Kazan kafedralı və ya Kazan Tanrı Anası ikonasının kafedralı () — Ampir üslubunda inşa olunmuş Peterburqda fəaliyyət göstərən ən böyük pravoslav kilsə. Kilsə əhali arasında əziz tutulan Kazan Tanrı Anasının möcüzəvi ikonasının saxlanması məqsədilə memar A. Voronixin tərəfindən 1801–1811-ci ildə Nevski Prospekti üzərində inşa olunmuşdur. 1812-ci ilin Böyük Vətən müharibəsindən sonra, kilsə Rusiya hərbi şöhrətinin ən əhəmiyyətli abidəsinə çevrilmişdir. 1813-cü ildə burada general-feldmarşal Mixail Kutuzov dəfn olunmuş, həmçinin alınan şəhərlərin açarları və başqa hərbi qənimətlər yerləşdirilmişdir.
1932-ci ildə kilsə Din və Ateizm Muzeyinə çevrilir, 1991-ci ildən isə artıq fəaliyyət göstərən məbədin içərisində bir neçə il muzey ekspozisiyası saxlanılırdı. 2000-ci ildən Kazan kafedralı Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı protoiyerey Pavel Krasnotsvetovdur.
Tarixi Birinci dərəcəli müqəddəs Tanrı anasının doğulması kilsəsi Nevski Prospekti üzərində barokko üslublu, taxta qübbəli və girişi üzərində zəng gülləsi olan daş kilsənin əsası qoyulmuşdur. Layihənin müəllifi memar Mixail Zemtsov idi. Kilsə İmperatriça Anna İvanovnanın iştirakı ilə təqdis olunmuşdur. 1747–1748-ci illərdə rəssam Lui Karavak Tanrı anasının doğulmasının məbəd obrazını yaratmışdır.
1773-cü ildə kilsədə çareviç II Pavel evlənmişdir. Bu kilsə rus ordusunun bir çox zəfərinin qeyd olunma yerinə çevrillmişdir.
XVIII əsrin ortalarında məbədə daha möhtəşəm görünüş vermək nəzərdə tutulmuşdur. Belə ki, memar Simon Volkov yeni bir beşbaşlı zəng qülləsinin layihəsini hazırlanmışdı, lakin bu plan həyata keçirilməmişdir. XVIII əsrin sonunda, başqa bir layihə Cakomo Kvarengi və Nikolay Lvov tərəfindən hazırlanmışdır.
Kazan kafedralının tikintisi 1799-cu ildə İmperator I Pavel yararsız Tanrı anasının doğulması kilsəsini əvəz etmək üçün yeni bir kafedralın layihəsi üzrə müsabiqə elan etmişdir. İştirakçılar arasında P. Qonzaqa, Çarlz Kameron, D. Trombaro və Jan Toma de Tomon kimi tanınmış memarların adını xüsusilə qeyd etmək olar. Lakin təqdim olunan layihələrdən heç biri qəbul olunmamışdır.
Bir il sonra, kafedralın yaxınlığında iqamətgahı olan qraf Aleksandr Stroqanov, gənc istedadlı memar (keçmişdə Stroqanovun təhkimlisi) A. Voronixin yaratdığı yeni bir layihəni imperatora təqdim edir. Bu layihə imperatorun çox xoşuna gəlir və Stroqanov kafedralın tikintisi zamanı idarə heyətinin sədri olur. Yeni kafedralın təməlqoyma mərasimi imperator I Aleksandrın iştirakı ilə 27 avqust (8 sentyabr) 1801-ci ildə baş tutmuşdur. Kazan Kafedralının könüllü tikintisi zamanı Voronixinin köməkçisi kimi memar və qravürçü Nicholay F. Alferov d iştirak edirdi. Tikinti işləri 1811-ci ildə başa çatdırılmış və xəzinəyə 4,7 milyon rubl dəyərində başa gəlmişdir. 1 yanvar, 1811-ci ildə Kazan kafedralının layihəsinin müəllifi, memar Voronixin layihəsi ilə 4-cü dərəcəli müqəddəs Vladimir ordeni ilə təltif edilmişdir. də mitropolit Amvrosi kilsəni təkrar təqdis etmişdir. Həmin ildə köhnə kilsə sökülmüşdür.
Kafedral XIX–XX əsrlərdə Kazan kafedralı 1812-ci il Vətən müharibəsində rus xalqının döyüş qələbə abidəsi kimi müasirlər tərəfindən qəbul edilmişdir. Burada feldmarşal Mixail Kutuzov dəfn olunmuşdur. Kafedralda 1829-cu ilin sonuna kimi Ogüst Montferranın rəhbərliyi altında bəzək işləri davam etdirilmişdir. Kafedralda ilk təmir işləri müvafiq olaraq, 1844–1845-ci ildə reallaşmışdır. 1862–1865-ci illərdə baş vermiş sonrakı təmir işlərinə divar rəsmlərinin bərpası da daxil idi. də kafedralda Çaykovskinin cənazəsi önündə ölü duası oxunmuşdur. də kafedralda Romanovlar sülaləsinin 300 ildönümünün qeyd olunması zamanı rəsmi versiyaya əsasən 34 nəfərin həyatına son qoymuş böyük izdiham yaşanmışdır.
18 yanvar 1921-ci ildə mitropolit Veniamin (Kazanski) Moskva Patriarxı Yermogenin qış "mağara" kapellasını təqdis etmişdir.
1930-cu ildən Sovet dövründə kilsələrə başlanan təqib Kazan kafedralına da toxunmuşdur. Kilsə interyeri 1922-ci ildə qiymətli əşyaların konfiskasiyası nəticəsində ciddi zədələnmişdir. Renovatorların əlinə keçdikdən və 1928-ci ildə İsaak kafedral kilsəsinin bağlanmasından sonra, o yenilənmiş Leninqrad yeparxiyasının kafedral kilsəsi statusunu əldə etmişdir. Lakin 25 yanvar 1932-ci ildə kafedral bağlanılır və 15 noyabr 1932-ci ildə onun binasında Din və Ateizmin Tarix Muzeyi açılır. 1950–1956-cı illərdə kilsənin interyeri, 1963–1968-ci illərdə isə fasadı restavrasiya olunmuşdu.
Kilsədə yenidən ibadət işləri 25 may 1991-ci ildə bərpa edilmişdi. 30 aprel 1994-cü ildə kilsənin günbəzinə xaç quraşdırılmışdı. Kilsənin Tam təqdisolunma mərasimi 29 mart 1998-ci ildə keçirilmişdi. Mərasimi mitropolit Vladimir (Kotlyarov) başçılıq edirdi. 2000-ci ildə kilsə rəsmən kafedral statusu əldə etmişdi. Bu statusu o daha əvvəllər də, yəni renovatorlar dövründə (1925–1932-ci illər) qoruyub saxlamışdı.
Kafedralın memarlığı və tərtibatı
İmperator I Pavelin ən böyük arzularından biri də, onun əmri ilə inşa olunan kilsənin Romada yerləşən əzəmətli Müqəddəs Pyotr bazilikasına bənzəməsi idi. İmperatorun arzusunu kilsənin şimal fasadı qarşısında memar Voronixin tərəfindən hazırlanmış 96 sütundan ibarət təntənəli kolonnada özündə mükəmməl ifadə etdi. Əqər Romadakı Pyotr kolonnadası ətrafdakı meydanı bağlayırsa, Kazan kafedralının kolonnadası tam olaraq Nevski prospektinə açılır. Voronixinin bu memarlıq ideyası, Nevski prospektində kilsələri tikən memarların qarşısında duran problemi uğurla həll etməyə imkan yaratdı. Prospekti qərbdən şərqə uzanır, elə pravoskav kilsələrdə də eyni ilə bu cür təşkil olunur — qərbdə giriş, şərqdə isə altar. Buna görə də bir çox dini abidələr şəhərin əsas nəqliyyat magistralının yanında durmaq məcburiyyətində qalmışdıИсключения встречаются среди церквей неправославных конфессий, где такого жёсткого требования на ориентацию алтаря нет. В частности, церкви Петра и Павла (лютеранская), Святой Екатерины (католическая) стоят входом на юг (к проспекту), алтарём на север. Шведская церковь Святой Екатерины (лютеранская) тоже стоит боком к проспекту, но входом на восток, алтарём на запад.. Kolonnadanın köməyi ilə kilsənin şimal, yəni yan tərəfi əsas giriş hissəsinə çevrilmişdi. Kafedralın qübbəli xaçı da eyni səbəblərdən ötəri prospektə kənar çevrilmişdir və əsas, şimal tərəfdən tam olaraq görünmür. Cənubdan kafedralı eyni kolonnada bəzəməli idi, lakin A. Voronixinin bu planı gerçəkləşmir. Kilsənin zəng gülləsi yoxdur, çanlar kolonnadanın qərb qanadında yerləşir.
Kafedralın fasadına boz Pudoj daşı ilə üz çəkilmişdi. Əvvəllər onlar İvan Martos, İvan Prokofyev, Fyodor Qordeyev, Stepan Pimenov və Vasili Demut-Malinovski tərəfindən hazırlanmış relyef və heykəllər ilə bəzədilmişdi. Onların planları tam olaraq həyata keçməmişdir. Belə ki, bu günə qədər kolonnadanın yanlarında iki pyedestal qorunub saxlanılmışdı; 1824-cü ilə kimi, pyedestalların üzərinə bürünc ilə əvəz olunmsı nəzərdə tutulan mələklərin suvaq heykəlləri quraşdırılmışdı.
Kafedralın bürünc tökməli şimal qapısı Florensiyada yerləşən Santa Maria del Fiorenin məşhur "cənnət darvazalarını" özündə əks etdirir. Məbədin daxilində kapitelləri qızıl suyuna salınmış və çəhrayı fin qranitindən hazırlanmış 56 korinf sütunu var.
İnteryerdə yalnız iki — Feodosi Şedrinin "Xaçdaşıma" və Jan Dominik Raşettin "Həbsə alınma" barelyefi qorunub saxlanılmışdı, digər barelyeflər hələ 1814-cü ildə yığışdırılmışdır.
İkonalar Vasili Şebuyev, Aleksey Yeqorov, Andrey İvanov, Fyodor Brüllo, Stepan Şyukin, Orest Kiprenski və digər İncəsənət Akademiyasının fəxri üzvləri tərəfindən yaradılmışdırБольшинство образов ныне хранится в Русском музее..
Əsas kapellanın ikonostası kilsənin ən diqqət çəkici elementinə çevrilmişdi. O fransızlardan qənimat olaraq konfiskasiya olunmuş üçlük gümüşdən 1834–1836-cı illərdə hazırlanmışdır. Bu gümüşün 40 pudunu Don atamanı Matvey Platov bağışlamışdı. 30 il sonra, kilsənin şimal və cənub ikonostasları da gümüşlə bəzədilmişdir. Kilsə əmlakının müsadirəsindən sonra ikonostas itirilmişdirСуществуют различные версии судьбы иконостаса Казанского собора: перелит в слитки или в монеты.. Hal-hazırda ikonostasların gümüş bəzəkləri bərpa olunub.
