Damcılı — Azərbaycan Respublikasının Göygöl rayonunun Qızılca kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Dağətəyi ərazidədir. Kənd qonşu Qızılca kəndi ilə birləşmişdir. Yaşayış məntəqəsi adını kəndin ərazisindəki Damcılı bulağının adından almışdır. Bulağın adı suyunun damcı-damcı axması ilə əlaqədardır. Qazax r-nunun Daş Salahlı kəndi ərazisində, Avey dağının lap dibində damcı-damcı axan və Damcılı adlanan bulaq da mövcuddur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 12 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Göygöl rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Göygöl rayonunun kəndləri