Georgi Məmmədov (tam adı: Georgi Ənvəroviç Məmmədov, ; ) — Azərbaycan əsilli SSRİ və Rusiya diplomatı, Rusiyanın Kanadadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri (2003–2014).
Həyatı Azərbaycanlı olan Georgi Məmmədov 1962–1985-ci illərdə Radio və Televiziya Yayımları Dövlət Komitəsi sədrinin müavini Ənvər Məmmədovun ailəsində anadan olmuşdur.
1970-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Tarix elmləri namizədidir. İngilis və İsveç dillərini bilir.
1970–1974-cü illərdə SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun aspiranturasında oxuyub.
1972–1973-cü illərdə SSRİ-nin ABŞ-dakı səfirliyində təlim keçdi,1974–1977-ci illərdə — ABŞ və Kanada İnstitutunun kiçik elmi işçisi olub.
Diplomatik fəaliyyəti 1977–1981-ci illər SSRİ-nin ABŞ-dakı səfirliyində işləmiş: attaşe, səfirliyin ikinci, üçüncü, katibi. 1981–1989-cu illər SSRİ Xarici İşlər Nazirliyinin birinci, ikinci katibi, məsləhətçisi, şöbə müdirinin müavini, ABŞ və Kanada Ofisi rəhbərinin birinci müavini. 1989–1990-cı illər ABŞ və Kanada, SSRİ Xarici İşlər Nazirliyi Ofisi rəhbərinin birinci müavini. 1990–1991-ci ilər SSRİ Xarici İşlər Nazirliyinin ABŞ və Kanada nümayəndəliyinin rəhbəri. 1991-ci il Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini. 1993–1995-ci illər Rusiya Federasiyasının xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq üzrə idarələrarası komissiyasının üzvü idi. 1993–1994-cü illər Rusiya Federasiyasının ərazisində kimyəvi silahların məhv edilməsi obyektlərinin yerləşdirilməsi üçün ərazilərin seçilməsi üzrə Hökumət Komissiyasının üzvü. 1994–1995-ci illər Rusiya Federasiyasının sərhəd maraqlarının müdafiəsi üzrə idarələrarası komissiyanın rəhbəri. 1995 — Rusiya Federasiyasının beynəlxalq maliyyə və iqtisadi təşkilatlarla əməkdaşlıq üzrə idarələrarası komissiyası rəhbərinin və G-7 müavini. 1995–1996-cı illər Rusiya Federasiyasının müdafiə sənayesi üzrə Dövlət Komitəsinin üzvü. 1997-ci il Rusiya Federasiyası Təhlükəsizlik Şurasının müdafiə təhlükəsizliyi üzrə idarələrarası komissiyasının tərkibində olmuşdur. 1997–2003 — Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini olub. 2003–2014-cü illər Rusiya Federasiyasının Kanadadakı fövqəladə və səlahiyyətli səfiri olub.
Ailəsi Qızı — Tatyana Məmmədova, geyim dizayneri. Övladlığa götürülmüş oğlu Sergey Məmmədov — "Volgaburmaş" şirkətinin sahibi, BTM Qrup ASC-nin idarə heyətinin sədri. Nəvələri — David və Leo, Tatyananın övladları və Pavel, Sergeyin tennisçi Anastasiya Mıskina ilə qanuni evliliyindən olan oğlu..
Diplomatik rütbə Fövqəladə və Səlahiyyətli Səfir (5 iyun 1992)
Mükafatları "Fəxri Fərman" (7 iyun 1996) — dövlətə göstərdiyi xidmətlər və uzun illər vicdanla çalışdığı üçünПрезидент Российской Федерации Указ Президента Российской Федерации от 7 июня 1996 г. № 839 "О награждении государственными наградами Российской Федерации" // Собрание законодательства Российской Федерации — 1996.. Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində fəal iştirakına və uzun illərin vicdanla işləməsinə görə — IV dərəcəli "Vətənə xidmətə görə" ordeni (14 noyabr 2002)Президент Российской Федерации Указ Президента Российской Федерации от 14 ноября 2002 г. № 1327 "О награждении государственными наградами Российской Федерации сотрудников Министерства иностранных дел Российской Федерации" // Собрание законодательства Российской Федерации — 2002.. 26 il Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük töhfəyə və vicdanlı diplomatik xidmətə görə — "Mükəmməl xidmətə görə" ordeni, (26 yanvar 2008)Президент Российской Федерации Указ Президента Российской Федерации от 26 января 2008 г. № 98 "О награждении государственными наградами Российской Федерации" // Собрание законодательства Российской Федерации — 2008.. Rusiya Federasiyası Prezidentinin fəxri Sertifikatı (16 noyabr 2012) — Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsindəki xidmətlərinə görəПрезидент Российской Федерации Распоряжение Президента Российской Федерации от 16 ноября 2012 г. № 523-рп "О поощрении" — 2012.. Rusiya Federasiyasının Diplomatik Xidmətinin əməkdar işçisi (21 dekabr 2013) — Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük töhfəsinə, elmi və pedaqoji fəaliyyətinə və uzun illər vicdanla çalışmasına görəПрезидент Российской Федерации Указ Президента Российской Федерации от 21 декабря 2013 г. № 929 "О награждении государственными наградами Российской Федерации" // Собрание законодательства Российской Федерации — 2013.. "Xalqların dostluğu" ordeni.
Həmçinin bax Ənvər Məmmədov
İstinadlar
Xarici keçidlər Биография на сайте "Биография. Ру"
Kateqoriya:Rusiya diplomatları Kateqoriya:SSRİ diplomatları Kateqoriya:Rusiyanın Kanadadakı səfirləri Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları Kateqoriya:Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər Kateqoriya:XXI əsrin diplomatları Kateqoriya:XX əsrin diplomatları Kateqoriya:Tarix elmləri namizədləri