Şeyxəli xan, Şeyx Əli xan, Şıxəli xan və ya Şıx Əli xan (; ) — Quba xanlığının VIII, sonuncu xanı (1791–1806).

Quba və Dərbəndin sonuncu xanı Şeyxəli xan Cənubi Qafqaz bölgəsində çar Rusiyasının müstəmləkə və imperiya rejiminə qarşı müqavimətdə görkəmli şəxsiyyət kimi xatırlanır. Şeyxəli xan vətəninin suverenliyini və müstəqilliyini Rusiya təcavüzünə qarşı müdafiə etmək üçün 20 ildən artıq fasilələrlə mübarizə aparıb.

Mənşəyi

1778-ci ildə Qubada doğulan Şeyxəli xan Quba xanı Fətəli xanın oğlu idi. Şeyxəli xanın anası əslən dağ yəhudisi olan Səhərnas xanım olub. Dərbəndin alınmasının şahidi olan rus yazıçısı Şeyxəli xan haqqında yazır ki, "o təxminən on yeddi yaşında, orta boylu, gözəl cizgiləri və yəhudi tipli (anası yəhudi idi), lakin asiyalılar arasında nadir rast gəlinən sarışın bir gənc kimi görünürdü".

Babası vasitəsilə qacarlar nəsli ilə qohumluq əlaqələrinə sahibdir. Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Çünki, Quba xanlarının əcdadı olan və XVII əsrdə qaytaq usmisi olmuş Hüseyn xan İsfahanda qacar sülaləsindən olan Zöhrə xanım ilə evləndi və gələcək Quba xanlarının kökündə qacar qanınında rolu oldu.

Nənəsi tərəfdən, yəni atası Fətəli xanın anası olan Pəricahan Bikə usmi Əhməd xanın qızı idi. Beləliklə, Şeyxəli xan qaytaqlı "Böyük" usmi Əhməd xanın nəvəsi sayılır. Erkən illəri Şeyxəli xan siyasətə uşaqlıq illərində, 1782-ci ildə Salyan hakimi olmaqla daxil olub. 1791-ci ildə Şeyxəli ağa Salyanda baş vermiş siyasi çaxnaşmanın qarşısını almış və rusların dəstəyilə hakimiyyətini bərpa etmişdir.

Hakimiyyəti

Qubadakı hakimiyyəti Fətəli xanın vəfatından sonra böyük oğlu Əhməd xan xanlıq taxtına çıxsada onun hakimiyyəti az çəkdi və 1791-ci ildə vəfatı nəticəsində şahzadə Şeyxəli ağa 13 yaşında Salyandan Qubaya gələrək xan taxtına yiyələndi, Salyanda isə kiçik qardaşı Həsən ağanı naib təyin etdi.

1791-ci ildən Qubada hakimiyyətə gəlmiş Şeyxəli xan əvvəlki siyasəti kökündən dəyişərək Ağa Məhəmməd şah Qacarla dostluq əlaqələri yaratmış, onun müttəfiqinə çevrilmişdi.

Şeyxəli xan hakimiyyətinin əvvəllərində Rusiya ilə dostluq əlaqələri qurmaq istəyini o qədər də nümayiş etdirmirdi. O, hətta Rusiya meyilli nazir Mirzə Sadıqı təqib etməyə və sıxışdırmağa başladı. Bununla belə, Şeyxəli xanın Rusiyanın açıq-aşkar əleyhdarı, İran və ya Türkiyə tərəfdarı olduğunu iddia etmək olmaz. Bunu Quba xanının özünün Qudoviçə yazdığı məktubda onun Rusiyanın köməyi ilə Ağa Məhəmməd xana müqavimət göstərməyə hazır olduğunu bildirməsi də təsdiq edir. Şeyxəli xanın Rusiya ilə münasibətlərinin öyrənilməsi üçün ilkin mənbə rolunu oynayan arxiv sənədlərinin təhlili bizə bildirməyə imkan verir ki, bu münasibətlər əksər hallarda qeyri-səmimi olub və yalnız xanın təhlükə altında olduğu və ya onun hərbi dəstəyə ehtiyacı olduğu zaman yaranıb. Quba xanı öz hakimiyyətini qoruyub saxlamaq üçün şəraitdən asılı olaraq İranla Rusiya arasında uğurlu manevrlər edirdi.

1791-ci ildə II Mirzə Məhəmməd xan əmisi Məhəmmədqulu xan tərəfindən Bakı taxtından devrildi. Bu hadisədən sonra II Mirzə Məhəmməd xan anası Xədicə Bikə ilə birlikdə Qubaya sığınmağa məcbur oldu. Hadisədən bir il sonra, Şeyxəli xan Bakıya hücum təşkil etdi və Rusiya hərbi gəmiləri ilə saziş bağlayaraq onların köməyindən istifadə etdi. Rusiya gəmilərinin Bakı şəhərini top atəşinə tutması nəticəsində Məhəmmədqulu xan geri çəkilməyə məcbur oldu. Bu hərbi əməliyyatın sonunda, II Mirzə Məhəmməd xanın lehinə saziş imzalandı və Bakı xanlığının gəlirlərinin yarısının (əvvəlki kimi) ona verilməsinə nail olundu.

1794-cü ildə xan bibisi oğlu II Mirzə Məhəmmədi taxt-taca qaytarmaq üçün yenidən Bakı xanlığına yürüş etdi, lakin bu hərəkət tam uğurlu alınmadı.Магомедов, 1999 . səh. 256 Hüseynqulu xanın Bakı qalasında apardığı möhkəm müqavimət və Şeyxəli xana şəkili Səlim xanın yürüşü Bakının tabe edilməsini çətinləşdirdi. Lakin, onlar Bakı xanlığında hakimiyyətin iki hissəyə bölünməsinə razılıq əldə edə bildilər, II Mirzə Məhəmməd xan qohumu Şeyxəli xanın dəstəyi ilə Maştağada qərargah sala bildi.thumb|Şeyxəli xanın dövründə Qubanın sərhədləri, 1806-cı il|left

1794-cü ildə Şeyxəli xan Şəki xanı ilə ittifaqda Şirvan uğrunda döyüşə girdi. Ağsuda Şirvan hakimi Mustafanı mühasirəyə aldı, lakin mühasirə uzandı. Bölgədə olan yağışlı hava onun qoşunlarının özbaşına dağılmasına səbəb oldu. Ordu yararsız vəziyyətə düşəndə ​​mühasirəyə alınanlar uğurlu döyüş əməliyyatı keçirdilər və bundan sonra məğlubiyyəti göz önünə alan Şeyxəli xan müttəfiqləri ilə birlikdə ayrılaraq Qubaya yola düşdü.

Tezliklə Qazıqumux xanı II Surxay Şeyxəli xana qarşı hücum etdi. Lakin usmi Əli bəy və Tabasaran qazisinin müdaxiləsi sayəsində Köysu (ehtimal ki, Koysubula) kəndində barışıq imzaladılar.

Şeyxəli xan hakimiyyəti zamanı Fətəli xanın birləşdirdiyi Azərbaycan xanlıqlarını yenidən bir araya gətirə bilməmiş və yalnız Quba, Salyan və Dərbəndin xanı kimi tarixdə görünürdü.

XVIII əsrin 90-cı illərinin sonunda Şeyxəli xanla qardaşı Həsən ağa arasında münasibətlər yaxşı deyildi. Onlar, Dərbənd və Quba hakimiyyəti üzərində mübarizə aparırdılar. Uzun çəkən çəkişmələrdən sonra, 1800-cü ilin payızında iki qardaş bir-birlərini dövlətlərinin xanları kimi tanıyaraq barışıq imzaladılar. Lakin, 1803-cü ildə qardaşının qəfil vəfatından sonra Dərbəndə gəldi və yenidən Dərbənd xanı oldu.

Rus qoşunları 1806-cı ildə Quba xanlığını işğal edib, xanlığı ləğv etdi. Lakin buna baxmayaraq, qubalı Şeyxəli xan uzun müddət işğalçılara qarşı mübarizəni qətiyyətlə davam etdirdi.

Təsadüfi deyil ki, bir müddət sonra XVIII əsrin 30-cu illərində Azərbaycanda çarizmə qarşı ən böyük və ən mütəşəkkil üsyan Quba quberniyasında baş verdi.

Dərbənddə hakimiyyət illəri thumb|260x260px|Narınqala qapısı (Narın-Qalanın əsas girişi), Dərbənd 1795-ci ildə Şeyxəli xan Quba və Dərbənd xanlığının siyasi varlığını qorumaq üçün İran və Rusiya arasında kəskin siyasi oriyentasiyalar etməyi bacarmışdı.

