200px|thumb|right|Yuxarı Gövhər ağa məscidinin ərazisində yerləşən qəbir Azərbaycan rəmzləri — Azərbaycan Respublikası və azərbaycanlılarda tarixən və ya müasir dövrdə istifadə edilmiş rəmzlər.
Rəsmi rəmzlər Şəkil Adı Təsvir Tarix 200px|Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının Dövlət Bayrağı "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasnın Qanununda qeyd edilir: Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir." 9 noyabr 1918-ci ildə təsdiq edilib. 100px|Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının Dövlət Gerbi Dünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edib. Bu da bəllidir ki, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Qərbdəkilərdən fərqli olaraq, şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, millətin Şərq sivilizasiyasına mənsubluğunu, xalqın şərqliliyini bildirməyə xidmət edir. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir.
Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş (eləcə də, Ay) dünya heraldika sənətində "əbədi, daimi, sonsuz həyat" mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə "əmin-amanlıq, sülhsevərlik, barış" mənalarını verir. Günəşin mərkəzində alov təsviri "Odlar Yurdu"nu – Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli ("Novruz" bayramında oda münasibət) ənənələr də nəzərə alınmışdır. 9 yanvar 1993-cü ildə təsdiq edilib. 100px|Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan himni Azərbaycan Respublikasının Dövlət himninin mətninin görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olduğu qeyd edilir. Lakin son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun alimləri himnin mətninin müəllifliyi barədə apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1919-cu ildə Bakıda nəşr olunmuş "Milli nəğmələr" məcmuəsində himnin sözləri "Cəmo bəy" imzası ilə çap olunmuşdur. Bu imza isə ADR dövründə həm parlament, həm də hökumət üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Camo bəy Hacınskiyə məxsusdur. 27 may 1992-ci ildə təsdiq edilib. 100px|Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsi 28 may 1918-ci il — Azərbaycan Demokratik Respublikasının Dövlət Müstəqilliyinin elan edilməsi 28 may günü bütün Azərbaycan tarixi bir hadisəni-1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini qeyd edir. 28 may Azərbaycanda milli bayram-"Respublika günü"dür. 28 may 1992-ci ildən bayram edilir. 150px|Azərbaycan pul vahidi (manat) Azərbaycan manatı Azərbaycan manatı Azərbaycan Respublikasının pul vahididir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. Təsis edilib
15 avqust 1992-ci il 70px|"Qızıl Ulduz" medalı "Qızıl Ulduz" medalı Qızıl Ulduz medalı Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanıdır. "Qızıl Ulduz" medalı üz tərəfində ikiüzlü hamar şüalar olan, 31,5 mm qabarit ölçülü səkkizguşəli ulduzdan ibarətdir, sarı qızıldan hazırlanmışdır. Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycanın Milli Qəhrəmanı" sözləri yazılmışdır. Yuxarı şüanın küncündə medalın nömrəsi həkk olunmuşdur. Medal ilgək və halqa vasitəsilə ölçüsü 27 mm x 20 mm olan Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli beşkünc xara lentə birləşdirilmişdir. Lentin yuxarı kənarında qızıl suyuna çəkilmiş ensiz metal lövhə və paltara bərkidilmək üçün element vardır. Medala üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir edilmiş, paltara bərkidilmək üçün elementi olan 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur. Təsis edilib
25 mart 1992-ci il 80px "Heydər Əliyev" ordeni "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının ən yüksək dövlət təltifidir. "Heydər Əliyev" ordeninin ulduzu və zənciri qılınclı və qılıncsız olur. Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanmışdır. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənmişdir. Ulduzun əks uclarının arasındakı məsafə 82 mm-dir. Ulduzun üzərində çevrəsi dalğavari olan dairəvi lövhə yerləşdirilmişdir. Qılınclı ulduzda həmin lövhə ulduzun guşələrindən dördünün üzərindən keçərək çarpazlaşan iki qılıncın üstündə dayanır. Qılınclar gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Hər qılıncın uzunluğu 82 mm, eni 4 mm-dir. Qılıncların hər birinin dəstəyinə brilyant daş bərkidilmişdir. Dalğavari çevrəli lövhənin ortasında dairəvi medalyondakı cilalanmış lövhə üzərində Heydər Əliyevin barelyefı verilmişdir. Lövhə 750 əyarlı qızıldan hazırlanmışdır. Medalyon, üzərində qırx iki brilyant daş olan daxili halqa ilə əhatə olunmuşdur. Daxili halqanı dövrələyən orta halqanın qırmızı mina çəkilmiş yuxarı hissəsində qabarıq qızılı hərflərlə "HEYDƏR ƏLİYEV" sözləri yazılmışdır, aşağı hissəsi isə rombşəkilli ornament içərisində üç ədəd brilyant daşla bəzədilmişdir, bunların arasında yaşıl mina çəkilmiş qövsvari iki zolaq vardır. Orta halqa çevrəsi dalğavari olan göy rəngli xarici halqa ilə əhatələnir, onun üzərinə üçbucaq oymalar içərisində iyirmi brilyant daş bərkidilmişdir. Təsis edilib 22 aprel 2005-ci il. 70px "Şah İsmayıl" ordeni "Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının ali hərbi ordenidir. Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər. "Şah İsmayıl" ordeni düzgün səkkizguşəli ulduzşəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında "Şah İsmayıl" yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir: — boyundan asmaq üçün 27 mm enində, qırmızı çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden; — paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə qırmızı çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden; Təsis edilib
6 dekabr 1993-cü il.
