Natəvan Şua qızı Şeyxova (Seyidzadə) () — Azərbaycan müğənnisi, professor, əməkdar incəsənət xadimi (1998), xalq artisti (2006), prezident təqaüdçüsü (2015).
Həyatı Natəvan Şeyxova 1945-ci ildə Bakıda anadan olmuşdur. "Onun böyük ürəyi" filmində Lalə obrazının ifaçısıdır.
Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi(1998), Xalq Artisti(2006), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2015), Bakı Musiqi Məktəbinin "Solo Oxuma" kafedrasının professorudur.
Təhsil: 1963–1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında "Solo oxuma" kafedrasında təhsil alıb.
Pedaqoji fəaliyyəti: 1994-cü ildən "Solo oxuma" kafedrasının dosentidir. Həmin ildəndə BMA-da vokal kafedrasında çalışır.
Ailəsi Səs operatoru Əziz Şeyxovun qardaşı qızıdır. Rejissor Şua Şeyxovun qızıdır. Aktyor Ramiz Şeyxovun bacısıdır. Əməkdar incəsənət xadimi Rafiq Seyidzadənin həyat yoldaşıdır
Filmoqrafiya Onun böyük ürəyi (film, 1958) İstintaq davam edir (film, 1966)
Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri