tamaşaçıların sevimlisinə çevirib. Bu tamaşa da lentə alınaraq dəfələrlə Respublika televiziyası ilə nümayiş olunub. Məktəbyaşlı uşaqların mənəvi tərbiyəsində ciddi rol oynayan bu tamaşa Respublika televiziyasının Qızıl fondunda saxlanılır. Həmin fondda F. Məhərrəmovun quruluş verdiyi daha bir tamaşanın Azərbaycan dramaturgiyasının banisi M. F. Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" komediyasının lenti də saxlanılır. Sumqayıt teatrında bir-birinin ardınca müxtəlif xatakterli tamaşalar F. Məhərrəmovun istedadlı rejissor olduğunu bir daha sübuta yetirdi. Onun quruluş verdiyi "Təxribatçılar" (S. Mrojek), "Subaylarınızdan görəsiniz" (İ. Məlikzadə və S. Ələsgərov), "Yaralar" və "Kim nə deyər bizdə olan qeyrətə" (A. Babayev), "Qarışqa yuvası" (Ə. Qiyas) və s. tamaşalar F. Məhərrəmovun yaradıcılıq potensialını üzə çıxartmışdır. F. Məhərrəmov 4 pyesin tərcüməçisi, 5 pyesin isə müəllifidir. O, Azərbaycan Respublikasında mütəmadi keçirilən mono-tamaşalar festivallarının diplomçusu və laureatı adına layiq görülüb. Ailəlidir, 1 övladı var.

Yaradıcılığı Firudin Məhərromov Respublikada mütəmadi keçirilən mono-tamaşalar festivallarının diplomçusu və laureatı adına layiq görülmüşdür.

Səhnələşdirərək quruluş verdiyi "Hamlet" (V. Şekspir) "Aydın" (C. Cabbarlı) və O. Fikrətoğlunun "Qapı" mono-tamaşaları sənətşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir. Xüsusilə "Hamlet" mono-tamaşasına görə "Rejissurada cəsarətli addım prizi"nə və pul mükafatına layiq görülmüşdür. 1998-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərinin 50 illiyinə həsr olunmuş, Beynəlxalq "Qızıl maska" festivalında F. Məhərrəmov quruluş verdiyi "Müsyo Jordan və Dərviş Məstəli şah" (M. F. Axundov) tamaşasına görə "Klassik əsər üzərində uğurlu eksperiment" prizi ilə təltif olunmuşdur. 2000-ci ildə Respublikada keçirilən "Klassik tamaşalar festivalı" nda C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" tamaşası teatr tənqidçiləri tərəfindən festivalın ən samballı klassik tamaşası kimi qiymətləndirilmişdir. "Festivallar festivalı"nda isə F. Məhərromovun quruluş verdiyi Ə. Qiyasın "Qarışqa yuvası" tamaşası mükafata layiq görülməklə yanaşı festival repertuarını bəzəyən tamaşalar sırasında özünəməxsus yer tutmuşdur. Eyni zamanda bu tamaşa türkiyənin Ərzurum şəhərində keçirilən Beynəlxalq Teatr festivalında diploma layiq görülmüşdür. 2005-ci ildə Azərbaycan Respublikasında keçirilən "Boş məkanın dolğunluğu" teatr festivalında F. Məhərrəmov Ç. Aytmatovun "Dəniz kənarıyla qaçan Alabaş" povestinin motivləri əsasında səhnələşdirdiyi "Ümid sahili" tamaşasına görə "Uğurlu aktyor ansamblı"- rejissor prizinə layiq görülmüşdür. Elə həmin ildə Aqşin Babayevin "Xilaskar" əsərinə quruluş verməklə ildə Azərbaycan teatr tarixindı ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyevin bədii obrazını dolğunu ilə səhnəyə gətirmişdir. Tamaşa teatr ictimaiyyətinin və geniş tamaşaçı auiditoriyasının rəğbətini qazanmış, dəfələrlə respublika televiziyasında nümayiş olunmuşdur. F. Məhərrəmov qərb yazarlarının əsərlərini də böyük uğurla tamaşaya qoymaqda davam edir. İngilis yazıçısı Con Qolsuorsinin eyniadlı povesti əsasında səhnələşdirdiyi "Birincilər və sonuncular" tamaşası Türkiyənin Ankara şəhərində keçirilən "Uluslararası teatr festivalı"na dəvət almış, festivalda uğurlu çıxışı ilə türk tamaşaçılarının və münsiflər heyətinin rəğbətini qazanaraq diplom və hədiyyələrə layiq görülmüşdür.

F. Məhərrəmovun quruluş verdiyi daha bir tamaşa Yucin O`Nilin "Qarağaclar altında məhəbbət" tamaşası 2008-ci ildə Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.

