Çar Boril — İkinci Bolqarıstan imperiyasının IV imperatoru (1207-1218), Kaloyanın bacısının oğlu. Hakimiyyəti

Çar Boril Kaloyanın işğalçı siyasətini davam etdirmək istəsə də, hakimiyyətinin ilk illərində qardaşı Strej Asen Serbiya knyazı Stefan Nemanyiçin köməyi ilə Prosekdə üsyana qalxmışdı. Borilin dayısı oğlu Aleksi Slav da Melnikdə öz müstəqilliyini elan etmişdi. 1208-ci ildə də Latın imperatoru Flandriyalı I Henri tərəfindən məğlub edilərək, şimali Trakiya və Rodopu itirmişdi.Vásáry, István (2005). Cumans and Tatars: Oriental Military in the Pre-Ottoman Balkans, 1185-1365. Cambridge University Press. ISBN 0-521-83756-1. 1209-cu ildə qardaşı Strej yenidən Borilə tabe olmuş, sebastokrator titulunu almışdı.Van Antwerp Fine, John (1987). The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman conquest. University of Michigan Press. p. 97. ISBN 0-472-08260-4. 1211-ci ildə kumanların üsyanını yatırmaq üçün macarlardan kömək alan çar bu kömək müqabilində Belqradı güzəştə getməli olmuşdu.Curta, Florin (2006). Southeastern Europe in the Middle Ages, 500-1250. Cambridge University Press. p. 384. ISBN 0-521-81539-8.

1211-ci ildə Kaloyanın qızı Mariya Aseni imperator Henriyə ərə verərək yeni müttəfiq qazanmışdı. 1215-ci ildə qardaşı Strejin ölümündən sonra Serbiya ilə müharibəyə başı qarışan Boril, 1217-ci ildə II İvan Asenin sürgündən qayıtması səbəbilə 7 ay mühasirə nəticəsində devrilmiş, kor edilmiş və monastıra göndərilmişdir. Ailəsi Kaloyanın dul həyat yoldaşı kuman Anna ilə evlənmiş və adı mənbələrdə verilməyən bir qızı doğulmuşdur.

İstinadlar

Kateqoriya:Bolqarlar Kateqoriya:Hökmdarlar Kateqoriya:Devrilmiş monarxlar