Ceyhun Arif oğlu Dadaşov — Azərbaycan rejissoru və aktyoru.
Həyatı Ceyhun Dadaşov 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1990–2000-ci illərdə Sumqayıt şəhər 33 saylı orta məktəbdə təhsil almış, 2000–2004-cü illərdə Azərbaycan Dövlət Mədədniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru ixtisasının bakalavr səviyyəsini, 2004–2006-cı illərdə isə Teatr rejissoru ixtisasının magistr pilləsini bitirmişdir. 2000–2003-cü illərdə Sumqayıt şəhər "Dostluq" mədəniyyət evində "Dram dərnəyinin rəhbəri", 2003–2004-cü illərdə həmin mədəniyyət evində "Dram dərnəyinin rejissoru" vəzifələrində çalışmışdır.
6 mart 2003-cü ildən — 2014-cü ilə qədər Dövlət Pantomima Teatrının aktyorvəzifəsində çalışmış və eyni zamanda elə həmin tearda rejissoru fəaliyyəti ilə də məşğul olmuşdur. O, M. Musabəyov "Şəngül, Şüngül, Məngül" – (Məngül, Kupa), Ç. Aytmatov "Manqurt" – (Juanjuan döyüşçüsü), B. Xanızadə "Zibillik pərvanələri" – (Hamlet, Skripkaçı), B. Xanızadə "Eşq" – (Ulduz, Vərəq), Z. Zeynalov "Maska" -(Üçbucaq), A. Kamyu "İnsan" -(Polis, Vəkil, Ərəb), B. Xanızadə "Kölgə" -(Sərxoş), A. Məmmədov "Korlar" – (Həyat)A. Ekzüperi "Balaca şahzadə" – (qızılgül), Şeyx Əttar "Uçuş" – (Saliq) və sairə tamaşalar da oynamış "Mən və Mən", Manqurt" kişi tamaşalara quruluş vermişdir.
2015-ci ildən etibarən – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, "SABAH" qruplarında – pedaqoq kimi fəaliyyət göstərərək — "Aktyor sənəti", "Səhnə hərəkəti", "Qılınc təlimi", "Səhnə döyüşü" kimi fənnləri tədris edir. Eyni zamanda 2017-ci ildən etibarən — Gənc Tamaşaçılar Teatrı (Plastik həll üzrə rejissor) və "Dövlət Uşaq Filarmoniyası"nda – Teatr studiyasının rəhbəri və rejissoru vəzifəsində çalışır.
2010-cu ildə "Dünya Gənclərinin Alyansı" ictimai birliyinin apardığı sorğuya görə 2009-cu ilin "Gənc İstdadlı Aktyor" nominasiyası üzrə qaliblərdən biri oldum və Fəxri. 2015 – "Fəxri Mədəniyyət işçisi" döş nişanı. 2017 – Sertifikat – XI Belnəlxalq yayteatr məktəbi. 2017 – Diplom (RF TXİ) – Peşəkar ixtisas təkmilləşdirmə kurslarını müvəffəqiyyətlə bitirdiyi üçün.
C. Dadaşov Tatarstanda (Kazan 30 may-6 iyun 2005 "Nouruz" Türkdilli xalqların teatr festivalı) Türkiyədə (Trabzon 1 – 13 may 2006-cı il 7-ci uluslar arası Karadeniz tiatro festivalli) Rusiya (Moskva — "Bibliobraz" kitab festivalı) Misir (Qahirə 2008–9 oktyabar — 20 oktyabr "Eksperimental" teatr festivalı) Gürcüstan (2009, 15 – 19 iyun – Azərbaycan Mədəniyyət günləri) Gürcüstanda (2009, 3 – 7 oktyabr "Beynəlxalq Festival") İsveçrə (2009, 25 noyabr – 3 dekabr –Azərbaycan mədəniyyət günləri Türkiyə (2010, 26 mart-5aprel – 4 Ethos Ankara Uluslararası Tiyatro Festivalın) Avstriyanin (2011, noyabr 14–17 –Viana şəhərində "Azərbaycan Nar bayramı") Almaniya-Fransada (Berlin 2012 fevral –22 – 25 fevral, Paris – 25 – 28 fevral-Xocalı soy qırımı ilə bağlı) ölkələrində səfərdə olmuşam Rusiya (Moskva 03 – 06 noyabr, 2014-cü il_Azərbaycan Rusiya arası mədəni əlaqələr) İran (Təbriz şəhəri – "Təbrizim" IV Beynəlxalq küçə teatr festivalı – 2015-ci il) İran (Mərivan şəhəri – "Marivan meydan teatrı festivalın) Türkiyə (2016, Ankara Uluslararası Tiyatro Festivalın) İran (Təbriz şəhəri – "Təbrizim" V Beynəlxalq küçə teatr festivalı – 2018-ci il)kimi beynəlxalq fetivallarda iştirak etmişdir.
2015-ci ildə müstəqil Rebus Teatrı yaradıb 2019-cu ilə qədər ona rəhbərlik edib. 2015-2024-cü illərdə ADMİU da "Aktyor sənəti", "Səhnə hərəkəti", "Səhnə döyüşü", "Qılınc təlimi", "Plastika və pantomima" fənnlərindən dərs deyib. Dövlət Uşaq Filarmoniyasında "\Teatr studiyasının rejissoru, sonra isə Filarmoniyanın Baş rejissoru vəzifəsində, Bakı dövlət Sirkində isə janr üzrə artist və Bədii Rəhbər vəzifələrində çalışıb.
Bir çox teatrlarda dəvətlə tamaşalara plastik həllər verir.
2022-ci ildən etibarən Dövlət Pantomim Teatrında Quruluşçu rejissor vəzifəsində çalışır
Mükafatları Prezident Mükafatı — 9 may 2024 Prezident Mükafatı — 8 may 2025
Oynadığı tamaşalar Şəngül, Şüngül, Məngül (Mehman Musabəyov) – Məngül; Kupa Manqurt (Çingiz Aytmatov) – Juanjuan döyüşçüsü Zibillik pərvanələri (Bəxtiyar Xanızadə) – skripkaçı; bomj; Hamlet Eşq (Bəxtiyar Xanızadə) – Ulduz, Vərəq Balaca şahzadə (A. Eqzüperi) – qızılgül Maska (Z. Zeynalov) – Üçbucaq İnsan (A. Kamyu) – polis; vəkil; ərəb Bəxtiyar Xanı-zadə "Kölgə" – Sərxoş A. Məmmədov "Korlar" – Həyat Şeyx Əttar "Uçuş" – Saliq Akutaqava Ryonesko – "Kesa və Morito" — Morito Xalq nağılı "Məlik Məmməd" – Əli Məmməd Ceyhun Dadaşov – "Mən və Mən" Əflatun Abdullayev – "Çərçivə" – Su Abdulla Şaiq – "Tıq-İıq xanım" – Siçan bəy Samuel Bekket – "Qaranlıq" yazıçı Çingiz Aytmatov – "Manqurt" – məchul adam Bəxtiyar Xanı-zadə "Adagio" – Sərxoş "Bilet" (intermedia) – I tip Şekspir "Hamlet" — Gildenstern Pantomim rəqslər — "Tanqo", "Xəyal", "Manikenlər", "Şopen" və s. kiçik nömrələr.
Rejissor işləri 2005 — Kamal Abdulla — "Oyun ? " ("Bir, iki, bizimki…") — (Kamera teatrını səhnəsi) 2006 — İlyas Əfəndiyev — "On manatlıq lüstr" — ("Yuğ" teatrının səhnəsi) 2010 — Ceyhun Dadaşov — "Mən və Mən" — (Pantomim Teatrı) 2013 — Çingiz Aytmatov — "Manqurt" — (Pantomim teatrı) 2015 — Ceyhun Dadaşov — "Tesserakt" — (Rebus teatrı) 2016 — Nargilə Qəribov – "Ürək planetinin sakinləri" — (Rebus teatrı) 2017 — Vilyam Şekspir – "Hamlet-X" ("Hamlet") — (Rebus teatrı) 2018 — Ceyhun Dadaşov – "Onlar hələ də gülürlər" — (Rebus teatrı) 2022 — N.V.Qoqol – "Şinel" — (Pantomim Teatrı) - II 4.4. Teatr Festivalının qalibi - (1-ci yer) 2024 — Vilyam Şekspir – "Romeo cə Cülyetta" — (Pantomim Teatrı)
Tamaşanın plastik həlli 2017 — "Qulliver" — Gənc Tamaşaçılar teatrı 2017 — "Qrinç" — Gənc Tamaşaçılar teatrı 2017 — "Eşq-i Nigar" — Gənc Tamaşaçılar teatrı 2017 — "Hörümçək adam" — Gənc Tamaşaçılar teatrı 2018 — "Qar kraliçası" — Gənc Tamaşaçılar teatrı 2018 — "Bir, iki, bizimki…" — Akademik Milli Dram teatrı 2018 — "Şirinlər" — Gənc Tamaşaçılar teatrı 2018 — "Tənbəl Əhməd" — Gənc Tamaşaçılar teatrı 2018 — "Kim güclü, kim ağıllı" — Sumqayıt Dövlər Dram Teatrı 2018 — "Don Kixot" — Gənc Tamaşaçılar Teatrı 2019 — "Mən öləndə ağlama" — Gənc Tamaşaçılar Teatrı 2019 — Qızıl balıq" — Gənc Tamaşaçılar Teatrı 2019 — "Qanlı toy" — Mingəçevir Dövlət Teatrı 2019 — "Dəli yığıncağı" — Akademik Milli Dram Teatrı 2019 — "Varislər" — Gənc tamaşaçılar Teatrı 2019 — "Mənəm mən..." — YUĞ Teatrı 2023 — "Kod adı:VXA" — Gənc Tamaşaçılar Teatrı 2024 — "Mauqli" — Gənc Tamaşaçılar Teatrı 2024 — "Qaraca qız" — Gənc Tamaşaçılar Teatrı 2024 — "Iblis və..." — Akademik Milli Dram Teatrı
Elmi yazılar və məqalələr "Teatr haqqında əsgər qeydləri" "Aktyorun dostu və düşməni" "Pantomim+Söz" "…axı nə yatdın ki, nə də yuxu görəsən" ""Anlamadım" deməkdən qorxmayın" “Hər çinli Brüs Li deyil” "Əgər pyesin əvvəlində divardan silah asılıbsa, o mütləq atəş açmalıdır" "Əl çalmaq adəti" "Teatr yalnız qulaq üçün deyil, həm də göz üçündür" "Fit çalan rejissorlar" "Pantomim — aktyor sənətinin tərkib hissəsi kimi" "Aktyor enerjisi"
Filmoqrafiya QAZ (film, 2005) Bəylik dərsi (film, 2007) Cavid ömrü (film, 2007) Mürafiə vəkillərinin hekayəti (film, 2011)
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları