Nömaniyyə qəzası () — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi.ديوان محافظة واسط : عن واسط Qəzanın inzibati mərkəzi Nömaniyyə şəhəridir.

Ərazisi 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.116 km² ərazini əhatə edir.Iraq population statistics in GeoHive Global Statistics . United States of America, Arizona, Phoenix.

İnzibati-ərazi bölgüsü İnzibati cəhətdən iki nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Nömaniyyə nahiyyəsi (ərəbcə: ناحية النعمانية)مركز قضاء النعمانية və Ahrər nahiyyəsi (ərəbcə: ناحية الاحرار).

Əhalisi 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 107.618 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Nömaniyyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 11,78%-ni təşkil edirdi.

Etnik tərkibi Qəzada əhali əsasən ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar.Zaman Gazetesi : Arşivinden—>Türkmen aşiretleri Türkçeyi kurslarda yeniden öğrenecek <—haberi; haberin yayınlanma tarihi: 28.11.2003, yazar: Ahmet Dinç / Bağdat Sayları 200 min nəfərdən çox olan bu tayfanın nümayəndələri həmçinin Bağdad mühafazasında, Əziziyə qəzasında, Kut qəzasında və Bedra qəzasında məskunlaşıblar.

Danışılan dillər Qəzada yaşayan əhali əsasən ərəb dilində, qismən isə azərbaycan dillərində danışır.

İstinadlar

Kateqoriya:İraqın qəzaları