Melissa P.- Luca Guadagnino tərəfindən 2005-ci ildə çəkilmiş erotik drama filmidir. Melissa Panarello "Yatmazdan əvvəl saça 100 fırça zərbəsi" romanı əsasında çəkilmiş filmin baş rollarında Luka Guadanino, Mariya Valverde, Leticia Tsiampy və Geraldine Çaplin çəkilmişdir.

Məzmun Melisa (Valverde) ailəsindən getdikcə uzaqlaşan 15 yaşındakı utancaq bir bakirə qızdır. Onun atası xarici neft qurğusu üzərində işləyir, anası isə onu başa düşməyən bir qadındır. Melisanı başa düşən yalnız nənəsi Elviradır. Lakin Elvira qocalar evinə getdiyi vaxt o tamamilə tək qalır. Melisa ilk dəfə yaraşıqlı və varlı Daniyel ilə hovuzun arxasında baş verən alçaldıcı bir oral seksdən sonrakı görüşdə bakirəliyini itirir. Daha sonra cinsi gücünü hiss edir və Daniyel və onun dostu Arnaldo ilə üçlü seks həyatı başlayır.

Film haqqında Qıvrım başlığı altında "Yatmazdan əvvəl saça 100 fırça zərbəsi"(başqa adı ilə "Yüz toxunuş") romanı bir neçə il əvvəl İtaliya nəşr edilmişdir. Melissa Panarello — köhnə ad olmasına, güclü reklam olunmamasına və üz qabığında heç bir məşhurun adının olmamasına baxmayaraq milli bestseller oldu. Yazar öz intim gündəliklərini kitabın mövzusu olaraq götürdü. Zərif, təsirli, ehtiraslı, qalmaqallı və Avropada ilk erotik və ilk cinsi təcrübə haqqında olan kitab Lolita XXI əsrdə Avropada sensasiya yaratmışdır. Və indi bu valehedici kitab tammetrajlı kino formatında yeni həyat qazanır.

Rollarda Mariya Valverde — Melisa P. Geraldine Çaplin — Nonna Elvira Primo Reggiani — Daniyel Fabriziya Sacchi — Dariya Elio Germano as Arnaldo Nilo Mur — Marco Letiziya Ciampa as Manuela Klaudiyo Santamariya — Custode del museo Pier Giorgio Bellocchio — Istruttore di nuoto Marsello Mazzarella — Chiunque Kateqoriya:2005-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin erotik filmləri Kateqoriya:2005-ci ilin dram filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:İtalyanca filmlər Kateqoriya:İspaniyanın dram filmləri Kateqoriya:İtaliyada çəkilən filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:İtaliya haqqında filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:İtaliya filmləri Kateqoriya:İtaliyanın dram filmləri