Sarvan döyüşü və ya Dəvəçi stansiyası döyüşü — 1920-ci ilin aprel ayının 27-sində Şabran rayonunun "Sarvan" stansiyasında Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu ilə XI Qırmızı Ordu arasında baş vermiş döyüş. Bu döyüşdə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusuna və könüllülərdən ibarət dəstələrə Həmdulla əfəndi Əfəndizadə başçılıq etmişdir.

Döyüş 1920-ci il aprelin 26-sında gecə saat 12-də Azərbaycana hücum edən bolşevik zirehli qatarı Yalama stansiyasında bir neçə saatlıq müqavimətlə üzləşsə də, Azərbaycan ordusunun əsgərlərini məğlubiyyətə uğrataraq irəlləməkdə davam edirdi. 7-ci Qafqaz diviziyası səhərə yaxın Qusara daxil olmuşdu. 38-ci, 39-cu və 40-cı süvari alayları Qubanın mühüm obyektlərini ələ keçirmişdilər. Həmdulla əfəndi Əfəndizadə ziherli qatarın qabağını kəsmək üçün Dəvəçi stansiyası yaxınlığında mövqe tutmuş, relslərin sökülməsi, barikadaların qurulması üçün tapşırıqlar vermişdir. Ətraf kəndlərdən gələn könüllülərin də orduya qoşulması nətincəsində Həmdulla əfəndinin mücahidlərinin sayı 2 min nəfərə çatmışdı. Səbri bəy, Arif əfəndi Şıxzadə, qubalı Səttar Əfəndiyev, İsmayıl Əli əfəndi, Qaçaq Mayıl, Şəmsəddin əfəndi və Əmri əfəndi bu 2 minlik ordunun dəstə başçıları idilər.

1920-ci ilin 27-də bolşeviklərin zirehli qatarı günortaya yaxın görünməyə başlayır. Həmdulla əfəndi atına minir və deyir:

Döyüş başlayır, zirehli qatar hərəkətini dayandırıb toplarından atəş açır. Artilleriya zərbələri ilə könüllü döyüşçülərin iradəsini qıra bilmədiyini görən M. K. Levandovski 299-cu atıcı polkunu hərəkətə gətirir. İnadkarlıqla hücuma keçən könüllü döyüşçülərin ilk zərbələrindən rus əsgərləri xeyli itki verərək geri çəkilirlər. Qubadan 39-cu və 40-cı süvari alaylarını köməyə çağıran Levandovski vaxt udmaq üçün artilleriya zərbələrini gücləndirir. Bir saatdan sonra isə 299-cu atıcı polkunu hərəkətə gətirir. Bolşevik əsgərlərini yaxına buraxaraq onlara xeyli itki verdirən Həmdulla əfəndi üstünlüyü əlində saxlasa da arxadan qəfil zərbə endirən süvari polkları üstünlüyün bolşeviklərə keçməsinə nail olurlar. Mühasirəyə düşərək çiynindən yaralanan Həmdulla əfəndi və tərəfdarları mühasirəni yararaq dağlara çəkilmək məcburiyyətində qalırlar.

Həmdulla Əfəndinin döyüşündə söylədiyi nitq 2 minlik orduya komandanlıq edən Həmdulla Əfəndi öz ordusu önündə belə bir nitq söyləmişdi:

Döyüşdə iştirak edənlərin rütbələri Həmdulla əfəndi Əfəndizadə — AXC Ordusuna və könüllülərə başçılıq edən şəxs. Səttar Əfəndiyev — AXC Ordusunun zabiti. Səbri bəy — Osmanlı Ordusunun süvari mayoru. Şəmsəddin əfəndi Əfəndizadə — Dəvəçi nahiyəsinin pristavı. İsmayıl Əli əfəndi — Osmanlı zabiti (rütbəsi məlum deyil).

Həmçinin bax Yalama döyüşü

İstinadlar

Kateqoriya:1920-ci ildə Azərbaycan Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları