Fransuaza Saqan və ya əsl adıyla Fransuaza Kore () — Fransız yazıçısı və ssenaristi. Yazıçı, Franzua Moriak tərəfindən verilən "cazibədar kiçik canavar" adıyla da tanınır. Saqan, burjua obrazları olan güclü romantik əsərləri ilə tanınır.

Həyatı Saqan, Fransanın Kajar vilayətində dünyaya gəlmiş və burada olan Lot əyalətində böyümüşdür. Uşaqlıqdan heyvanlara qarşı xüsusi heyranlığı olmuşdur. Bu müddətdə "Kiki" ləqəbi ilə tanınan Saqan varlı bir ailənin ən kiçik qızı idi. Atası bir şirkətin müdiri, anası isə torpaq sahələri olan bir ailənin qızı idi. Müharibə vaxtı Dofine bölgəsinə köçən ailə bunun ardınca Verkora gedir. Saqan 1953-cü ildə Sorbonnaya qəbul imtahanlarından keçə bilmədi. Daha sonra, bu universitetə qəbul olsa da, universiteti yarımçıq atmışdır.

İlk əsəri olan "Salam kədər" romanı, 1954-cü ildə, Saqan 18 yaşında olarkən nəşr edilmişdir. Kitab, qısa müddətdə beynəlxalq səviyyədə uğur əldə etmişdir.

Əsərləri

Romanlar Salam, kədər! (1954, Bonjour Tristesse) Acı təbəssüm (1955, Un certain sourire) Dans un mois, dans un an (1957, Those without shadows) Bramsı sevirsinizmi? (1959, Aimez-vous Brahms?) Les Merveilleux Nuages (1961, "Wonderful Clouds") Toxique (1964) Le Garde du cœur (1968, The Heart-Keeper) Un peu de soleil dans l'eau froide (1969, Sunlight on Cold Water) Des bleus à l'âme (Scars on The Soul) (1972) Un profil perdu (1974, Lost Profile) Bricit Bardo (1975) Le lit défait (1977, The Unmade Bed) Le Chien couchant (1980) La femme fardée (1981, The Painted Lady) Un orage immobile (1983) De guerre lasse (1985) La Maison de Raquel Vega (1985) Sarah Bernhardt, ou le rire incassable (1987) Un sang d'aquarelle (1987) La Laisse (1989) Les Faux-Fuyants (1991) Chagrin de passage (1994) Le Miroir égaré (1996)

Qısa hekayələri Les yeux de soie (1975, Silken Eyes) Musiques de scène (1981)

Avtobioqrafik əsərlər Toxique (1964) Réponses (1975) Avec mon meilleur souvenir (1984) Répliques (1992) …Et toute ma sympathie (1993, 'Avec mon meilleur souvenir əsərinin davamı) Derrière l'épaule'' (1998)

İstinadlar

Xarici keçidlər Litweb.net The Paris Review – Röportaj BBC sayfası

Kateqoriya:Fransa dramaturqları Kateqoriya:Fransa yazıçıları Kateqoriya:Biseksual yazıçılar Kateqoriya:Biseksual qadınlar Kateqoriya:Fransada LGBT şəxslər Kateqoriya:Dramlar Kateqoriya:Feminist yazıçılar Kateqoriya:Fransa kinorejissorları Kateqoriya:Fransa ssenaristləri Kateqoriya:Fransanın qadın yazıçıları Kateqoriya:Fransız dilində ədəbiyyat Kateqoriya:Fransız yazıçılar Kateqoriya:LGBT yazıçılar Kateqoriya:Qadın romançılar Kateqoriya:Təxəllüslər Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:XX əsrin bioqrafları Kateqoriya:XXI əsr Fransa yazıçıları Kateqoriya:XXI əsr qadın yazıçıları Kateqoriya:XX əsr Fransanın qadın yazıçıları