Fövqəltəbii () — ABŞ istehsalı olan qorxu,döyüş, fantaziya və dram janrlı serialdır. Əvvəlcə Amerikanın The WB, daha sonra da The CW kanalında yayımlandı. Əsas rolları Censen Ekls (Din Vinçester) və Cared Padaleki (Sem Vinçester) ifa edirlər. Serial Warner Bros Television Network tərəfindən 13 sentyabr 2005-ci ildə Kanada/Vankuverdə çəkilməyə başlayıb. Serialın 2-ci fəsli 28 sentyabr 2006-cı ildə 3-sü isə 4 yanvar 2007-ci ildə yayımlanmağa başlayıb. Lakin "Amerika tətilinin yazıçılar gidiyası"nın uğuru buna mane olub. Bu bitdikdən sonra 4-cü mövsüm 18 sentyabr 2008-ci ildə başladı. Əsas qəhrəmanlar Cared Padaleki bu ara vaxtı "Qlamur qızlar" serialında Din Forester rolunu oynadı. Və bu serialın 63 seriyasında iştirak etdi. Censen Ekls isə "Smallville" serialının 22 seriyasına çəkildi.

Məzmun Analarının fövqəltəbii vəziyyətdə ölümündən sonra uşaqlar ataları ilə başqa yerə köçürlər. Ataları Con onları ovçu olaraq böyüdür və o cür qüvvələrə qarşı mübarizə aparır.

İllər keçir. Kiçik oğlu Sem artıq onlarla yaşamaqdan boyun qaçırır və evdən qaçaraq yeni həyata kollecə başlayır və Cessika adında qızla tanış olaraq sevgili olur.

Lakin bir neçə il sonra böyük qardaşı Din Semi tapır və atalarının yoxa çıxdığını deyir. Atasını tapmaq üçün Sem Din ilə gedir və axtarışlara başlayırlar. Atalarını tapmasalarda başqa bir şey aşkar olur. Körpü kənarında insanları öldürən ruh. Onun keçmişini araşdıran qardaşlar məsələnin üstünü açırlar və insanların ölümünə səbəb olan ruhu yox etməyə müvəffəq olurlar.

İşləri qurtardıqdan sonra Sem geri qayıdır. Cessika ilə yaşadığı evə gəlir və yatağa uzanır. Bu vaxt üzünə qan damlamağa başlayır. Gözünü açanda isə dəhşətli bir şey görür… Eyniylə anası kimi Cessika da tavana yapışıb və qarnından qan damlayır. Din nəyinsə düz getmədiyini düşünür və geri qayıdır. Bu vaxt qardaşının sevgilisini o vəziyyətdə görən kimi dərhal qardaşını evdən çıxartmağa çalışır. Bu vaxt isə tavan yanmağa başlayır. Və ev partlamadan öncə onlar evdən çıxa bilirlər.

Sevgilisinin ölümü Semə çox pis təsir edir və o qardaşıyla birgə yaşamağa və bu fövqəltəbii qüvvələrə qarşı mübarizə aparmaqla yanaşı atasını da tapmağa qərar verir.

İndi qardaşları olduqca çətin, qorxulu və təhlükəli günlər gözləyir.

Mövsümlər Serial 2005-ci ildən yayımlanmağa başlayıb. Ümumilikdə hər mövsüm 22–23 (3-cü mövsüm 16 seria) seriadan ibarətdir. 14-cü və 15-cü sezon 20 bölümdən ibarətdir.

Birinci mövsüm thumb|right|250px|1-ci mövsümün açılış görüntüsü Din Semin evinə gələrək atalarının yoxa çıxdığını deyir və onun tapılması üçün Semdən ona kömək etməsini istəyir. Sem istəksiz də olsa qardaşı ilə gedir. Bu vaxt isə sevgilisi Cessika anaları kimi tavanda fövqəltəbii vəziyyətdə yanaraq ölür. Bu hadisədən sonra Sem artıq qardaşı ilə birgə həmin mənfi qüvvələrə qarşı mübarizə aparmağa başlayır. Ölkəni gəzərək bu cür halları araşdıran və onlarla mübarizə aparan qardaşlar bir çox hallarda özləri də hədəf olurlar. Lakin bütün təhlükələrə baxmayaraq mübarizəni davam etdirirlər. Atalarını tapmağa müvəffəq olan qardaşlar analarını və Cessikanı, eləcə də bu kimi halların əsas səbəbkarının sarı gözlü iblis (Azazel) olduğunu öyrənirlər. Hər şeyi öldürə bilən Kolt adlı silahla birgə onun izinə düşən Vinçesterlar mövsümün sonunda ataları ilə birgə iblis tərəfindən avtomobil qəzasına düşürülərək ağır yaralanırlar.

İkinci mövsüm Bu mövsüm qəzadan sonra Vinçestrrlərin xəstəxanada gözlərini açması ilə başlayır. Amma, Din tamamilə fərqlidir. Ruhu bədənindən ayrılaraq arada qalıb, bədəni isə koma vəziyyətindədir. Atası onu xilas etmək üçün iblislə sövdələşir. Kolt və öz həyatını oğlu üçün fəda edir. Lakin ölməzdən əvvəl Dinə Sem ilə bağlı bəzi xəbərdarlıqlar edir. Semi xilas etməsini, edə biməsə öldürməsini tapşırır. Məhz bundan sonra 2-ci mövsüm iblisin Sem ilə bağlı planları ilə keçir. Anasının öldüyü gecə Sem iblisin qanı ilə zəhərlənib. Buna görə də bir sıra xüsusi qüvvələrə sahibdir. Bu hadisə Sem 6 aylıq olduğu vaxt baş verib. İblisin Sem kimi uşaqların aşkar edilməsi və onları öz tərəfinə çəkmək kimi planları var. Bu uşaqlar vaxtı gələndə bir-birləri ilə döyüşür və ən güclüsü, hansı ki sağ qalacaq, iblisin planladığı ordunun başına keçəcək. Cek adlı başqa, Sem kimi olan uşaq Semi arxadan bıçaqlayır və Sem Dinin qollarında ölür. Semin ölümündən sonra Din iblislə razılığa gəlir. Qardaşının həyatı müqavilində öz həyatı. Sem geri qayıdır, lakin Dinin 1 illik ömrü qalmışdı. Mövsümün finalında Din iblisi öldürməyə nail olur. Lakin "Şeytan Qapısı (cəhənnəmə açılan keçid)" açıldığından yüzlərlə iblis dünyaya keçir.

Üçüncü mövsüm Bu mövsüm Dinin iblislə olan razılığını pozmağa çalışmağı ilə keçir. Sem əvvəlcə necə qayıtdığını bilmir. Daha sonra məsələni Dindən öyrənir. Dinin isə yalnız 1 ili qalıb. Vəziyyəti dəyişmək üçün iki qardaş çıxış yolu axtarmağa başlayırlar. Bu zaman Sem Rubi adlı bir iblislə tanış olur və həmin iblis ona Din ilə bağlı kömək edə biləcəyini deyir. Bütün fürsətləri yoxlamağa məcbur olan Sem onun təklifini qəbul edir. Rubi onun üçün insanlığını tam olaraq itirməmiş bir ruh kimidir. Bu da Semin ona inamını daha da artırır. Nəhayət Sem və Rubi Dinin sövdələşdiyi Lilit adlı iblisi tapırlar. Lakin bu sövdələşmənin vaxtı artıq dolub. Artıq Rubinin Din üçün heç nə edə bilməyəcəyi məlum olur. Dinin artıq axırı çatıb. Lilit Semi öldürməyə çalışır, lakin gücünün ona heç bir təsir etmədiyini görəndə qorxaraq qaçır. Vaxtı dolan Din isə cəhənnəm itləri tərəfindən parçalanaraq cəhənnəmə göndərilməsilə mövsüm başa çatır.

Dördüncü mövsüm thumb|right|250px|4-cü mövsümün açılış görüntüsü Din Kastiel adlı bir mələk sayəsində cəhənnəmdən qayıdır. Sem öz qüvvələrinə və Rubinin onu iblis qanı ilə zəhərləməsinə görə yolunu itirir. Mələklər Dinə onun 66 möhürü qırmasını və qiyamətə mane olacaq adam olduğunu deyirlər. İlk möhürü Din qırmışdı. Qiyamətə də ilk möhürü qıran adam mane ola bilər. Bu arada məlum olur ki, Lüsifer azadlığa çıxmaq üçün çalışır. Sem Lilitin həbs edildiyi monastra onu öldürərək son möhürü qırmaq üçün gedir. Bu arada, Din mələklər tərəfindən təhlükəsiz yerə aparılır. Sonradan mələklərin möhürlərin qırılmasını istədikləri, Lüsifer azad olduğu halda isə Dinin onu dayandırmasını və beləcə də cənnətin yerə enməsini istədikləri məlum olur. Lilitin ölümünün son möhürü olduğunu öyrənən Din qardaşını saxlamaq üçün Kastielin köməyilə mələklərin həbsindən azad olur. Semi dayandırmaq üçün getsə də Sem Liliti öldürür. Rubinin lap əvvəldən xain olduğu ortaya çıxanda isə Din Semin köməyilə Rubini öldürür. 66-cı möhür Lilitin ölümüylə qırılır və Lüsifer bunun sayəsində azad olur.

Beşinci mövsüm İlk seriada Lüsifer azad olur, Din və Sem Lilitin öldüyü otaqda bağlı qalırlar. Amma necə olursa təyyarədə peyda olurlar və təyyarə yerə çırpılaraq parçalanır. Lakin Vinçesterlərə heç nə olmur. Kastiel baş mələklər tərəfindən öldürülür. Ancaq sonra yenidən geri qayıdır. Bundan sonra Kastiel üsyan edir və mələkləri öldürməyə başlayır. Zaxaria Dinə Mixail adlı mələyin onun bədəninə girəcəyini deyir. Lakin Din buna razı olmur. Sem və Din artıq birlikdə deyillər. Sem bir barda barmenlik etməklə məşğuldur. Din isə Kastiellə birlikdə vaxtını çox yaxşı keçirir. Dinin Kastiel üçün dediyi bütün sözlər "Fövqəltəbii" fanatlarının təəccübünə səbəb olur.

5-ci mövsümün 3-cü seriasında Lüsifer Semi tapır və onun bədəninə malik olmaq istəyir. Sem bu təklifi qəbul etmir. Dərhal qardaşına zəng edərək yenidən birləşməyi təklif edir. Din isə bu təklifə o qədər də əhəmiyyət verməyərək telefonu söndürür. Zaxaria Dini 5 il sonraya göndərir və Din orada Semin Lüsiferin təklifini qəbul etdiyini görür. Gələcəkdən qayıdan kimi, Din Semə zəng edərək birləşmə haqqındakı təklifini qəbul etdiyini bildirir.

5-ci seriada isə qardaşlar məşhur insanların cildinə girən meşə tanrısı ilə döyüşərək onu öldürürlər. Bundan sonra onlar insanların qəribə vəziyyətdə öldüyü bir kəndə gedirlər və bunların səbəbkarının Cessi adında balaca bir oğlan olduğunu öyrənirlər. Bunu araşdırmaq üçün qardaşlar uşağın anasının yanına gedərək oğlanın yarıinsan-yarıiblis olduğunu öyrənirlər. Kastiel uşağı öldürmək üçün onun evinə gedir. Lakin uşaq onu balaca oyuncağa çevirir. Sem və Din uşağı razı salmağa çalışır, lakin uşaq yoxa çıxır. 8-ci seriada isə qardaşlar Qabriel tərəfindən televiziya dünyasına həbs edilir, hansı ki, onları hətta Kastiel də xilas edə bilməz.

9-cu seriada "Fövqəltəbii kitab seriasının" fanatı olan Bekinin hazırladığı fanat görüşünə yazıçı Cukidən(4-cü mövsüm 18-ci seriada peğəmbər olduğu məlum olmuşdu) telefonunu alaraq Din və Semi çağırır. Lüsiferi öldürəcəyi düşünülən koltun Krouli adlı bir şeytanda olduğu aşkarlanır.

10-cu seriada kolt Kroulidən alınır və Lüsiferi öldürmək planlanır, Amma işlər plandakı kimi getmir. Belə ki, cəhənnəm itləri tərəfindən Co yaralanır. Cəhənnəm itləri tutulur, ancaq Din və Semin qaçıb Lüsiferi öldürməsi üçün Co və Ellen özlərini fəda edərək bombanı partladırlar. Lüsiferi tapan Sem onunla danışmağa başlayır və heç vaxt bədəninə girməsinə imkan verməyəcəyini bildirir. Din Lüsiferi jolt ilə başından vursa da o, ölmür. Lüsifer özünün kolt ilə öldürülə bilməyən 5 varlıqdan biri olduğunu deyir (digərləri: Tanrı, Qabriel, Rafael və Mixail).

11-ci seriada Sem və Din ruhi xəstəxanaya gedirlər. Orada bir ovçu ilə tanış olurlar və onunla birgə Rayt adlı məxluqun ovuna çıxırlar. Rayt toxunuşu ilə yoluxduran və güzgü vasitəsilə görünən məxluqdur. Lakin Sem və Din də bu xəstəliyə yoluxur. sonradan Raytın xəstəxanada həkim olduğu məlum olur. O Semi otağa bağlayaraq öldürməyə çalışdığı vaxt Din özünü çatdırır və Raytın əlindəki iynəni qıraraq onu bıçaqlayır və beləliklə də Rayt ölür.

12-ci seriada Sem necəsə 17 yaşlı bir gəncin bədədninə girmiş olur. Sonra, 3 gəncin cadugər olduğu məlum olur. Gənclərdən biri ayin keçirərək şeytan çağırır. Qardaşlar şeytandan xilas olurlar və cadugərləri gənc olduqları üçün bağışlayırlar.

13-cü seriada Anna (mələk) Sem ilə görüşmək istəyir, lakin Kastiel imkan vermir. Çünki, Anna Semi öldürmək istəyir. Belə olan halda Anna 1978-ci ilə gedərək Meri və Conu (Vinçesterlərin valideynləri) öldürməyə çalışır. Sem və Din də Kastielin köməyi ilə onun arxasınca keçmişə gedirlər. Anna Merini öldürmək istədiyi vaxt Mixail Conun cildinə girərək onu öldürür. Sonra Mixail Dinlə söhbət edir. Daha sonra Con və Merinin yaddaşını silərək Sem və Dini gələcəyə geri göndərir.

14-cü seriada bir qəsəbədə qəribə hadisələr baş verir. Sonradan məlum olur ki, bunun arxasında "qara atlı" yəni "aclıq" dayanır. Din Semin şeytan qanı içməsinin qarşısını almaq üçün onu otaqda kilidləyir. "Aclığ"ın göndərdiyi iki iblis gələrək Semə təsir etməyə çalışır, lakin Sem hər ikisini öldürür və qanlarını içir. Sonradan Sem "aclığ"ı öldürərək Din və Kastieli xilas edir və həmçinin qardaşlar onun üzüyünü ələ keçirirlər Qəsəbədəki hadisələr dayanır. Sonra Kastiel və Din Semi Bobbinin təhlükəsiz otağına həbs edirlər ki, yenidən şeytan qanı içə bilməsin.

15-ci seriada 4 atlıdan biri (olüm) gəlir və şəhərdəki ölüləri dirildir. Ölülər bir neçə gündən sonra insanlara zərər verirlər. Sonradan isə Kroulinin köməyi ilə "ölüm"ü tapırlar. Lakin məlum olur ki, ölüm də Lüsiferin təsiri altındadı və o da bundan xilas olmaq istəyir. Ölüm Dinlə bir razılığa gəlir və üzüyünü ona verərək istifadəsini ona öyrədir.