1796-cı ildə Zubovun başçılığı ilə rus qoşunları Dərbəndi tutmaq istəyərkən, Quba xanı Şeyxəli xanın başçılıq etdiyi qızğın müqavimətə rast gəldi. Buna görə də rus komandanlığı Şeyxəli xanın hakimiyyətdən uzaqlaşdırıb atabir anadan ayrı qardaşı Həsən ağanı Dərbəndin hakimi təyin etdi. Şeyxəli xanın təxminən bir ay müqavimət göstərməsinə baxmayaraq, rus qoşunları Dərbəndə daxil oldu və onu yaxınları ilə birlikdə əsir götürüldü. Amma Şeyxəli xan əsirlikdən qaçmağı bacardı. Xan Quba, Dərbənd, Axtı, İlisu və Miskincə əhalisini üsyana qaldırdı. Sentyabrın sonunda Qazıqumuq xanı və Şeyxəli xanın 13–15 min nəfərlik qoşunu Quba xanlığının şimal hissəsinə daxil oldu. Dəstələr Alpan kəndinə yaxınlaşdılar. Qarşılarına çıxan polkovnik-leytenant Bakuninin başçılıq etdiyi azsaylı dəstə (500 nəfərə qədər) pusquya düşdü və ağır itkilərə məruz qaldı. Yalnız general Bulqakovun yardıma dəstə göndərməsi sayəsində Bakuninin dəstəsi tamamilə məhv edilməkdən xilas oldu. thumb|260x260px|Dərbənd qalasına hücumun və mühasirənin planı 1796-cı ilin noyabrın 6-da II Yekaterinanın ölümü hadisələrin gedişini dəyişdirdi. Hakimiyyətə gələn I Pavel əks siyəsət yeritməyə başladı. O, rus qoşunlarının tezliklə Cənubi Qafqazdan çıxarılması barədə sərəncam verdi.

1797-ci ilin martında rus qoşunları Azərbaycan ərazisini tərk edən kimi Şeyxəli xan yenidən bütün Quba xanlığında, o cümlədən Dərbənddə hakimiyyəti yenidən ələ keçirdi və yeni rus imperatoru I Pavelin zühuruna elçisi Mədət bəyi göndərdi. Xan Mədət bəylə həmçinin, özünə və xanlıq sakinlərinə rus hərbçilərinin yürüş zamanı vurduqları zərər haqqında şikayətnamələri də göndərdi. Şeyxəli xan çara məktubunda eyni zamanda Bakıya onun iddialarını da əsaslandırırdı. 1798-ci ilin aprelin 10-da elçi Sankt-Peterburqa gəldi. Şeyxəli xanın və xanlıq sakinlərinin məktubları rus hökumətinə təqdim olundu. Şikayətləri Asiya Xarici İşlər Kollegiyasının departamentində və kollegiyanın özündə baxıldı. I Pavel Şeyxəli xana və ümumiyyətlə Quba xanlığına dəymiş zərəri ödəmək üçün 1799-cu il sentyabrın 1-də fərman imzaladı.

1798-ci ildə Şeyxəli xan Dərbənddə ağır xəstəliyə tutulur, hətta onun öləcəyi və ya öldüyü barədə şayiələr yayılır. Bundan istifadə edən Qazıqumux xanı II Surxay Dərbənddə Həsən ağanı xan taxtına çıxarır. Daha da cəsarətlənən Surxay xan, oğlu Nuh bəyi ordu ilə Qubaya göndərdi, şəhər camaatını aldatdılar ki, guya Qaytaqda yaşayan Şeyxəlinin qardaşı Həsən ağa şəhərə gəlib. Buna inanan şəhərlilər onları içəri gətirdilər, sonra isə Nuh bəy hiylə sayəsində hakimiyyəti öz üzərinə götürdü. Təxminən ay yarım hakimiyyətdə olan Nuh bəy və atası II Surxay xan Şeyxəli xanın sağaldığını və darginlərin dəstəyi ilə on minlik ordu toplayaraq cəld şəkildə onların üzərinə gəldiyini eşidir və tələsik öz mülklərinə qaçırlar. Amma, Şeyxəli xan Quba mahalına daxil olur və onların ordusunu izləyərək qabaqlayır, darmadağın edir. II Surxay xan döyüşdən sağ çıxmağı bacarır. Beləliklə, Şeyxəli xan hakimiyyəti yenidən bərpa edir. Surxay xanın oğlu Nuh bəy sonralar Şeyxəli xanın müttəfiqi olacaqdı.

1800-1801-ci illərdə də Şeyxəli xanla Həsən ağanın şahzadə hüququndan öz məqsədləri üçün istifadə etmək istəyən II Surxay xan arasında qarşıdurmalar oldu. Şeyxəli xanın yenidən ağır xəstəliyə tutulmasını eşidən Surxay xan Qubaya hücum etdi, Əniqdə qələbə qazandı. Lakin, Şeyxəli xanın sağ olduğunu və sağaldığını etibarlı şəkildə öyrəndikdən sonra dərhal geri qayıtdı. Bir müddət sonra Həsən ağa ilə birlikdə Qubaya yenidən hücum etdi, şəhər işğal edildi. Zibanisə bəyimin(Şeyxəli xanın həyat yoldaşı) bir diplomat qadın kimi səhnəyə çıxdığı anda II Surxay xan şəhəri tərk etdi. Qardaşının xəyanətini bağışlamayan Şeyxəli xan Dərbəndə bir neçə dəfə hücum etdi. Qardaşlar arasında müxalif qüvvələr tərəfindən yaradılan "düşmənçilik" və həmçinin Dərbənd uğrunda mübarizə 1802-ci ilin iyununda Həsən ağanın vəfatı ilə başa çatdı. Dərbənd yenidən Şeyxəli xanın hakimiyyətinə keçdi.

1806-cı ildə Dərbənd nəhayət Rusiyaya birləşdirildi və xan titulu ləğv edildi. Xanlığın idarəsi, Dərbənd şəhərinin özü istisna olmaqla, devrilmiş Şeyxəli xanın bacısı Pəri-Cahan xanımla evli olan Tərkinin şamxalı Mehdi şamxala verildi. Eyni zamanda Dərbənd hərbi komendantın tabeliyinə keçdi.

Rusiyaya qarşı mübarizəsi thumb|1805-ci ildə Şeyxəli xanın dövründə Dərbənddə zərb edilən gümüş sikkə 1804-1813-cü illər Rusiya-İran müharibəsi zamanı Azərbaycan feodallarının - rus oriyentasiyası əleyhdarlarının bütün hərəkətlərindən ən böyüyü və ən uzunu Şeyxəli xanın 1810-cu il Quba üsyanı ilə nəticələnən çıxışı oldu. Rusiya-İran müharibəsi zamanı, xüsusən 1809-1810-cu illərdə Quba vilayətində baş verən hadisələr Rusiyanın inqilabdan əvvəlki tarixşünaslığında lazımi yer tapmadı.

1806-cı il sentyabrın 5-də general Bulqakovun komandanlığı ilə rus qoşunu yenidən Bakı üzərinə hücuma keçdi. O, yerli əhaliyə toxunmayacağını bildirmiş və sözünə təminat məqsədilə oğlunu Bakıya göndərmişdi. Lakin şəhər əhalisi onun sözlərinə inanmayaraq dağlara çəkilmiş, xan isə əvvəl Qubaya, oradan da İrana pənah aparmışdı. 1806-cı il oktyabrın 3-də Bakı ruslar tərəfindən işğal olundu və Bakı xanlığı ləğv olundu. Bundan bir qədər sonra isə Quba xanlığı işğal olundu və Şeyxəli xan dağlara çəkildi. Onun qoşun hissələrindən bəzisi Bərmək dağlarında sığınacaq tapdılar. Bu onunla bağlı idi ki, bu döyüşdə Bərmək mahalının dağlıları Şeyxəli xana kömək etmişdilər. Bir çox bəy və digər tərəfdarları ilə bərabər Şeyxəli xan Qazıqumuxlu Surxay xanın oğlu Nuh bəylə Qubanı tutmağa gəldilər. Lakin xanın dəstəsi vuruşmayıb, hərə öz yurduna getdiyi üçün şəhəri tuta bilmədi. Çar Rusiyası Quba əyalətinə nəzarət etmək üçün yerli bəylərin şurasını təşkil etdi. Şuranı Quba şəhərində yerləşən rus hərbi dairəsinin rəisi Ryabin idarə edirdi.