Ümit Ünal () — türk rejissor və ssenarist.
Həyatı 1985-ci ildə 9 İyul Universitetinin İncəsənət Fakültəsinin Film Televiziya ixtisasını bitirib. Universitet vaxtında çəkdiyi qısa filmlər müxtəlif mükafatlara layiq görülüb. Yazdığı ilk ssenari olan “ Teyzem”( Xalam) 1986-cı ildə Milliyyet Qəzetinin Ssenari Müsabiqəsində birincilik qazanıb və bu ssenari Halit Refiğ tərəfindən ekranlaçdırılıb. 1986- 1993-cü illər ərzində yazdığı səkkiz ssenari əsasında film çəkilib.
Ilk filmi olan “9”u 2001-ci ildə yazdı və filmə rejissorluq etdi. Bu film 2003-cü il Xarici Film üzrə Oskar Mükafatı üçün Türkiyə temsilçisi olaraq seçildi və müxtəlif festivallarda mükafatlandırıldı.
Dörd kitabı işıq üzü görüb.
Filmləri ”9” (2001) 2002-ci il İstanbul Film Festivalı (Ən yaxşı türk filmi, Ən yaxşı aktrisa -Serra Yılmaz) 2002-ci il Ankara Film Festivalı (Onat Kutlar Ən yaxşı ssenari, Umut Veren Yeni rejissor) ”Anlat İstanbul” (2004) 2005-ci il İstanbul Film Festivalı (Ən yaxşı türk filmi, Ən yaxşı aktrisa-Yelda Reynaud) 2005-ci il Adana Altın Koza Film Festivalı – Ən yaxşı film, Ən yaxşı Ekran tərtibatı, Ən yaxşı görüntü rejissor 2005-ci il Med Film Festival-Roma - Artistic Expression (Original Idea) Mükafatı 2006- cı il Banqkok Beynəlxalq Film Festivalı – Münsiflər heyətinin xüsusi mükafatı ”Ara” (2008) 27-ci Beynəlxalq İstanbul Film Festivalı, Münsiflər heyətinin xüsusi mükafatı “ Kölgəsizlər” (2008) 28-ci Beynəlxalq İstanbul Film Festivalı, ”Kapitan Feza” (2009) ”Səs”(2010) “Nar” (2011) 2011-ci il Antalya Qızl Portağal Film Festivalı Qadın münsiflər heyətinin xüsusi mükafatı
Ssenariləri (1986) “Teyzem” (Halit Refiğ) (1987) “Milyarder” (Kartal Tibet) (1987) “Xəyallarım, Eşqim və Sən” (Atıf Yılmaz) (1988) “ Dostum Şeytan” (Atıf Yılmaz) (1992) “Berlin in Berlin” (Sinan Çetin) (1993) “Amerikalı” (Şerif Gören) (1993) “Yaz Yağmuru” (Tomris Giritlioğlu)
Nəşr olunan kitabları (1993) “Amerika Gözəli” (Hikayələr toplusu) (1996) “ Eşqin əlifbası” (Roman) (2001) “Quyruq”(Roman) (2012) “ İşıq kölgə oyunları”
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə kinorejissorları Kateqoriya:XX əsr Türkiyə yazıçıları