Mustafa İsmayıl oğlu Şərifov () — ilk azərbaycanlı sanitar-həkim.

Həyatı Mustafa İsmayıl oğlu 1875-ci ildə Şəki şəhərində anadan olmuşdu.Əslən Qazax mahalının Yuxarı Əskipara kəndindəndir.1899-cu ildə Xarkov universitetinin tibb fakültəsini bitirmişdi. 1901-ci ildə Cavanşir qəzasında həkim işləmişdi. İlk azərbaycanlı sanitar-həkim hesab olunur. Sonralar Bakıda rayon sanitar - epidemioloji stansiyasına müdir təyin olunmuşdur. 1918-1920-ci illərdə isə Bakı şəhəri tibb-sanitar hissəsinin müdiri işləmişdir.

M.İ. Şərifov Bakı Şəhər Səhiyyə şöbəsinin müdir müavini, Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu statistika şöbəsinin müdiri, "Azneft"in tibb-sanitar idarəsində müdir müavini vəzifələrində işləmişdir. Azərbaycanda səhiyyənin təşkilində yüksək xidmətlərinə görə Mustafa İsmayıl oğlu Şərifova 1932-ci ildə "Azərbaycan SSR Əmək Qəhrəmanı" fəxri adı verilmişdir.

Mustafa Şərifov 1938-ci ildə vəfat edib. Ailəsi Azərbaycanın ilk arxeoloqu, ilk muzeyşünası, etnoqrafı, coğrafiyaşünası, Davud bəy Şərifovun əmisi oğludur.

İstinadlar

Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Şəkidə doğulanlar Kateqoriya:Xarkovda təhsil almış azərbaycanlılar Kateqoriya:Sanitar həkimlər