Eldar Xeyrulla oğlu İskəndərzadə () — Azərbaycan şairi, dramaturqu, ssenari müəllifi, kino redaktoru. "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü.

Həyatı Eldar İskəndərzadə 5 oktyabr 1964-cü ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 1981-ci ildə Lerik qəsəbə orta məktəbini bitirib. 1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə, eyni zamanda sözügedən institutun nəzdində fəaliyyət göstərən İctimai peşə fakültəsinin Jurnalistika şöbəsini bitirib.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində Baş redaktor müavini, "Azad Azərbaycan Teleradio Yayım şirkəti"ndə və "CBC Telekanalı"nda "Televiziya Filmləri Studiyası"nın yaradıcısı və baş redaktoru olub. 2016-cı ilin iyun ayından "İctimai Televiziya və Radio Verilişləri Yayım Şirkəti"nin "Carçı-film" Yaradıcılıq Birliyinin direktor müavini, 2019-cu ildən 2023-cü ilə qədər redaktor vəzifələrində çalışıb. 2023-cü ilin oktyabr ayından Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi vəzifəsində işləyir.

Ailəsi Evlidir, 3 övladı var.

Yaradıcılığı 1985-ci ildən şerləri ilə Respublika mətbuatında çıxış edir. İlk şeirləri Bakı qəzetində çap olunub. "O gözlərin sirri" adlı şerlər kitabı 1995-ci ildə "Gənclik" nəşriyyatında və "Mənəm, sənsən bir də o" adlı şerlər kitabı 2011-ci ildə "Konstant empere" nəşriyyatında işıq üzü görüb.

ATV və CBC telekanallarında Sənədli Filmlər Studiyasının yaradıcısı və bu kanallarda, eləcə də, "İdman Azərbaycan" telekanalında çəkilən ilk sənədli filmlərin ssenari müəllifidir.

1996-cı ildə "Qalxın məhkəmə gəlir" adlı iki hissəli pyesi N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub.

"CBCfilm"in istehsalı olan və onun ssenarisi əsasında çəkilən Günəşin batdığı yer adlı bədii-sənədli televiziya filmi Almaniyada keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində nümayiş etdirilmişdir.

Digər ssenarisi əsasında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan "Liderlər Lider haqqında" adlı sənədli televiziya filmi Almaniyada Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş dövlət tədbirində nümayiş etdirilib.

Ssenari müəllfi olduğu "Milli qürur meydanı" adlı sənədli televiziya filminin bir nüsxəsi Azərbaycan Respublikası Prezident Kitabxanasına daxil edilmişdir.

"CBCfilm"in istehsalı olan və onun ssenariləri əsasında lentə alınan "Qaranlıq dünyanın nuru" və "Fransız qadının gündəliyi" filmləri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi "Azərbaycan ailəsi" adlı Beynəlxalq Kinofestivalında 5 mükafatdan ikisini qazanmışdır.

"CBCfilm"in istehsalı olan "Ürəyiniz istəyən kimi yaşayın..." sənədli televiziya filmi Hollandiyanın Amsderdam şəhərində keçirilən Beynəlxalq Festivalda mükafata və "festivalın laureatı" fəxri adına layiq görülüb.

Digər bir ssenarisi əsasında çəkilən "Şəhər içində şəhər" adlı sənədli televiziya filmi 2013-cü ilin noyabr ayının 20-dən 24-nə kimi keçirilən I Bakı Beynəlxalq Turizm Filmləri Festivalında iki mükafat qazanmışdır. Belə ki, film "TV filmlər" nominasiyasında 2-ci yeri tutaraq gümüş və "Milli kino" nominasiyasında yeganə olan qızıl mükafatı qazanmışdır. Film Azərbaycandan qızıl mükafat qazanan yeganə filmdir.

"CBCfilm"in istehsalı olan və onun ssenariləriylə çəkilən "Şəxsiyyətin böyüklüyü … Ümummilli lider Heydər Əliyev" və "İvanovka" adlı filmləri Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ənənəvi olaraq keçirdiyi "Azərbaycan ailəsi" adlı Beynəlxalq Kinofestivalında xüsusi fərqlənməyə görə mükafat qazanmışdır.

Ssenariləriylə iki bədii, 160-dən çox sənədli televiziya filmi çəkilib.

2014-cü ildə onun bədii rəhbərliyi və ssenarisi əsasında akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunan Fədakar adlı 2 hissəli bədii-sənədli film çəkilib. Fİlmin istehsalından sonra ssenarist kimi, SOCAR-ın fəxri fərmanı ilə təltif edilib. Daha sonra Fədakar 2 hissəli bədii-sənədli filmi 2016-cı il üçün Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatına təqdim olunub.http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=61625http://palitranews.az/news.php?id=27345

2015-ci ildə "Sərkərdə ləyaqəti... General Əliağa Şıxlinski" filminə görə Respublika Veteranlar Təşkilatının qərarı ilə "General Əliağa Şıxlinski" yubiley medalı ilə təltif edilib.

Üzvlükləri

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.

Mükafatları Şəhid şair "Nizami Aydın" adına ədəbi mükafatı "Qızıl qələm" mükafatı — 2011 Həsən bəy Zərdabi mükafatı — 2012 SOCAR-ın Fəxri fərmanı "General Əliağa Şıxlinski" yubiley medalı Prezident təqaüdçüsü — 2021

Əsərləri

Əbədi dostluq }} Mənim Nəsir əmim }} Unudulmaz müəllim...Professor Nəsir İmanquliyev }} Azərbaycan neftçisinin rəmzi }} Alicənab insan, nurlu şəxsiyyət. Nəsir imanquliyev. }} Nəsir müəllimi xatırlarkən... }} Yaranışın yeni formolu: Şərq hikməti və mühəndislik fəlsəfəsi. }} Elm və Həyat.Akademik Nərgiz Paşayeva haqqında. Modern.az,Bakı: 2023.}} Zəfər günü (klip-şeir)}}.}}

Mətbuat Fədakar ömrün portreti. Xalq qəzeti, Bakı:16.11.2023.}} Dövlət müakatına təqdim edilib. }} }} Yeni mənzillə təmin ediliən jurnalistlər }} Ekologiyaya aid ekran əsəri }} Fədakar filmi mətbuatda }} Fədakar filmi }} Xoşbəxt Yusifzadə haqqında çəkilmiş "Fədakar" filmi }} Məşhur akademikə həsr olunmuş “Fədakar” filmi. }}. Əsl Xoşbəxt haqqında film/ }} Xoşbəxti xoşbəxt kimi göstərməyə nail olan film/ }} Görkəmli neftçi-alim Xoşbəxt Yusifzadə haqqında çəkilmiş “Fədakar” filmi təqdim olunub/ }} Azərbaycanın tanınmış akademikinə film həsr olundu. }} Azərbaycanın neft dahisi haqqında film təqdim olundu/ }} Xocalı haqqında filmin Xəzər Universitetində nümayişi }} Xudu Məmmədov haqqında film. }} Eldar İsgəndərzadə }} İki xalqın oğlu (film-2004) }} Maqsud Şeyxzadə haqqənda film. }} Ev alan jurnalistlərin minnətdarlıq hissləri }}.}} Lerik abidələri haqqında film }} Sözün ucalığına doğru... Eldar İskəndərzadənin 60 illiyinə... }}

Filmoqrafiya

İstinadlar

Kateqoriya:Ssenaristlər Kateqoriya:Azərbaycan film redaktorları Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:"Qızıl qələm" media mükafatı laureatları Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları Kateqoriya:Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri