"Qırmızı səhra" () — rejissor Mikelancelo Antonioninin filmi.
Məzmun
Culiananın daxilində qorxu, tənhalıq və sevgiyə meyil qəribə şəkildə ahəng təşkil edir. Qəza keçirən qadın özünü olduqca düşkün hiss edir. O, bu çirkin, kədərli dünyada çox narahatdır. Operatorun uzun planları sənaye təsvirlərinin arasında onun incə bədən quruluşunu göstərir. Culiana demək olar ki, kor-koranə hərəkət edir.
Onun bağlılıq hissi duyduğu yeganə varlıq balaca oğlu Valeriodur. Bir müddət Culianaya elə gəlir ki, onu təkcə ərinin iş yoldaşı Korrado Zeller başa düşə bilər. Lakin onların ötəri ünsiyyəti heç nə ilə nəticələnmir.
Culiana oğluna cənubda yerləşən ecazkar bir ada haqqında danışır. Orada gənc qız yaşayır, qayalar isə oxuyur. Axşam sahilə bir gəmi yan alır. Qız gəmidəki insanlardan onu buradan aparmalarını xahiş edir. Lakin onlar başqa dildə danışdıqları üçün qızı başa düşmürlər.
Yekun səhnədə Culiana oğluna zavod borularından çıxan zəhərli tüstü haqqında danışır. Bu zaman fikir verir ki, quşlar insanlardan fərqli olaraq, onlar üçün zərərli olan şeylərdən uzaqlaşıblar.
Film haqqında
Film Mikelancelo Antonioninin ilk rəngli tammetrajlı bədii filmidir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifləri : Mikelancelo Antonioni, Tonino Querra Rejissor : Mikelancelo Antonioni Operator : Karlo Di Palma Bəstəkarlar : Covanni Fusko, Vittorio Celmetti Prodüser : Antonio Çervi
Rollarda Aktyor Rol Monika Vitti Culiana Riçard Harris Korrado Zeller Karlo Çionetti Uqo Kseniya Valderi Linda Rita Renuar Emiliya Lili Reyms teleskop operatorunun arvadı Aldo Qrotti Maks Valerio Bartoleşi Culiananın oğlu Emanuela Paola Karboni nağıldakı qız Bruno Borgi Beppe Konti Culio Kotinyoli Covanni Lolli Hiram Mino Madonia Culiano Missirini radioteleskop operatoru Arturo Parmiyani Karla Ravasi İvo Şerpiani Bruno Şipioni
Mükafatlar və nominasiyalar
Mükafatlar və nominasiyalar İl Mükafat Kateqoriya Namizəd şəxs Nəticə1964XXV Venesiya Kino Festivalı Qızıl Şir Mikelancelo Antonioni FIPRESCI Mikelancelo Antonioni 1965 İtaliya kinojurnalistlərinin Milli sindikatının "Gümüş lent" mükafatı Ən yaxşı rəngli film operatoru Karlo Di Palma
İstinadlar
Xarici keçidlər
DESERTO ROSSO – UN CLASSICO IN 35MM + APERITIVO IN TERRAZZA — Museo Interattivo del Cinema | Cineteca Milano
Kateqoriya:İtaliya filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Mikelancelo Antonioninin filmləri Kateqoriya:1964-cü ilin filmləri Kateqoriya:Romada çəkilmiş filmlər Kateqoriya:İtalyanca filmlər Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:İtaliya haqqında filmlər Kateqoriya:Aldatma haqqında filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Depressiya haqqında filmlər