F. Məhərrəmov Sumqayıt teatrında işləməklə yanaşı Azərbaycan Respublikasında bir çox teatrları ilə də yaradıcılıq əlaqələri saxlamış və ayrı-ayrı vaxtlarda Ş. Qurbanov adına Musiqili Komediya teatrında" "Hicran", Füzuli Dövlət Dram teatrında "Danabaş kəndinin əhvalatları", İrəvan teatrında E. Əfəndiyevin "Poçt şöbəsində xəyal", Anarın "Telefon gecələri", Lənkəran Dövlət Dram Teatrında Çingiz Aytmatovun "Gün var əsrə bərabər" povesti əsasında "Manqurt", Qazax Dövlət Dram Teatrında M. F Axundzadənin "Xırs quldurbasan", Şuşa Dövlət Dram Teatrında "Əli Əmirlinin "Varlı Qadın" tamaşalarına quruluş vermişdir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C. Məmmədquluzadənin "Anamın kitabı", H. Mirələmovun "Vəsiyyət" tamaşaları uzun müddət teatrın repertuarında qalmaqdadır. Mingəçevir Dövlət Dram Teatrında quruluş verdiyi Hüseyn Cavidin "Ana" tamaşası isə F. Məhərrəmova 2-ci dəfə "Qızıl Dərviş" mükafatını qazandırmışdır. 2011-ci ildə Amerikada fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiası Firudin Məhərrəmovu orada Azərbaycan teatrı açması üçün dəvət edir. Teatrın açılışı M. F. Axundzadənin "Misyo Jordan və Dərviş Məstəlişah" əsəri ilə olur. Bununla da Amerikada ilk Azərbaycan teatrının əsası qoyulur. Elə həmin il də o Amerikada keçirilən Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş bayram tədbirinin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur. O 2012-ci ildə M. F. Axundzadənin 200 illik yubileyi çərçivəsində həmin əsərə yenidən quruluş verir, tamaşa Hindistanda keçirilən ənənəvi Beynəlxal Teatr Festivalında uğurla çıxış edərək diploma layiq görülüb. 2018-ci ildə Turqut Özakmanın "Ocaq" tamaşası ilə Türkiyənin Mersin şəhərində keçirilən Teatr festivalında çıxış edərək diploma layiq görülmüşdür. F. Məhərrəmov 2005-ci ildə Respublikanın "Əməkdar Artisti" fəxri adına, 2008-ci ildə "Tərəqqi medalı"na, 2018-ci ildən isə "Xalq Artisti" və "Prezident mükafatçısı"dır. 2012-ci ildən "Yeni Azərbaycan Partiyası"nın üzvüdür. F. Məhərrəmov 37 ildir ki Sumqayıt şəhərində keçirilən Dövlət səviyyəli tədbirlərin ssenari müəllifi olmaqla yanaşı, həm də quruluşçu rejissorudur. Onun quruluş verdiyi Heydər Əliyevin anadan olmasının 70, 75 və 80 illik, Zərifə Əliyevanın 90 illik yubiley tədbiri, Əziz Əliyev və Həsən Əliyevin yubileyləri, Mir Cəlal Paşayevə həsr olunmuş "Həmişə yanar ürək" adlı yubiley tamaşası və neçə-neçə Azərbaycan şair və mütəfəkkirlərinin eləcə də bayram və tədbirləri tamaşaçı rəğbəti qazanmışdır. 1987-ci ildən bu günə kimi F. Məhərrəmov Sumqayıt teatrının səhnəsində 30-dan çox əsərə quruluş vermişdir. Son iki ildə Sumqayıtlı tamaşaçılar onun hazırladığı "Bir köpək vardı" (G. Xuqayev), "Dağlarda tufan" (Ə. M. Lələdağ), "Qarağaclar altında məhəbbət" (Y. Onil), "Bayramın birinci günü" (N. Hikmət), "Mənim ağ göyərçinim" (T. Vəliyeva), "Varlı qadın" (Ə. Əmirli), "Qaraca qız"(A. Şaiq) "Birincilər və sonuncular" (C. Qolsuorsi), "Şərəfin sandığı" (M. Atəş) və s.uzun müddətli olmaqla yanaşı, tamaşaçılar tərəfindən sevilərək baxılan tamaşalardandır.

Quruluş verdiyi tamaşalar Sumqayıt Dövlət Dram teatrı:

