Ziya Məmmədiyyə oğlu Yusifzadə () — Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 7-ci sədri (1980–1988).

Həyatı thumb|left|190px|Ziya Yusifzadənin məzarı Ziya Yusifzadə 15 fevral 1929-cu ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olmuşdur. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla bitirmişdir. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirmişdir. 1952–1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləmişdir.

1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunmuşdur. 1972–1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışmışdır. 18 iyun 1980 – 11 avqust 1988-ci il tarixlərində Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi almışdır.

1988–1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləmiş, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxmışdır.

Böyük həyat və əməliyyat təcrübəsi nəzərə alınaraq, 1999-cu il iyunun 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilmişdi.

Bir neçə çağırış Bakı Sovetinin, Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1970–1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) üzvlüyünə namizəd, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd, 1980–1988-ci illərdə MK-nın büro üzvü olmuşdur.

Dörd xarici dil bilirdi.

SSRİ Dövlət təhlükəsizlik orqanlarının və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşı idi.

29 sentyabr 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir. 30 sentyabr 2015-ci ildə MTN-nin Mədəniyyət Mərkəzində vida mərasimi keçirildikdən sonra, mərhum II Fəxri xiyabanda dəfn olunmuş, yas mərasimi Təzəpir məscidində keçirilmişdir.

Ailəsi Ziya Yusifzadə yazıçı, dramaturq Məmmədiyyə Yusifzadənin oğludur.

Mükafatları Xüsusi xidmət orqanlarında xidmət etdiyi 45 ilə yaxın bir müddətdə Azərbaycan Respublikasının, SSRİ-nin və xarici dövlətlərin 40-dan yuxarı orden və medalları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" (2004) və "Şöhrət" ordenləri (2009) ilə təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər Təmiz söhbət — Ziya Yusifzadə (26.03.1999) — YouTube saytı. Ziya Yusifzadənin üçüncü ildönümüdür — az24saat.org saytı

Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları rəhbərləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:SSRİ general-leytenantları