Rüstəm Qəmbər oğlu Zülalov () — Azərbaycan operatoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.

Həyatı Rüstəm Zülalov 1946-cı ilin yanvarın 3-də Azərbaycanın Bakı şəhərində doğulmuşdur. Görkəmli musiqiçi, Azərbaycan respublikasının əməkdar artisti Qəmbər Zülalovun oğludur. Anası Mariya Zülalova. 1963-cü ildə orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsinin işıq sexində əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə işıqçı, sonra kinooperator assistenti vəzifələrində çalışmışdır. 1976-cı ildən isə ali dərəcəli kinooperator vəzifəsində işləyib. Bu dövr ərzində bir sıra məsul dövlət və hökumət çəkilişlərində və televiziya filmlərində aparıcı operator kimi iştirak etmişdir. Müxtəlif janrda bir sıra filmlər çəkmişdir. "Lider" və "Mir" televiziya şirkətində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə, Rüstəm Zülalov "Əməkdar Mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.

Nəsil şəcərəsi

Filmoqrafiya Aktrisanın təbəssümü (film, 1974) Qanadlara yiyələnərək… (film, 1974) Torpağın rəngi (film, 1974) Qızılağacda (film, 1988) Canavar balası Yaşar Nuri olduğu kimi… (film, 2001)

İstinadlar

Kateqoriya:Zülalovlar Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri