right|200px "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı — Naxçıvan Muxtar Respublikasının dövlət mükafatı.
Təsisi "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı 25 iyun 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsis edilmişdir.Naxçıvan Muxtar Respublikasının "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" və "Rəşadətli əməyə görə" nişanlarının təsis edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2013-cü il tarixli Fərmanı serqqapisi.az
Statusu "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı aşağıdakılara görə verilir:"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanının Əsasnaməsi serqqapisi.az dövlətçiliyin inkişafında xidmətə, peşəkarlığa və xüsusi nailiyyətlərə, vəzifə borcunun ləyaqətlə və vicdanla yerinə yetirilməsinə görə; dövlət quruculuğu işlərində xidmətlərə görə.
"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı Azərbaycan Respublikasının orden və medalları olduqda onlardan sonra taxılır.
"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı ilə təltif olunmuş şəxslərə nişan onun vəsiqəsi ilə birlikdə təqdim olunur.
Təsviri "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmişdir və diametri 35 mm, qalınlığı isə 2,5 mm-dir.
Nişan səkkizguşəli ulduz şəklindədir. Nişanın ön tərəfində mərkəzdə dövlət gerbi təsvir edilmiş, çevrə boyunca "NAXÇIVAN MUXTAR RESPUBLİKASINA XİDMƏTLƏRƏ GÖRƏ" sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır.
Nişanın arxa tərəfi hamar səthlidir və bərkidilmək üçün müvafiq element vardır. Ortasında nişanın nömrəsi həkk olunmuşdur.
Təltif edilənlər
İstinadlar
Həmçinin bax Azərbaycanın orden və medalları Azərbaycan Respublikasının ordenləri "Rəşadətli əməyə görə" nişanı
Kateqoriya:25 iyunda yarananlar Kateqoriya:2013-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Naxçıvan Muxtar Respublikası mükafatları