Şirin (; ) – Sasani şahənşahı II Xosrovun həyat yoldaşı, Sasani məlaikəsi olmuşdur. Xosrovun atası IV Hörmüzün ölümündən sonra sərkərdə Bəhram Çubin Sasani taxtını ələ keçirir. Şirin Xosrovla birgə Suriyaya qaçır və burada Bizans imperatoru Mavrikinin himayəsi altında yaşayır. 591-ci ildə Xosrov yenidən İrana qayıdır və imperiyada nəzarəti ələ alır, Şirin isə kraliça olur. Bu zamandan etibarən, Şirin öz təsirindən istifadə edərək ölkədəki xristian azlıqları dəstəkləməyə çalışır, lakin mürəkkəb siyasi vəziyyət onu mümkün qədər ehtiyatlı davranmağa məcbur edir. Şirin özü əvvəlcə nestorianlıq kimi tanınmış Şərq kilsəsinə mənsub olsa da, sonrada Suriya Ortodoks Kilsəsi kimi tanınan Antioxiya miafizit kilsəsinə qoşulmuşdur. 614-cü ildə farsların Yerusəlimi işğal etməsindən sonra İsanın xaçı ələ keçirilərək paytaxt Ktesifona gətirilir və burada Şirinin sarayında ucladılır.
Ölümündən bir neçə yüz il sonra, Şirin, Şərq ədəbiyyatının mühüm obrazlarından birinə çevrilmişdir. Əvvəlcə Firdovsinin "Şahnamə"sində kiçik hekayələrdən birində adı hallanan Şirin, sonradan Nizami Gəncəvinin (1141−1209) "Xosrov və Şirin" poemasının əsas qəhrəmanlarından birinə çevrilir. Nizaminin təsiri ilə müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə və müxtəlif dillərdə yazılmış "Xosrov və Şirin", "Fərhad və Şirin" poemalarında Şirin müxtəlif şəkildə təsvir olunmuşdur. Xosrovun oğlu tərəfindən öldürülməsindən sonra, taxtı ələ keçirmiş oğul Şirini də ələ keçirməyə çalısa da, Şirin özünə qəsd edərək, sevgilisi Xosrovla birgə ölməyə üstünlük verir.
Tarixi mənbələrdə Şirin haqqında ilk məlumatı, həmin tarixi şəxsiyyətin müasiri olmuş Bizans tarixçisi Feofilakt Simokatta verir. Q. Y. Əliyev yazır: "Simokatta şəxsən özü misirli olub VI əsrin sonu-VII əsrin əvvəllərində yaşamış və bu tarixi şəxsiyyətin müasiri olmuşdur."Г. Ю. Алиев – Легенда о Хосрове и Ширин в литературах народов Востока, Москва, 1960, ст. 21. O, bu zaman Bizans imperatoru Heraklinin (610–641) sarayında yaşamış, yazı və kitabət işləri ilə məşğul olmuşdur. Bir sıra əsərlərin müəllifi olan, ərəb, fars, assur dillərini yaxşı bilən Simokatta öz əsərindəTheophylacti Simocattae – Historiarum libir octo recognvit Immanuel Bekkerus, Bonnae, 1834 ilk dəfə Şirinin adını çəkmişdir. O, Sasani şahı Xosrovun, Bizans qeysərinə yazdığı məktubdan bir parçanı eyni ilə əsərinə daxil etmişdir. Simokatta Xosrovun məktubuna əsaslanaraq göstərir ki, Şirin Bizansda anadan olmuş, dini xristian, milliyəti isə rumludur.
Şirin haqqında məlumatların Simokatta tərəfindən verilməsi, onun tarixi şəxsiyyət olmasına şübhə yeri qoymasa da, onun etnik mənşəcə rumlu olması məsələsi mübahisə doğurur, çünki, Şirinin etnik mənşəyi haqqında başqa məlumatlar da vardır.
Erməni mənbələrində Şirinin adı ilk dəfə VII əsrdə yaşamış keşiş Sebeosun tarixi əsərində çəkilir. Bu əsərdə onun haqqında müxtəsər fikir söylənilir. Müəllif, onu, Xosrovun çoxsaylı arvadlarından biri, ən sevimlisi və gözəli adlandırır, həmçinin Sasani sarayının banbişiBanbiş pəhləvi dilində "məlaikə" deməkdir. (Banbishn) kimi təqdim edir. Sebeos Şirinin xuzistanlıИстория епископа Себеоса, Под редакцией С. Малхасяна, АрмФАН, 1939, Ереван, стр.47–48 olduğunu qeyd etmiş, hansı millətə mənsub olduğunu göstərməmişdir. Lakin xristian olduğunu təsdiq etmişdir. O, yazır:
VII əsrin 70–80-ci illərində yazılıb, müəllifi naməlum olan Suriya mənbəsində də, Şirin haqqında müəyyən məlumatlar verilmişdir. Bu xronikada ilk dəfə Şirinin erməni mənşəli olması göstərilmişdir, həmçinin, Xosrovun digər xanımı Məryəmin adı çəkilmişdir. Lakin, bu vaxta kimi Bizans və erməni mənbələrində nə Məryəmin adı çəkilmiş, nə də Şirinin erməni mənşəli olması qeyd edilmişdi.Г. Ю. Алиев – Легенда о Хосрове и Ширин в литературах народов Востока, Москва, 1960, стр. 29 Yevqari Saxolastın "Din tarixi" əsərində isə onun adı Sira (Şirin) kimi qeyd edilmiş və arami mənşəli olduğu vurğulanmışdır.Е. Э. Бертельс – Низами, Москва, 1956, стр. 107 Bəzi tədqiqatçılar isə Şirinin Arran hökmdarının nəslindən olduğunu iddia edirlər..
Bəzi müəlliflərin fikrincə Şirin və Məryəm eyni şəxsiyyətdir. Avropa şərqşünaslarından fransız alimi Sen MartenSen Marten – Le Beau Historie du Bas, Empire, səh. 334 və ingilis şərqşünası Q. RaulinsonG. Rawlinson — The sevanth greath oriental Monarchy. V–II, səh. 166 öz əsərlərində Şirin və Məryəmin eyni adam olduğunu qeyd etmişlər. Lakin, T. Noldeke Məryəmin tarixi şəxsiyyət olduğunu qəbul etsə də, onun Şirinlə eyni adam olduğunu qəbul etmir.Н. В. Пигулевская – Византия и Иран на рубеже VI–VII веков, стр. 241
Etnik mənşəyi Şirinin mənşəyi, hansı xalqa və ölkəyə mənsub olması, milliyəti hələlik dəqiq və elmi surətdə müəyyən edilməmişdir. Nizami Şirini gah Qafqaz gözəli, Bərdə şahzadəsi, gah da ərmən hökmdarı kimi qələmə alaraq onun mənşə və milliyyətcə hansı xalqa, ölkəyə mənsub olduğu barədə açıq və qəti fikir söyləmir. Şair öz poemasında şirini gah erməni, gah da türk kimi təqdim edir.Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 88 Nizami əsərində Şirinin mənşəyi məsələsinə ilk dəfə Məhinbanunun ona öyüd verdiyi zaman işarə olunmuşdur. Məhinbanu Şirini hər cür hadisədən, Xosrovun ona yetirə biləcəyi ehtimali sədəmədən qorusun deyə bir sıra düzgün məsləhətlər verib, ona özünü qorumağı tapşırmaqla bərabər, həm də Şirinin mənliyini və şəxsiyyətini hərəkətə gətirmək üçün gözələ mənşəyinin və kökünün kimlərdən ibarət olduğunu söyləyir. Xosrovun yüksək əsil-nəsəbi qarşısında özünü alçaq tutmasın deyə onun kim olduğunu belə bəyan edir:
Klassik ədəbiyyatda çox vaxt ay oğlan və günəş qız simvolu olduğu kimi, Əfrasiyab türklüyü, Keyxosrov isə iranlılığı təmsil edir. Bu simvolika "Şahnamə"də də əks olunmuşdur. Burada Nizami Məhinbanu və Şirinin mənşəcə türk olduqlarını göstərir. Nizami şirini adətən özünü bir türk kimi təqdim edir.Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 89 O, Qəsri Şirin sarayında bir məhbus kimi həyat sürdüyü zaman Xosrov ora gəlib onunla danışıq aparanda üzünü Xosrova tutaraq söyləyir:
Nizami Dərbənd hökmdarı tərəfindən göndərilən qıpçaq qızı Afaqı (Appaq) da Şirin sayağı "türk", "türküm" adlandırır. Şair Afaqı təriflədiyi sözlərlə, təşbihlərlə Şirini də tərifləyir, oxşayır. O, Afaqın ölümündən danışaraq, onun dünyadan vaxtsız keçməsinə işarə edəndə belə bir fikir söyləyir:
Ədəbiyyatda
Nizaminin "Xosrov və Şirin" poemasında
Prototipi Nizami Gəncəvi Şirin surətində özünün sevimli, nakam həyat yoldaşı Afaqı duyub tərənnüm etmişdir.Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 109 Ona görə də, "Xosrov və Şirin" poemasında Şirin obrazını son dərəvə səmimi və təsirli təsvir etmişdir. Əsərin hər misrasında şair, Şirin deyərkən öz Afaqını xatırlayıb, nəzərində canlandırmışdır. Onun gözəl səciyyəsini verməyə, hüsn-camalından danışmağa cəhd etmişdir. Afaqı zehnində, qəlbində, düşüncəsində canlandıraraq, Şirin deyə öz sevimli, vəfalı məşuqəsi, istəkli həyat yoldaşının bütün gözəlliyini, nakam eşqini, saf mhəbbətini, ismət və mənəviyyatını təcəssüm edən ədəbi bir abidə yaratmışdır.Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 112 Məhz buna görə də bu əsər əsrlərdən bəri ürəkləri fəth edir, beyinləri düşündürür, könülləri oxşayır. Şair özü də əsərin sonunda bu cür qərara gəlib, belə bir nəticə çıxarır:
Xüsusiyyətləri "Xosrov və Şirin" poemasının baş qəhrəmanı olan Şirin elə misilsiz bir surətdir ki, onun vəfa və sədaqəti, iradə və qüdrəti, əxlaq və isməti qərinələrdən bəri dillər əzbəri, həqiqi sevgi və məhəbbət rəmzi olmuşdur. H. Araslı bu obraz haqqında deyir: "Şirin dünya ədəbiyyatı tarixində orijinal bir qadın obrazıdır, Qərbi Avropa ədəbiyyatında belə bir yüksək, ağıllı və praktik qadın obrazını yalnız Şekspir tragediyasında görürük. Dantenin Beatriçası də bir çox xüsusiyyətləri ilə Şirinlə müqayisə edilə bilər."H. Araslı – Nizami Gəncəvi, Azərbaycan ədəbiyyatı tarixi, L cild, Bakı, 1943, səh. 82
Şirinin etdiyi yeganə səhv onun ilk dəfə Şapurun sözü ilə durub təkbaşına mədainə getməsidir. Bunu da qızın gəncliyi, təcrübəsizliyi, məhəbbəti ilə izah etmək olar. Şirinin bundan sonrakı bütün hərəkətləri, addımları olduqca mətin və ağıllıdır. Elə ilk başlanğıcdan hadisələrin sonuna qədər Şirin özünü təmiz bir qadın, nəcib məşuqə, vəfalı, sevimli bir insan kimi aparmışdır. Məhinbanunun xeyirxah və ağıllı nəsihətlərinin xeyirxah və ağıllı nəsihətlərini ürəkdən qəbul edib həyatının son anına qədər öz ismət və namusunu qorumuşdur:
Məhinbanu vəfat etdikdən sonra Şirin hakimiyyət başına keçərək tam qüdrət və ixtiyar sahibi olur. Onun üçün yaxşı imkan var idi ki, bu zaman istədiyi adama gedib, xoşbəxt ailə qursun, Xosrovu tamamilə xatirindən silib, həmişəlik unutsun. Lakin vəfalı Şirin nəinki bu işi görmür, o, hətta öz hakimiyyətini də qədirbilməz Xosrovun eşqinə qurban verib, naməlum bir taleyin ardınca mədainə yola düşür. Gözlənilməz bir tərzdə Xosrov tərəfindən qarşılanıb, onun nalayiq hərələtlərinə məruz qalsa da, yenə də özünü itirmir, ümidini kəsmir, əhd-peymanına sadiq qalır. Məryəmin vəfatından sonrada hadisələrin gedişi Şirinin gözələdiyinin əksinə olur. Xosrovun nalayiq hərəkətləri yenə də davam edir. Məryəmin ölümündən sonra Şirin, Xosrovun onunla evlənməsini gözləsə də, Xosrov Şirinlə bir cariyə kimi hərəkət etmək istəyir. Şirin buna qarşı çıxdıqda isə İsfahanlı Şəkərlə evlənir.
