Yardımlı meteoriti və ya Ərus meteoriti — 24 noyabr 1959-cu ildə Azərbaycanın Yardımlı rayonuna düşmüş dəmir meteorit. SSRİ ərazisinə düşmüş üçüncü böyük meteoritdir. Qalıqlar yaxınlıqdakı Ərus kəndində aşkar edilmişdir. Beş nümunə ilə birlikdə meteoritin ümumi çəkisi 150,29 kiloqram olaraq qiymətləndirilir. Meteorit Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda saxlanılır. Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin sözlərinə görə, Yardımlı meteoriti Perseid yağışından gəlmiş ola bilər.
Şahidlər parlaq bolidin buludların arasından cənub-qərbdən şimal-şərqə doğru uçduğunu görüblər. Sıx duman olmasına baxmayaraq, düşərkən təqribən 2800 km2 sahədə yaratdığı güclü işıqlanma 5-10 saniyə davam etmişdir. Ayrı-ayrı parçaların düşməsi reaktiv təyyarə və ya raketdən yaranana etdiyinə bənzəyən fit və dronla müşayiət olunurdu. Meteoritin kimyəvi və fiziki xüsusiyyətlərinin tədqiqinə azərbaycanlı tədqiqatçı Mirəli Qaşqay rəhbərlik edib. Meteoritdə böyük bir Vidmanştetten strukturu və anomal olaraq az miqdarda tritium mövcuddur. Oxşar tritium anomaliyaları əvvəllər digər dəmir meteoritlərində də aşkar edilmişdi.
Amerika alimlərinin xahişi ilə Sovet Meteorit Komitəsi meteorit nümunələrini Kaliforniya Universitetinə, Kembric Astrofizika Rəsədxanasına və Çikaqo Universitetinin Nüvə Tədqiqatları İnstitutuna, həmçinin CERN-ə göndərib. Nümunələrdən biri Fersman Mineralogiya Muzeyində saxlanılır. İstinadlar
Xarici keçidlər
SSRİ Dövlət Televiziyasında Yardımlı meteoriti haqqında reportaj Yardımlı meteoriti — Geologiya və Geofizika İnstitutu Kateqoriya:Azərbaycanda tapılmış meteoritlər Kateqoriya:Yardımlı rayonu Kateqoriya:1959-cu ildəki hadisələr Kateqoriya:24 noyabrdakı hadisələr Kateqoriya:1959-cu ildə Azərbaycan Kateqoriya:Dəmir meteoritlər Kateqoriya:ABŞ–SSRİ münasibətləri