Yerği kek (ləzgi. Йергъи кек) — Azərbaycan Respublikasının Qusar rayonunun Sudur kənd inzibati ərazi dairəsində kənd. Böyük Qafqaz dağlarının ətəyində dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşən Azərbaycanın ən hündür kəndi hesab olunur.
Toponimikası Yerği kek — Ləzgi dilindən tərcümədə "uzun sıldırım" və ya "uzun qaya" mənasını ifadə edən toponimdir. Yerği — Ləzgi dilində "uzun" mənasını bildirən sifət, kek — Ləzgi dilində relyef xüsusiyyətlərini, xüsusilə "hər şeyin bitdiyi yer", "son nöqtə", "sıldırım" və ya "dik qaya ucu"nu ifadə edən coğrafi termindir.Талибов Б.Б., Гаджиев М.М. Лезгинско- русский словарь. Redaksiya. Р.И.Гайдаров. Maxaçkala. «Советская энциклопедия»
Kəndin digər adının Selibur olması, buradakı bütün soyadların Sturar sixilinə aid olan Selibur klanına aid olduğunu göstərir. Eyni zamandakəndinin ərazisində yerləşən yaylaq da Selibur adını daşıyır.
Kəndin bəzi topoqrafik xəritələrdə qeyd olunan digər adının Şeyx Şamilhttps://www.alltrails.com/explore?b_br_lat=41.316082154443365&b_br_lng=48.106451405700994&b_tl_lat=41.33620337764842&b_tl_lng=48.05938870166628 olması isə məhz bu Selibur soyundan olan Şeyx Şamilin (avar Şeyx Şamillə əlaqəsi yoxdur, sadəcə ad oxşarlığıdır) bu kənddə bəzi döyüşlərdə iştirak etməsi ilə əlaqədardır. Eyni zamanda Yerği kek kəndinin ərazisində yerləşən eyniadlı dağ zirvəsi.
Tarixi Baş kənd olan Sturun bilavasitə yaxınlığında, 2-5 km-dən çox olmayaraq 11 kənd yaranır – Xturğan, Ğener, Arçan, Elix, Yerği-kek, Takar, Suv, Güne, Sanay, Vini-Qer, Guğa-Qer, bu qonşu təpələrdə və yamaclarda yerləşən zamanla ən böyük kəndə şamil edilmiş ümumi Stur adı ilə tanınan yaşayış məntəqələrin eyni kökdən gəldiyi deyilirhttps://www.alamjurnal.com/wp-content/uploads/2015/06/13.pdf. +11 soyLəzgicəAzərbaycancaБинедилай цIусад тIур, ЦIусад бине-хуьр кутур,
КIватI хьайила тек са хуьр
Са кIвал, са югъ, са СтIур.
ТIакIар, Арчан, Ергъикек,
Хъутур, Гъенер, мад Элихъ,
Кьерни Гуьне, Сувни тик
Са кIвал, са югъ, са СтIур.
Зегьмет кIани кьегьалар,
Гам храдай гуьзелар,
Къуран Суннат хвевай
Са кIвал, са югъ, са СтIурOn bir soydan gələn xəncəllər, On bir kəndə kök salanlar,
Yığışıb bir tək cammat olanlar
Bir yurd, bir güc, bir Stur.
Takar, Arçan, Yerğikek,
Xutur, Ğener, bir də Elix,
Qer, Güne və Suv da dimdik
Bir yurd, bir güc, bir Stur.
Zəhmət sevən əsil igidlər,
Xalça toxuyan ədəbli gözəllər,
Quran Sünnəni düz bilənlər
Bir yurd, bir güc, bir Stur. Yerği kek kəndinin yaranması yüksək dağlıq Sudur kəndinin Sturar sixilindən (soyundan) olan Şeyx Sadir adlı şəxslə bağlıdır. Sadir bu uzaq ərazidə bulağın yaxınlığında özünə ev tikmişdir. O burda özü ilə doğma kəndindən Quranı əzbərləməyə başlayıb Quran hafizi olmuşdur. Sonradan o, burada ailə qurmuş və beləliklə yeni kənd yaranmışdır və yeni Selibur adlı soy yaranır. Bu gün kəndin sahəsi 469 hektar təşkil edir, onun da 434 hektarı əkin üçün yararlıdır.
5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qusar rayonunun Sudur kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yerği kek kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Coğrafiyası Yerği-kek kəndi Elix kəndi ilə bərabər Şahdağ ətəklərində yerləşən Selibur platosunda paralel yerləşir. Yerği Kek şimal-qərbdə Arçan (Google mapsdə səhvən Yergi kek kimi qeyd olunub), Kuturğan, Stur, Ger(Google mapsdə səhvən Arçan kimi qeyd olunub), şimalda Gener və Kçan, şərqdə isə Kuzun, cənub-şərq sərhədi isə Laza kəndindən keçir. Cənub və cənub-şərqdə tərəfdən Yerği Kek Şahdağ dağı ilə həmsərhəddir. Şərqdə kəndin ərazisi həmçinin Stur dağına və Dağıstan Respublikasının Doqquzpara rayonunda yerləşən Kelet kəndinə bitişir.https://www.alltrails.com/explore?b_br_lat=41.316082154443365&b_br_lng=48.106451405700994&b_tl_lat=41.33620337764842&b_tl_lng=48.05938870166628https://mapy.com/ru/turisticka?source=osm&id=13430840&ds=1&x=48.0641359&y=41.3293757&z=14.295
İqlimi Kəndin iqlimi çox sərtdir. Qış aylarında qar örtüyünün qalınlığı 40–50 santimetrə çatır, hava temperaturu isə -20 °C-yə qədər enir, intensiv yağıntılar səbəbindən rayon mərkəzi ilə nəqliyyat əlaqəsi tez-tez kəsilir.
İqtisadiyyatı və infrastrukturu 1990-cı illərdən bəri kənd sakinlərin asfalt yolun çəkilməsi ilə bağlı tələbləri diqqətdən kənarda qalır. Əvvəllər Yerği-kekə qonşu kəndlərlə birləşdirən yol baxımsızlıqdan yararsız hala düşərək, hazırda daş topaları ilə növbələşən çala-çuxurlardan ibarətdir. Nəticədə 15 nəfər Yerği-Kek kənd sakinindən ibarət qrup bu işi öz öhdəsinə götürmək və qonşu Laza kəndinə yol çəkmək qərarına gələrək təxminən 4000 manat vəsait toplayaraq yeddi gün ərzində doqquz kilometr yol inşa ediblər.
2024-cü ildə gələn güclü sel Laza və Yerği-kek kəndlərini birləşdirən yeganə körpünü uçurmuşdur:
Elşad Şahverdiyevin sözlərinə görə hələ 15 il əvvəl burada ümumilikdə 75-80 nəfər və 12 ev var idi, amma hazırda kənddə sadəcə 15 nəfərin yaşadığı 5 ev qalıb. 2005-2006-cı illərdən başlayan kəndin tədricən boşalmasının səbəblərini izah edir:
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 75 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 Hazırda 12 təsərrüfat və 88 sakin qeydiyyatdadır, lakin sadəcə 11 evdən 7-sində yaşayış var, 40-a yaxın sakin yaşayır, yerli əhalini ləzgilər təşkil edir. Bütün yerli əhali ləzgilərin Selibur sıxilinə(soy) mənsubdur və İslam dininin Şafii məzhəbinə etiqad edir. Ən son məlumata görə kənddə sadəcə 15 nəfərin yaşadığı 5 ev qalıb.
Tanınmış şəxslərin siyahısı Şeyx Sadir — Yerği kek kəndinin əsasını qoymuş tarixi şəxsiyyət.
Şeyx Şamil — Yerği kek kəndindən olan yerli dini lider və qəhrəmandır, bəzi topoqrafik xəritələrdə kənd adı Şeyx Şamil kimi qeyd olunur, eyni zamanda Yerği kek kəndinin ərazisində yerləşən eyniadlı dağ zirvəsidir.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Qusar rayonunun kəndləri