Şirinlə evlənmək qərarına gələn Xosrov Qəsri Şirinə gəlir. Lakin o, sərxoş olduğuna görə, Şirin onu saraya buraxmır. Şirin qəti qərara gəlir ki, lazım olsa xoşbəxtliyini ismətinə qurban verəcəkdir. Açıqdan-açığa son cavab olaraq Xosrova söyləyir:
Nəhayət Şirin öz istəyinə nail olur. Xosrova ərə gedir:
Şirin Xosrovla evləndikdən sonra da özünü son dərəcə ləyaqətlə aparır. Hamı ilə mehriban, qayğıkeş rəftar edir. Elə bu zaman, o, öz şəxsiyyətini daha artıq büruzə verməyə imkan tapır, daima Xosrovu ədalətə, humanizmə, rəhm və mürvətə sövq edir. Onu kef məclisləri, şənlik əyləncələri qurmaqdan çəkindirir. Şirinin davranışı nəhayət, Xosrova müsbət təsir edir, daxili aləmində müəyyən inkişafa, mənəviyyatında müsbət dəyişiklərə səbəb olur. Şiruyə atası Xosrovu öldürdükdən sonra analığı Şirini ələ keçirmək məqsədini açıb bildirdikdə Şirinin düzgün tədbiri nəticəsində Şiruyə aldanıb onun bütün istəklərini yerinə yetirir.
Şirin təntənəli və şahanə bir dəfn mərasimi təşkil edir. Xosrov üçün Kəyan şahlarına layiq mirvari və digər daş-qaşla bəzədilmiş qızıl tabut hazırladır. Satraplar Xosrovun tabutunu məqbərəyə qoyduqdan sonra, Şirin son vida üçün Möbiddən icazə alıb içəri girir. Bir müddət sonra Şirinin fəryadını eşidən camaat tələsik içəri girir, onu Xosrovun ağuşuna yıxılıb ölmüş görürlər. Hamı bu cəsarət və sədaqətə heyran qalır. Sevgililəri bir məzarda dəfn edib geri qayıdırlar. Şirinin ölümünü Nizami belə qiymətləndirir:
Orta əsrlərin bütün mütəfəkkir alimləri kimi, Nizami də ədalətpərvər bir hökmdar arzusunda olmuşdur. Şair "Xosrov və Şirin" əsərində Şirini öz arzusuna uyğun, könlündən keçən ədalətli bir hökmdar kimi göstərir. Onun simasında ədalətli hökmdarda görmək istədiyi bütün müsbət, nəcib və xeyirxah xüsusiyyətlər, insanlarda görmək istədiyi yüksək ədalət və insanpərvərlik təsvir edilmişdir.Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 103
Ümumilikdə, Şirin surəti Nizaminin qadınlara qarşı humanist münasibətinin parlaq təcəssümüdir. Diqqətəlayiq bir haldır ki, bütün Yaxın və Orta Şərq ədəbiyyatında ilk dəfə Nizami Gəncəvi tərəfindən qadın, böyük bir əsərin qəhrəmanı kimi təsvir və tərənnüm edilmişdir.Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 114
Xarici görünüşü 250px|thumbnail|left|Şəkixanovların evində Şirin təsviri