Qeyri-rəsmi rəmzlər
Tarix +Baş tanrı Göy Tanrı (bütün türk xalqlarında)Əcdad Türk (bütün türk xalqlarının əcdadı) Oğuz xan (oğuz türklərinin əcdadı)PersonifikasiyaKoroğluDövlət qurucusu Məhəmməd Əmin Rəsulzadə (ilk dövlət başçısı) Heydər Əliyev (ümummilli lider) Qobustan qoruğu. Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruqdur. Simvol olaraq, Azərbaycan poçt markalarında və əsginasında təsvir edilib. Odlar Yurdu. Təbii resurslarına görə Azərbaycanı təsvir etmək üçün istifadə edilən şüardır. Bu konsept Azərbaycan gerbində də yer almışdır. Turizm reklamlarında istifadə edilmiş, xarici dillərdə "Azərbaycan" mənasında bədii ifadə kimi işlədilmişdir. Qız qalası. Bakı şəhərinin simvoludur. Qız qalası Azərbaycan pul əsginaslarında dəfələrlə təsvir edilmişdir. Müasir dövrdə tikilmiş Alov qüllələri Qız qalasının Bakı şəhərinin simvolu kimi mövqeyini zəiflətmişdir. Qarabağ. Azərbaycanlıların tarixi suverenliyinin, milli şüurunun və dirçəlişinin simvoludur. Səfəvi İmperiyası. Azərbaycan kimliyinin və gücünün vacib simvoludur. Səfəvi imperiyasında Azərbaycan dili hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının və dini liderlərin dili, dövləti idarə edən sülalənin ana dili idi.Mazzaoui, Michel B; Canfield, Robert (2002). "Islamic Culture and Literature in Iran and Central Asia in the early modern period". Turko-Persia in Historical Perspective. Cambridge University Press. pp. 86–7. ISBN 978-0-521-52291-5. Səfəvi hökmdarları I İsmayıl və I Təhmasibin hakimiyyət dövrü Azərbaycan türk dilinin və ədəbiyyatının inkişafının bu mərhələsinin tarixində ən parlaq dövr hesab edilir. Türkmənçay müqaviləsi. Ərazi cəhətdən şimalda yaşayan azərbaycanlıları İran azərbaycanlılarından ayıran bu müqavilə "Azərbaycan xalqının ayrılıq faciəsinin simvolu"na çevrilmişdir."However the result of the Treaty of Turkmenchay was a tragedy for the Azerbaijani people. It demarcated a borderline through their territory along the Araxes river, a border that still today divides the Azerbaijani people." in Svante Cornell, "Small nations and great powers: A Study of Ethnopolitical Conflict in the Caucasus", Richmond: Curzon Press, 2001, p. 37. Neft. Azərbaycanın simvoludur. Dünyanın ən qədim dəniz neft platforması Azərbaycanda yerləşir.Oldest offshore oil platform . Official website of Guinness World Records. "Göyərçin" abidəsi. Sumqayıt şəhərinin simvollarından biridir. Şəhərin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir. Alov qüllələri. Bakının yeni simvoludur. Turizm və reklam materiallarında Qız qalasını əvəz etmişdir.
Mədəniyyət Nar. Azərbaycanın simvollarından biridir.European Games goes Gaga, Azeris jeer Armenians . Times of India. 13 June 2015. Retrieved 1 September 2015. 2015-ci ildə Azərbaycanda keçirilən Avropa oyunlarında istifadə edilmişdir. Aşura. Tədqiqatçılar Aşuranı Dərbənd şəhərinin azərbaycanlı şiə əhalisinin kimliyinin göstəricisi hesab edirlər.Капустина Е. Л., Солоненко М. Шахсей-вахсей в Дербенте: традиция Ашуры в начале XXI в. // Лавровский сборник: Материалы Среднеазиатско-Кавказских исследований. Этнология, история, археология, культурология, 2006–2007. — СПб.: МАЭ РАН, 2007. — С. 108–109. Buta. Azərbaycan ornament sənətinin ən çox yayılmış bəzək elementlərindən biridir. Bir çox buta növləri var və hər növün öz simvolik mənası var. Tarixən və müasir dövrdə buta Azərbaycan xalçalarında, parçalarında və ev bəzəklərində istifadə edilmişdir. Azərbaycanın simvolu sayılır.Открылся супермаркет на автозаправочной станции в Мардакянах Официальный сайт Buta Palace Azərbaycan xalçası. Xalçalar Azərbaycan xalqının simvolu sayılır. Xalça toxuma sənəti azərbaycanlılarda ən geniş yayılmış ustalıq sənətidir.