Sergey Pavloviç Urusevski (; ) — Sovet kinooperatoru və kinorejissoru, iki dəfə birinci dərəcəli Stalin mükafatı laureatı (1948, 1952), RSFSR əməkdar incəsənət xadimi (1951), 1942-ci ildən Sov.İKP-nin üzvü idi.

Həyatı Sergey Urusevski 23 dekabr 1908-ci ildə Sankt-Peterburqda anadan olmuşdur. 1935-ci ildə Leninqrad təsviri incəsənət institutunda Vladimir Favorskinin kursunu bitirərək kinoda işləməyə başlamışdır. 1937-ci ildən "Soyuzdetfilm" kinostudiyasında operator kimi çalışmışdır.

Böyük Vətən müharibəsində cəbhə kinooperatoru olmuşdur.

1957-ci ildə "Durnalar uçur" filminin çəkilişi zamanı dairəvi operator relsini kəşf etmiş və ilk dəfə olaraq tətbiq etmişdir. Urusevskinin "Mən Kubayam" filmindəki operator işi kino incəsənətinin inkişafında xüsusi rol oynayır. Çoxsaylı beynəlxalq mükafatların laureatı olmuş operatorlar Şon Bobbitt və Ben Seresin onu nəhəng sənətkar hesab edirlər.

Sergey Urusevski 12 noyabr 1974-cü ildə vəfat etmişdir.

Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Filmdə iştirakı Filmin növü1941 İvan İvanoviç İvan Nikiforoviçlə necə dalaşdı? Как поссорился Иван Иванович с Иваном Никифоровичем operator Tammetrajlı bədii film1944 Döyüş Поединок operator Tammetrajlı bədii film1946 Sineqoriya Синегория operator Tammetrajlı bədii film1947 Kənd müəlliməsi Сельская учительница operator Tammetrajlı bədii film1949 Alitet dağlara gedir Алитет уходит в горы operator Tammetrajlı bədii film1950 Qızıl Ulduz kavaleri Кавалер Золотой Звезды operator Tammetrajlı bədii film1953 Vasili Bortnikovun qayıdışı Возвращение Василия Бортникова operator Tammetrajlı bədii film1955 Birinci eşelon Первый эшелон operator (Yuri Yekelçiklə birgə) Tammetrajlı bədii film1955 Həyat dərsi Урок жизни operator 1956 Qırx birinci Сорок первый operator Tammetrajlı bədii film1957 Durnalar uçur Летят журавли operator Tammetrajlı bədii film1959 Göndərilməmiş məktub Неотправленное письмо operator Tammetrajlı bədii film1964 Mən Kubayam Я — Куба operator Tammetrajlı bədii film1968 Yorğa atın qaçışı Бег иноходца rejissor, operator 1973 Mahnı oxu, şair… Пой песню, поэт… rejissor, operator, ssenarist (Gennadi Şpalikov birgə)

Mükafatları border|25px Birinci dərəcəli Stalin mükafatı ("Kənd müəlliməsi" filminə görə, 1948) border|25px RSFSR-in əməkdar incəsənət xadimi (1951) border|25px Birinci dərəcəli Stalin mükafatı ("Qızıl Ulduz kavaleri" filminə görə, 1952) border|25px "Mosfilm" kinostudiyasının gənc kinematoqrafçılarının kinofestivalında Ən yaxşı operator işi ("Qırx birinci" filminə görə, 1956) border|25px Kann kinofestivalında Fransa ali texniki komissiyasının Mükafatı ("Durnalar uçur" filminə görə, 1958) border|25px Mexiko kinofestivalında Beynəlxalq baxış Diplomu ("Durnalar uçur" filminə görə, 1958) border|25px "Şərəf nişanı" ordeni (1965)

İstinadlar

Xarici keçidlər

Сайт с главами книги о Сергее Урусевском Энциклопедия отечественного кино: Сергей Урусевский Кинословарь: В 2-х т. Т.2. М., 1970. — С.712. Кино: Энциклопедический словарь. М., 1987. — С.438–439. Всемирный биографический Энциклопедический словарь. М., 1998. — С.778. Урусевський Е. С кинокамерой и за мольбертом. М., 2002.

Kateqoriya:SSRİ kinooperatorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya kinooperatorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:"Stalin" mükafatı laureatları Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ kinorejissorları