Xanlar Yunus oğlu Muradov () — Azərbaycan aktyoru və Azərbaycan Respublikasının əməkdar artisti (2000).
Həyatı Xanlar Muradov 30 aprel 1946-cı ildə Sumqayıtda anadan olub. Əmək fəaliyyətinə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Teatrda ilk rolu Ə. Haqverdiyevin "Müsibəti Fəxrəddin" tamaşasında Qurban rolu olmuşdur (1973-cü il). Bu teatrda o 50-yə yaxın rol ifa etmişdir.
1975-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor işləyib. O, teatrda işlədiyi müddətdə Danabaş kəndinin əhvalatları – Xudayar bəy, Qızıl toy – Rəhim, Subaylarınızdan görəsiniz – Seyfi, Səhnədə məhəbbət – milyonçu, Məhəbbət oyunun – Daşdəmirov, Nəğməli Könül – Fərrux kimi əksər tamaşalarda rollar oynamışdır.
28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
5 fevral 2005-ci ildə Bakıda vəfat edib.
Filmoqrafiya Şir evdən getdi (film, 1977) — milis işçisi Od içində (film, 1978) Evləri köndələn yar (film, 1982) Topal Teymur (film, 1983) Bəxtəvər (film, 1990)
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları