Sənə də qalmaz — musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan mahnıdır.

İlk dəfə Rəşid Behbudov tərəfindən ifa edilmişdir. Sonralar Mobil Əhmədov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Mirzə Babayev, Lütfiyar İmanov, Rauf Atakişiyev, İdris Mehdiyev, Faiq Ağayev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən ifa edilmişdir.

Mahnının mətni Mətn Könlüm sənin əsirin Qəlbim sənindir, yar, Qəlbim sənindir, İnsaf eylə xoş sözlə — Məni gəl dindir, yar, Məni gəl dindir!

Söylə nədir bu ədalar, Bu işvə, bu naz. Gedər bir gün bu gözəllik, Sənə də qalmaz.

Yalqızam, yalqız! Yalqızam, yalqız! Gəl məni möhnətə, oda Salma vəfasız. Söylə nədir bu ədalar, Bu işvə, bu naz. Gedər bir gün bu gözəllik, Sənə də qalmaz.

Dağlar başı dumandır, Yenə dumandır yar! Yenə dumandır. Ayrılığın ölümdən, Mənə yamandır yar! Mənə yamandır.

Söylə nədir bu ədalar, Bu işvə, bu naz. Gedər bir gün bu gözəllik, Sənə də qalmaz.

Yalqızam, yalqız! Yalqızam, yalqız! Gəl məni möhnətə, oda Salma vəfasız. Söylə nədir bu ədalar, Bu işvə, bu naz. Gedər bir gün bu gözəllik, Sənə də qalmaz.

İstinadlar

Kateqoriya:Azərbaycan mahnıları Kateqoriya:Azərbaycan dilində mahnılar