Melanosit stimuləedici hormon (MSH və ya intermedin) — hipofiz vəzinin orta payında əmələ gələn peptid hormondur. Bu hormon dəriyə, gözlərə, saça rəng verən melanin piqmentinin melanositlərdə sintezini təmin edir. Xəstəliklərdən Adisson, diffuz toksik ur (zob) xəstəliyi, Nelson sindromu zamanı bu hormonun qanda miqdarı artır. Nəticədə dəri və selikli qişalar tündləşir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Hormonlar Kateqoriya:Peptid hormonlar Kateqoriya:Ön hipofiz hormonları Kateqoriya:2 xromosom genləri