Qəsidə — Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir.
Qəzəldən həcmcə böyük, on beş beytdən otuz-qırx beytədək olur. Qəsidələr ilk dəfə ərəb şeirində yaranmış, farsdilli poeziyada daha yüksək yer tutmuşdur.
Gəh tərzi-qəsidə eylərəm saz; Şəhbazım olub büləndpərvaz. Füzuli. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Bazarda qəsidə oxuya-oxuya bir dərviş və yanında bir adam gəldi. Ə.Abasov. // Tərifnamə. ..Ya da “Məzhər” qəzetinin sahibi Kamil Əfəndi kimi gərək canişin həzrətlərinə birinci nömrəmizdə qəsidə oxuyaq ki, hökumət yanında hörmətimiz olsun. C.Məmmədquluzadə.
Qəsidənin qafiyə quruluşu qəzəldəki kimidir. Amma qəzəldən fərqli olaraq, qəsidə ən azı 15 beytdən, yəni 30 misradan ibarət olur. Qəsidə təntənəli, təmtaraqlı üslubda yazılır. Qəsidə, bir qayda olaraq, ictimai mətləbləri ifadə edir. Mövzu və məzmununa görə qəsidənin minacat, nət, mədhiyyə, fəxriyyə, mərsiyə, həcv kimi növləri vardır"Ədəbiyyat", Bakı, "Abituriyent", 2012. səh.663.
Növləri
Minacat və nət Minacatda Tanrının, nətdə isə peyğəmbərin müqəddəs olmağından danışılır.MÜNÂCÂT. İstifadə tarixi: 21 iyul 2026.
Mədhiyyə Mədhiyyədə hökmdarlar, yüksək rütbəli şəxslər təntənəli üslubda təriflənir. Qasidənin növü olduğu üçün əvvəllər "qasidə-i mədhiyyə" olaraq adlandırılmış, daha sonra isə sadəcə məthiyyə adını alıb.METHİYE. İstifadə tarixi: 21 iyul 2026.
Fəxriyyə Fəxriyyədə müəllif öz şairlik qüdrətindən fəxrlə söz açır.Fahriyye nedir? İstifadə tarixi: 21 iyul 2026.
Mərsiyə Ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatında geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin - müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur. Klassik mərsiyə üç hissədən ibarətdir: şəxsin ölümündən hiss edilən ağrı və kədərin dilə gətirildiyi birinci hissə, ölənin tərifləndiyi ikinci hissə və səbrin tövsiyə olunduğu üçüncü hissə.MERSİYE. İstifadə tarixi: 21 iyul 2026.
Həmçinin bax Qəzəl Beyt Mətlə Məqtə
İstinadlar
Kateqoriya:Lirik növün janrları Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:Fars ədəbiyyatı