Muncuqlu tikmə () - toz (xırda) və rəngarəng muncüqlarla işlənilən tikmə növü.

Texnika Muncuqlu tikmənin geniş yayıldığı yerlər Şuşa, Gəncə, Qazax, Naxçıvan, Bakı və Təbrizdir. Muncuqlar xüsusi saplara düzülür, sonra isə pul kisəsinin, daraq qabının və yaxud digər əşyaların üzərinə tikilib bərkidilir. Təsvirlər müxtəlif formada və kompozisiyada işlənilirdi. Məxmər, qanovuz, şal və qismən kətan parçalar üzərində işlənirdi. İstənilən bir naxış motivini parça üzərinə keçirmək üçün ilk növbədə onun ümumi mühit xətti qeyd edilir, sonra düzülmüş hazır saylı muncuqları götürüb, lazımi yerə bənd edirlər. Muncuqlar iki üsulla, ya təkbətək, ya da düzüm halında sıra ilə parça üzərinə bənd edilirdi.Nizami kitabxanası - Azərbaycan tikmə sənəti

Ən geniş yayılan motivlər güllər, çiçəklər, yarpaqlar idi. Belə tipli tikmələrdə mirvaridə istifadə edilirdi.

İstinadlar

Həmçinin bax Tikmə Muncuqlu toxuma

Xarici keçidlər Muncuqlu tikmə rəssamı Haşım Hacıyevin saytı Вышивка бисером - Уроки мастерства

Kateqoriya:Tikmələr Kateqoriya:Muncuq işi