Əlix yada Elix (ləzgi. Элихъ) — Azərbaycan Respublikasının Qusar rayonunun Sudur kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası "Elix"(Элихъ) toponimi mənşəcə iki hissədən ibarətdir:
Eli (эли) — ləzgi dilində yüksək dərəcə və ya status daşıyan şəxs mənasını ifadə edirТалибов Б.Б., Гаджиев М.М. Лезгинско- русский словарь. Redaksiya. Р.И.Гайдаров. Maxaçkala. «Советская энциклопедия». X' (хъ)— ləzgi dilində məkan və ya yer anlamını bildirən komponentdirТалибов Б.Б., Гаджиев М.М. Лезгинско- русский словарь. Redaksiya. Р.И.Гайдаров. Maxaçkala. «Советская энциклопедия».
Toponimik baxımdan "Elix" sözü "yüksək statuslu şəxslərə məxsus ərazi" mənasını daşıyır.
Rəsmi sənədlərdə kəndin adı Əlix kimi qeyd olunur, bəzən Elix və ya Elik formalarına da rast gəlinir.
Qusar rayonun Əlix kəndi ad bənzərliyinə görə bəzən Quba rayonunun Əlik kəndi ilə səhv salınır.
Coğrafiyası Şahdağ platosunun və Böyük Qafqaz dağlarının şimal yamaclarının ətəklərində yerləşir. Kəndin şimal istiqamətində digər yüksək dağ yaşayış məntəqəsi olan Yerği kek kəndi yerləşir. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir, başqa məlumata görə ən ucqar kənd sayılır və Əlix kəndi 2400 metr yüksəklikdə yerləşir.
İqlimi Hava şəraiti tez-tez dəyişir və dumanlı günlər üstünlük təşkil edir.
Tarixi Baş kənd olan Sturun bilavasitə yaxınlığında, 2-5 km-dən çox olmayaraq 11 kənd yaranır – Xturğan, Ğener, Arçan, Elix, Yerği-kek, Takar, Suv, Güne, Sanay, Vini-Qer, Guğa-Qer, bu qonşu təpələrdə və yamaclarda yerləşən zamanla ən böyük kəndə şamil edilmiş ümumi Stur adı ilə tanınan yaşayış məntəqələrin eyni kökdən gəldiyi deyilirhttps://www.alamjurnal.com/wp-content/uploads/2015/06/13.pdf. +11 soyLəzgicəAzərbaycancaБинедилай цIусад тIур, ЦIусад бине-хуьр кутур,
КIватI хьайила тек са хуьр
Са кIвал, са югъ, са СтIур.
ТIакIар, Арчан, Яргъикек,
Хъутур, Гъенер, мад Элихъ,
Кьерни Гуьне, Сувни тик
Са кIвал, са югъ, са СтIур.
Зегьмет кIани кьегьалар,
Гам храдай гуьзелар,
Къуран Суннат хвевай
Са кIвал, са югъ, са СтIурOn bir soydan gələn xəncəllər, On bir kəndə kök salanlar,
Yığışıb bir tək cammat olanlar
Bir yurd, bir güc, bir Stur.
Takar, Arçan, Yerğikek,
Xutur, Ğener, bir də Elix,
Qer, Güne və Suv da dimdik
Bir yurd, bir güc, bir Stur.
Zəhmət sevən əsil igidlər,
Xalça toxuyan ədəbli gözəllər,
Quran Sünnəni düz bilənlər
Bir yurd, bir güc, bir Stur. Əlix kəndinin yaranması və formalaşması birbaşa qonşu yüksək dağlıq Sudur kəndinin "Sturar" (СтӀурар) xelinin (böyük klan icmasının) tarixi kökləri və daxili klan qolları (sixilləri) ilə bağlıdır. Belə ki, Sudur kəndinin əsasını təşkil edən Sturar xelinə (чlехи сихил) daxil olan müəyyən ailələrin bu ərazidə məskunlaşması nəticəsində müstəqil Elixar sixili(soyu: klan içində klan) və Əlix yaşayış məntəqəsi meydana gəlmişdir.
5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qusar rayonunun Sudur kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlix kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
İqtisadiyyatı və infrastrukturu 1990-cı illərdən bəri kənd sakinlərin asfalt yolun çəkilməsi ilə bağlı tələbləri diqqətdən kənarda qalır.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 86 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 Kəndin əhalisini ləzgilər təşkil edir.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Qusar rayonunun kəndləri