Mişel Djotodiya — 24 mart 2013-cü ildən 10 yanvar 2014-cü ilə qədər Mərkəzi Afrika Respublikasının prezidenti olmuş siyasi və hərbi xadim. Bundan əvvəlsə o Mərkəzi Afrika Respublikasında münaqişədə iştirak edən Seleka üsyançı koalisiyasına rəhbərlik edib və 2013-ci ilin fevralında sülh müqaviləsinə uyğun olaraq, müdafiə nazirinin birinci müavini təyin olunub. 10 yanvar 2014-ci ildə Mişel Djotodiya ölkəni əhatə edən zorakılıq dalğasının öhdəsindən gələ bilməməsi səbəbindən ölkə prezidentinin səlahiyyəti adından könüllü imtina edib və Beninə qaçıb.
Həyatı Mişel Djotodiya 1949-ci ildə Vakaqa şəhərində anadan olub. O SSRİ-də təhsil alıb və 10 il müddətində burada yaşayıb. O, burada ailə qurmuşdu və övladı var idi. 1980-ci illərdə o öz ölkəsində vergi xidməti əməkdaşı olmuşdu. Sonra Djotodiya iqtisadi planlaşdırma nazirliyində,bundan sonra isə xarici işlər nazirliyində çalışıb. Sudanın Nyala şəhərində konsul kimi xidmət göstərmişdi. 2004-2007 illərin vətəndaş müharibəsi zamanı Mərkəzi Afrika Respublikasının azad edilməsi uğrunda Vətənpərvər və demokratik qüvvələr birliyinin prezidenti idi. Müharibə zamanı Djotodiya Beninin Katonu şəhərində sürgündə olub. 2007-ci il noyabrın 20-də o öz nümayəndəsi ilə birlikdə Benin hökumətinin sorğusu əsasında məhkəmə qərarı olmadan həbs edilib. Onlar 2008-ci ilin fevralında sərbəst buraxılıblar.
2012-ci ilin dekabrından Djotodiya Seleka üsyançıların koalisiya başçılıq edir. 2013-ci ilin yanvar ayında prezident Fransua Bozize sülh danışıqlarında baş nazir postuna müxalifət nümayəndəsinin və üsyançıların qəbul edilməsinə razılıq verib. Nəticədə, fevralın 3-də baş nazir Nikolas Tyanqaye təsdiq edilib və Djotodiya müdafiə nazirinin birinci müavini təyin olunub.Bozize verilən vədləri yerinə yetirmədiyi üçün sülh sazişi pozulub və Seleka döyüş əməliyyatlarını bərpa edib. Martın 24-da üsyançılar Banqa şəhərində prezident sarayını ələ keçirdikdən sonra, Bozize Kameruna qaçdı Djotodiya isə özünü ölkənin yeni prezidenti elan etdi. Yanvarın 10-də Banqanın minlərlə sakini "Djotodiya istefa!" şüarı altında küçələrə çıxdı. Elə həmin gün Djotodiya istefa verdi.
İstinadlar http://www.rfi.fr/afrique/5min/20130324-rca-suivez-evenements-republique-centrafricaine-bozize-seleka http://www.apnewsarchive.com/2013/Central-African-Republic-rebels-threaten-to-take-up-arms-if-demands-not-met-within-72-hours/id-a0028844d9af480fb73ccc66d9d9d941
Kateqoriya:1949-cu ildə doğulanlar Kateqoriya:MAR prezidentləri