Anton Viktoroviç Yelçin (; ) — ABŞ aktyoru. SSRİ-də yəhudi ailəsində dünyaya gələn Yelçin körpə ikən valideynləri ilə birlikdə ABŞ-ə köçüb. O, karyerasına uşaq aktyor kimi başlayıb və 2001-ci ildə çəkilmiş "Hearts in Atlantis" filmində baş rolda oynamışdır. Aktyor 2009-cu ildə işıq üzü görmüş elmi fantastika filmi "Star Trek"də Pavel Çexov obrazını canlandırıb.

Həyatı Yelçin 11 mart 1989-cu ildə SSRİ-nin ikinci ən böyük şəhəri olan Leninqradda yəhudi ailəsində dünyaya gəlib. Valideynləri Viktor Yelçin və İrina Korina peşəkar fiqurlu konkisürən olublar. Onlar Sovet İttifaqında dini inancları səbəbindən təzyiqlərə məruz qalırdı. Anton Yelçin 1989-cu ilin sentyabrında körpə yaşında ikən ailəsi ilə birlikdə Amerikaya köçür. 90-cı illərin sonlarından uşaqlar üçün nəzərdə tutulan teleseriallarda çəkilir. Kino aləminin diqqətini 2006-cı ildə real faktlara əsaslanan "Alpha Dog" kriminal dramı ilə çəkir.

Ölümü Dostları onun cansız bədənini Los-Ancelesin Studio City bölgəsindəki evinin qarşısında aşkarlayıblar. Polisdən verilən məlumata görə, 27 yaşlı aktyor maşını qarajda saxlayıb və avtomobildən çıxanda 2,5 ton ağırlığındakı Jeep Grand Cherokee qəflətən arxaya hərəkət edərək aktyoru hasara sıxaraq öldürüb.

Filmoqrafiya Vahimə gecəsi (2011) Terminator: Qurtuluş (2009) Yalnız sevənlər sağ qalır (2013) Green Room (2015)

Xarici keçidlər

Anton Yelçin — Hollivudun yeni ulduzu Голливудская улыбка Фортуны Интервью с Антоном Ельчиным на НТВ

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Sankt-Peterburqda doğulanlar Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Rusiyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:Uşaq aktyorlar