Anton Hüsen və ya Haysen (; 13 dekabr 1990,, Liverpul, İngiltərə) — İsveç futbolçusu, Utsiktens klubunun 3-ü divizionunda oynayır. Antonun atası Qlenn bir neçə milli və beynəlxalq oyunların qalibi idi, onun qardaşları Tobias və Aleksandr peşəkar futbolçulardır.

İdman karyerası Gənc yaşlarında Hüsen əvvəlcə Torsland və Lundby klublarında oynayırdı. Daha sonra o, İsveçin 17 yaşadək milli komandasının üzvü və BK Hacken klubunun gənclərdən ibarət qrupuna daxil oldu. Gənc oyunçu statusunu itirdikdən sonra, o 2009-cu ilin yayında İsveçin Utsiktens komandasının 4-cü divizionuna qatıldı. Orada o ilk dəfə olaraq ikinci komanda üçün oynadı.

2010-cu ildən Hüsen müvəqqəti olaraq atası tərəfindən çalışdırılaraq ilk konkurent komandasının heyətində çıxış edirdi. 2011-ci ilin sonunadək Anton bu komandanın tərkibində oynayırdı və bundan sonra o həmçinin ABŞ-nin bir sıra klublarından təklif aldı.fotbolltransfers.com: "Anton Hysén jagas av klubbar i USA: "Ser jävligt bra ut"" abgerufen am 4. Juni 2013) Lakin 3-cü liqanın mövsümündə bu dəyişikliklər baş vermədiyindən, o Utsiktens həmişəki oyunçular siyahısından faktiki olaraq çıxarılmışdı. 2012-ci il regional oyunlarda o komanda yoldaşları ilə qələbə qazanaraq İsveçin ən dəyərli oyunçusu adını qazanmışdı.

Şəxsi həyatı Anton 2011-ci ilin may ayında İsveçin Offside jurnalına verdiyi intervyuda homoseksual olduğunu etiraf etmişdihttp://bazonline.ch/sport/fussball/Schwedischer-Fussballprofi-Ich-bin-schwul/story/19848491 Schwedischer Fußballprofi: Ich bin schwul. Basler Zeitung, 19. Mai 2011, bu da beynəlxalq mətbuatda çox böyük səs-küyə səbəb olmuşdu. İngiltərənin Daily Mail qəzetinin başlıqlarında bu haqda yazılaraq, "İsveçin ən görkəmli futbolçusu özünün gey olduğunu etiraf etdi" yazmışdı. Bu, həmçinin Almaniyada da yaxından izlənilən bir mövzuya çevrilmişdi. Hətta bu haqda yerli 11 Freunde idman jurnalı "Schwul? Na und!" (Homoseksual? Nə olsun ki!) adı altında hesabat dərc etmişdi. Schwul? Na und! 11 Freunde'' Heft Nr.112 März 2011 Das Outing des Anton Hysén vom 20. September 2012 O 2011-ci ildə Life Ball-da model qismində iştrak etmişdi. 2012-ci ilin aprel ayında o Let’s Dance tele-şousunun İsveç versiyasında çıxış etmişdi.

2012-ci ildə o gey auditoriyasına nəzərdə tutulan QX jurnalı üçün çılpaq pozalar verərək, onun üz qabığını bəzəmişdi.http://www.gay.ru/news/rainbow/2012/05/01-23407.htm Шведский футболист Антон Хайсен снялся обнаженным для обложки гей-журнала, 1 мая 2012

Kubok çempionluğu 2013 West Cup 2012 West Cup 2011 West Cup

Mükafatı 2012 MVP Western Cup Final

Statistika Mənbə: İl Seriya kuboku Matç Qol Ötürmə Hesab Sarı vərəqə Qırmızı vərəqə 2009 ReservElit 4 0 2 2 0 0 2010 Division 2 Västra Götaland 14 2 0 2 0 0 2010 ReservElit 9 0 2 2 0 0 2011 Division 2 Västra Götaland 20 0 4 4 2 0 2011 Västra Cupen 3 0 1 1 0 0 2011 Träningsmatcher 6 0 1 1 0 0 2011 ReservElit 4 0 1 1 0 0 2012 Västra Cupen 5 1 0 1 0 0 2012 Träningsmatcher 6 0 0 0 0 0 2012 ReservElit 6 1 4 5 0 0 2012 Svenska Cupen 1 0 0 0 0 0 2012 Division 1 Södra 9 0 0 0 1 0 2013 Västra Cupen 4 2 0 2 1 0 2013 Träningsmatcher 9 4 3 7 1 0 2013 ReservElit 1 1 0 1 0 0 2013 Svenska Cupen 1 0 0 0 0 0 2013 Division 1 Södra 20 0 3 3 1 0

Mənbə: # Matç Qol Ötürmə Hesab Sarı vərəqə Qırmızı vərəqə 1 65 2 7 9 4 0 2 24 2 9 11 0 0

İstinadlar

Xarici keçidlər Steckbrief auf utsiktensbk.com Offizielle Seite

Kateqoriya:İsveç futbolçuları Kateqoriya:LGBT şəxslər Kateqoriya:Homoseksual idmançılar Kateqoriya:İsveçin kişi futbolçuları