Koley () – samoslu qədim yunan səyyahı və gümüş satışı ilə məşğul olan tacir. Atlantik okeanında olmuş adı bizə məlum olan ilk qədim yunandır.

Tartes şəhərinə səfər Səyyahların adlarının anonim qaldığı qədim dövrdə Koley və Sostratın səyahətləri Herodot tərəfindən əhəmiyyətli sayılmış və o, onların adlarını qeyd etmişdi.

Herodot yazır ki, Koley Tartes şəhərinə gedib çıxmış ilk yunandır (e.ə. VII əsrin ortaları) . O, şəhərin hökmdarı Arganthonios tərəfindən yaxşı qaşılanmış və hədiyyələrlə vətəni Yunanıstana yola salınmışdır.

Koleyin Tartes şəhərinə səyahəti təsadüf nəticəsində baş tutmuşdu. Əslində, o, Misirə üzürdü, lakin güclü fırtına onun gəmisini istiqamətdən yayındırmışdı və Koley Cəbəllütariq boğazından keçərək müasir İspaniyanın cənub-qərbində yerləşən Tartes şəhərinə üzüb gəlmişdi.Herodot, IV, p. 152

Koley bu səfərdən 30 sentner gümüş gətirmişdi, bu çox böyük uğur idi və buna görə də, Koley gümüşün 6 talant məbləğində onda bir hissəsini mis qab hazırlanmasına xərcləyib onu ilahə Hera məbədinə hədiyyə etmişdi.Herodot, IV, p. 152

Tartes şəhərinin əhəmiyyəti Tartes e.ə. I minillikdə cənub-qərbi İspaniyada mövcud olmuş qədim şəhərdir. Əsası, Qadesdən olan finikiyalı kolonistlərin köməyi ilə bir versiyaya görə, kiçik Asiyadan olan etrusklar, digər versiyaya görə yerli tayfalar (turdetanlar və turdullar) tərəfindən qoyulmuşdu. Dəqiq yeri məlum deyil, mənbələrin əksəriyyəti bu qədim şəhərin Betis (indiki Qvadalkivir) çayının aşağı axınında yerləşdiyi güman edir.Ричард Хенниг. Неведомые земли'', Москва. Издательство иностранной литературы. 1961. стр 76–77

Gümüş, mis və qurğuşunla zəngin olan Tartes təxminən 1500 il ərzində həm Britaniyadan qalay gətirlməsi biznesində, həm də bütün Aralıq dənizi hövzəsi ölkələri üçün tunc məmulatların hazırlanması biznesində əsas ortaq idi.Ричард Хенниг. Неведомые земли'', Москва. Издательство иностранной литературы. 1961. стр 75

Tartes həm finikiyalılarla, həm də karfagenlilərlə uğurlu biznes münasibətləri qurmuşdu: şərqə metal ixracı Karfagen vasitəsilə həyata keçirilirdi.

Koleyin səyahətinin əhəmiyyəti Koleyin səyahətinədək Aralıq dənizinin qərb sahilləri və Cəbəllütariq boğazından qərbdə olan ərazilər haqqında yunanların təsəvvürləri finikiyalı dənizçilərin və tacirlərin təhrif olunmuş söz-söhbətlərinə və şayiələrə əsaslanırdı.Ричард Хенниг. Неведомые земли'', Москва. Издательство иностранной литературы. 1961. стр 79 Ümumiyyətlə, tarixən məlumdur ki, finikiyalılar öz ticarət partnyorları haqqında məlumatları gizli saxlamağa çalışırdılar. Cəbəllütariq boğazı isə Karfagenin güclü vaxtlarında qeyri-karfagen gəmiləri üçün bağlı idi.

R. Henniq hesab edir ki, ola bilsin ki, Koley məhz Tartesə getməyi planlaşdırırdı. Bu halda tufanla bağlı izahat sırf bu niyyəti açmamaq üçün bəhanə ola bilər.Ричард Хенниг. Неведомые земли'', Москва. Издательство иностранной литературы. 1961. стр 80

İspan müəllifi Qarsiya Bellido yazır ki, Koley Tartesə üzüb gəlmiş ilk yunan deyildi və yunanlar ən azı e.ə. VIII əsrin birinci yarısından Tarteslə ticarət münasibətlərinə malik idi.A. G. Bellido. Las primeras navigaciones griegas a Iberia, "Archivo Espanol de Arqueologia", 1940/41, p.110 Ola bilsin ki, samoslular sırf yerli patriotizmdən çıxış edərək öz həmyerlilərini Herodota Cəbəllütariq boğazından keçib Tartesə çatmış ilk yunan kimi təqdim etmişdilər.

Koleyin səyahətindən sonra yunanlar Tarteslə 120 il davam edən sıx ticarət əlaqələri qurmağa müvəffəq olmuşdular. E.ə. 537-ci ildə Alalie dəniz döyüşündə karfagenlilərlə etrusklar yunanları darmadağın edərək onları Aralıq dənizinin qərbindən sıxışdırıb çıxardılar və yunanların Tarteslə ticarət münasibətlərinə son qoyuldu.Ричард Хенниг. Неведомые земли'', Москва. Издательство иностранной литературы. 1961. стр 81

İstinadlar

Həmçinin bax Pifey

Kateqoriya:Qədim Yunanıstan coğrafiyaşünasları Kateqoriya:Səyyahlar Kateqoriya:Qədim yunan səyyahları Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Coğrafiya tarixi Kateqoriya:Coğrafi kəşflər