İntizar - bəstəkar Firəngiz Əlizadənin operası. Librettonun müəllifi filoloq-alim Nərgiz Paşayevadır.
Tarixçə İlk dəfə 2007-ci ildə səhnəyə qoyulub. İlk tamaşa üzərində rejissor Cənnət Səlimova, dirijor Cavanşir Cəfərov və digər yaradıcı heyət çalışıb Səadət Təhmirazqızı, musiqişünas - Firəngiz Əlizadənin sənət dünyasına səyahət. Mədəniyyət.- 2010.- 28 may.- S. 6.. 2010-cu il mayın 11-də Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində əsər yeni quruluşda təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva operaya tamaşa ediblər.
Librettonun müəllifi "Üns" yaradıcılıq səhnəsinin bədii rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Nərgiz Paşayevadır. Operanın yeni quruluşunu beynəlxalq bədii heyət hazırlamışdır. Tamaşanın quruluşçu rejissoru Moskva "Helikon-Opera" Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster Xalq Artisti Gülbacı İmanovadır.
Məzmun
Qaynaq
Video
Operanı izlə
Həmçinin bax
Qarabağnamə (opera) Sənin adın Dənizdir Azərbaycanda opera
Kateqoriya:Firəngiz Əlizadənin operaları Kateqoriya:Azərbaycan dilində operalar Kateqoriya:Azərbaycanda opera Kateqoriya:2007-ci ildə yarananlar