Vasili Şukşin "Diribaş adamlar" – 22.09.1987 V. Kuzyomkin "Qırmızı çiçək" — 25.12.1988 Reyqard Kiplinq "Öz xoşuna yaşayan pişik" – 19.03.1989 Slavomir Mrojek " Təxribatçılar" (Polis) – 27.05.1990 Şahmar Qəribli "Gəlin açıq danışaq" – 08.10.1990 Fatma Həsənqızı "Sehirli mahnılar"– 28.12.1990 Cahangir Məmmədov "Ayıq olun uşaqlar" – 19.03.1991 Aqşin Babayev "Yaralar" – 05.11.1991 Lev Ustinov "Cəsur qurbağa balası" – 01.01. 1992 İsi Məlikzadə, Süleyman Ələsgərov "Subaylarınızdan görəsiniz"-25.11.1992 Vilyam Şekspir "Hamlet" (mono-tamaşa) – 16.12.1992 Cəfər Cabbarlı "Aydın" (mono-tamaşa) – 05.02.1994 Cahangir Məmmədov, Firudin Məhərrəmov"Şərxanın şər oyunu"20.03.1995 Mirzə Fətəli Axundzadə "Müsyo Jordan və Dərviş Məstəli şah"-20.04.1995 Firudin Məhərrəmov "Cinbalalar" – 20.03.1996 Orxan Fikrətoğlu "Qapı" (mono-tamaşa) – 18.12.1996 İsi Məlikzadə "Subaylar" (2-ci quruluş) – 20.12. 1997 Əvəz Lələdağ "Batmanla gələn dərd" – 17.04.1998 Aqşin Babayev "Kim nə deyər bizdə olan qeyrətə" – 25.06.1998 Əyyub Qiyas "Qarışqa yuvası" – 28.07.1998 Firudin Məhərrəmov "Oğuzlar" – 08.10.1999 Cəlil Məmmədquluzadə "Danabaşlılar" – 10.11.1999 Tamara Vəliyeva "Mənim ağ göyərçinim" – 11. 02. 2000 Əvəz Mahmud Lələdağ "Dağlarda tufan" – 11.02.2001 Geori Xuqayev "Bir köpək vardı" – 08.11.2001 Geori Xuqayev "Ailə" – 14.03.2002 Diyor Şpiro "Toyuq başı" (mono-tamaşa) – 09.06.2002 Vaqif Əlixanlı "Başdaşı" (mono-tamaşa) – 09.06.2002 Çingiz Aytmatov "Ümid sahili" (Dəniz kənarıyla qaçan alabaş" povesti əsasında səhnələşdirən Firudin Məhərrəmov) – 26.12. 2004 Yucin O’ Nil "Qarağaclar altında məhəbbət" (Qızıl Dərviş mükafatı) – 15.05.2004 Famil Süleymanov "Qisas" – 2004 Aqşin Babayev "Xilaskar" – 07.05.2005 Nazim Hikmət "Bayramın birinci günü" – 18.11.2005 Əli Əmirli "Varlı qadın"– 25.07. 2006 Abdulla Şaiq "Qaraca qız " – 03.01.2007 Mərkəz Qacar "Qabanın səfəri" – 08. 05. 2007 Con Qolsuorsi "Birincilər və sonuncular" – 22.07. 2007 Firudin Məhərrəmov "Maskalı düşmən" – 16.03. 2009 Mirzağa Atəş "Şərəfin sandığı" – 19. 02.2010 Əli Əmirli "20 ildən sonra" – 22.12.2010 Elçin "Qatil" – 19.06.2011 Mirzə Fətəli Axundzadə "Müsyo və Dərviş" (yeni quruluş) – 17.05.2012 Əziz Nesin "Öldür məni canciyər" – 19. 06. 2014 Hidayət "Burdan min atlı keçdi" – 29.09.2015 Mirzə Fətəli Axundzadə "Hacı Qara"– 17.11.2015 Atol Fuqart "Qan qardaşları" – 2016 İsi Məlikzadə "Toy olsun" – 03.03. 2017 Turqut Özakman "Ocaq" – 18.07.2018 Əfqan "Atilla" – 14.11.2017 Nizami Muradoğlu "Zülmətdə nur" – 23.02.2018 Abdulla Şaiq "Tıq-tıq xanım" – 14.03.2019 Əli Əmirli "Sevgilim Sumqayıt" – iyun 2019 Ülviyyə Heydərova ‘‘Uşaqlıq’’- mart 2020 Hafiz Ataxanlı " Xəzinə" Hafiz Ataxanlı " Missiya"

Akademik Milli Dram Teatrında

Cəlil Məmmədquluzadə "Anamın kitabı" – 2012 Hüseynbala Mirələmov "Vəsiyyət" – 2016

Akademik Musiqili Teatrında

Sabit Rəhman, Emin Sabitoğlu "Hicran" – 1993 Pərviz Seyidli "İstintaq" – 2019

İrəvan Dövlət Dram Teatrında

Anar "Telefon gecələri" – 2002 İlyas Əfəndiyev "Məhv olmuş gündəliklər" – 2003 Marat Haqverdiyev "Ağ ölüm" – 2004 Elçin "Poçt şöbəsində xəyal" – 2005 İsi Məlikzadə "Subaylarınızdan görəsiniz" – 2006 Anar "Təhminə və Zaur" – 2007 Astrid Linqren "Karlson" – 2012 Hidayət "Burdan min atlı keçdi" — 2014

Füzuli Dövlət Dram Teatrında

Cəlil Məmmədquluzadə "Danabaşlılar" – 1996 Cəfər Cabbarlı "Aydın" –1999 Mərkəz Qacar "Qabanın səfəri" –1998

Mingəçevir Dövlət Dram Teatrında