Ruhanilər
Tarix boyu Kafedralın bütün başçıları Tarix Kafedralın başçısı Birinci dərəcəli müqəddəs Tanrı anasının doğulması kilsəsi 1763–1798 (?) protoiyerey İakov Navrodski (1731–1798) …—1809 (?) protoiyerey Feodor Vasilyeviç Semivski (1731–1809) Kazan kafedralı 1814–1831 (?) protoiyerey İvan İvanoviç Bedrinski (1769–1831) 1831–1846 protoiyerey Pyotr İvanoviç Mıslovski (1776 və ya 1777–1846) 1846–1848 protoiyerey Timofey Ferapontoviç Nikolski (1788–1848) 1848–1860 protoiyerey Andrey İvanoviç Raykovski (1802–1860) 1860— protoiyerey Qriqori Sergeyeviç Debolski (1808–1881) 1881— protoiyerey Aleksandr Petroviç Bulqakov (1823–1883) 1884— protoiyerey Aleksandr Alekseyeviç Lebedev (1833–1898) 1898— protoiyerey Yevqraf İvanoviç Meeqorski (1839–1904) 1904— protoiyerey Dimitri Timofeyoviç Meqorski (1841–1909) 1904–1913 protoiyerey Nikolay Adrianoviç Sosnyakov —9 avqust 1918 protoiyerey Fəlsəfəçi Nikolayeviç Ornatski (1860–1918) 1919–1920 protoiyerey Vasili Marenin dekabr 1920—iyun 1922 protoiyerey Nikolay Kirilloviç Çukov (1870–1955) iyun 1922 – 12 mart 1923 protoiyerey Vasili Anikitiç Prozorov 12 mart—17 sentyabr 1923 "protoiyerey" Lev Mixayloviç Teodoroviç (1867-ci ildən sonra 1930)С 12 марта 1923 года до закрытия собор принадлежал обновленцам. sentyabr—25 noyabr 1923 "protoiyerey" Artemi (İlyinski) 25 noyabr 1923 – 17 yanvar 1925 "protoprisviter" Vladiimir Dmitriyeviç KrsnitskiВ период настоятельства В. Красницкого собор принадлежал обновленческому течению "Живая Церковь". 20 yanvar 1925—iyun 1927 "mitropolit" Veniamin (Muratovski) (1855–1930) iyun 1927—yanvar 1932 "mitropolit" Serafim (Rujentsov) (1876–1935) məbəd fəaliyyət göstərmirdi 1996—bu günə kimi protoiyerey Pavel Qriqoryeviç Krasnotsvetov (doğ. 1932-ci ildə)
Kilsə əmanətləri
Kilsə əsas ziyarətgahı — əhali arasında əziz tutulan Kazan Tanrı Anasının möcüzəvi ikonasıdı. İkona çariça Praskovya Fyodorovna-Satıkovaya məxsus idi. İkona 1712-ci ildə Sankt-Peterburqun paytaxt elan edilməsindən və çar ailəsinin Moskvadan buraya köçməsindən sonra gətirilmişdir. Bu ikona rəhbərlik etdiyi qoşunları Nijni Novqorod şəhərindəən gətirən knyaz Pojarskini 1612-ci ildə Moskva Kremlini əcnəbilərdən azad etməyə ilhamlandırmışdır. Uzun müddət Nevski prospektindəki Birinci dərəcəli müqəddəs Tanrı anasının doğulması kilsəsində qaldıqdan sonra, ikona yeni Kazan kafedralına köçürülmüşdür.
Kazan ikonası Sankt-Peterburqun əsas pravoslav müqəddəslərindən biri olmuşdur. Kafedralın bağlanmasından sonra, ikona Senna meydanında yerləşən Uspenye kilsəsinə köçürülmüşdü. Uspenye kilsəsinin bağlanmasından ssonra isə ikona artıq Smolensk qəbiristanlıq kilsəsində yerləşdirilmişdi. 4 iyul 2001-ci ildə ikona xaç yürüşü olmadan Kazan kafedralına qeri qaytarılmışdır. Şəhər sakinlərinin ehtimalına əsasən, ehtiram bəslənilən ikona bolşeviklər tərəfində 1930–1940-cı illərdə müsadirə edilmişdi və hazırkı mövcud ikona — sadəcə orijinalın XIX əsrdə hazırlanmış surətidir.
Aşağıda göstərilən digər ikona simaları hal-hazırda Kazan kafedralından götürülmüşdür, bunlar: Möcüzə yaradan Nikolay ikonası və M. İ. Kutuzov tərəfindən hədiyyə olunmuş Çenstoxov Tanrı Anası ikonası 1891-ci ildə N. N. Nikonovun layihəsi əsasında ina edilmiş Jivonos sərdabəsi 1906-cı ildə Yerusəlim patriarxı Damian tərəfindən göndərilmiş və İsanın sərdabəsinin bir hissəsi olan "İsanın dirilməsi" ikonası da həmin sərdabənin bir hissəsidir.
Kilsə-xatirə left|thumb|220px|General Mixail Kutuzovun Kazan Kafedralında yerləşən məzarı.