Şua Nəsrulla oğlu Şeyxov () – Azərbaycan teatr və kino rejissoru, aktyor, ssenari müəllifi, Azərbaycan SSR əməkdar artisti (1943).

Həyatı Şua Şeyxov 1905-ci ildə Naxçıvanda anadan olub. O, səhnə fəaliyyətinə 1922-ci ildə Azad Tənqid və Təbliğ Teatrında başlayıb. Burada işləyərkən paralel şəkildə təhsil alıb və Bakı Teatr Məktəbinin 1926-cı ildəki 13 məzunundan biri olub. 1927–1931-ci illərdə Moskva Dövlət Eksperimental Teatr Emalatxanasında teatr rejissorluğu fakültəsinin məzunu olub və 1935–1936-cı illərdə təhsilini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib.

Şua Şeyxov 1931–1935-ci illərdə TRAM-da (Fəhlə və Gənclər Teatrı) və Dərbənd Azərbaycan Teatrında rejissorluq fəaliyyəti göstərib. O, 1936-cı ildə "" filmini Azərbaycan dilinə çevirməklə Azərbaycanda dublyaj sənətinin bünövrəsini qoyub. Bir müddət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Qaryagin (Füzuli) Dövlət Dram Teatrında quruluşçu rejissor və bədii rəhbər işləyib. 1936-cı ildən kinoda ikinci rejissor, rejissor və ssenari müəllifi kimi çalışıb.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.

Rejissor 1970-ci ildə Bakıda vəfat edib.

Ailəsi Səs operatoru Əziz Şeyxovun qardaşı, müğənni-aktrisa Natəvan Şeyxovanın və aktyor Ramiz Şeyxovun atasıdır.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943

Teatr səhnəsindəki işləri Gənc Tamaşaçılar Teatrında hazırladığı tamaşalar Tamaşa Müəllif Çətin dərə Səttar Axundov Tərlan Cəlal Məmmədov, Mirpaşa Miriyev Lənkəran xanının vəziri Mirzə Fətəli Axundov Gənc partizan Nadejda Filippova Ardı var Brunşteyn

Füzuli Dövlət Dram Teatrında quruluş verdiyi tamaşalar Eşq və intiqam Süleyman Sani Axundov Tamahkar Süleyman Sani Axundov Hacı Qəmbər Nəcəf bəy Vəzirov Almaz Cəfər Cabbarlı Sevil Cəfər Cabbarlı

Filmoqrafiya Ordenli Azərbaycan (film, 1938) Xalq şairi (film, 1947) Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949) Əməyə eşq olsun (film, 1950) Sağlamlığın düşmənləri (film, 1950) Neft kəşfiyyatçıları (film, 1950) Doğma xalqıma (film, 1954) Qabaqcıl sovxozda (film, 1955) O olmasın, bu olsun (film, 1956) Kölgələr sürünür (film, 1958) Qəribə əhvalat (film, 1960) Paltar fabriki (film, 1962) Sabahın xeyir, Bakı! (film, 1964) Xalq istedadları (film, 1967)

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 50. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:İkinci rejissorlar Kateqoriya:Ssenaristlər Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:XX əsr teatr rejissorları