Monqolların Yaponiya yürüşləri (yapon元寇 Genkō) 1274 və 1281 — Xubilay xanın Yaponiyaya təşkil etdiyi yürüşləri.
Ümumi məlumat XIII əsrdə bir çox ölkələr kimi Yaponiya da monqol hücumuna məruz qaldı. Ölkənin adada yerləşməsi monqolların istila niyyətlərini dayandıra bilmədi. Onlar iki dəfə, 1274 və 1281-ci illərdə Yapon adalarına genişmiqyaslı yürüş cəhdi etdilər. Birinci dəfə idi adət etdikləri atlı qoşunla deyil hərbi-dəniz donanması qüvvələri ilə buna nail olmaq istəyirdilər ki, bu da onların Çin və Koreya kimi istila etdikləri ölkələrin dəniz təcrübəsinə arxalanmadan mümkün deyildi. Monqollar həmçin müsəlman dənizçilərini də bu işə cəlb etmişdilər.
Bunlardan biri monqolların dənizdə çinli Sun imperiyasına qarşı üstünlüyünü təmin etmiş, Zuançjoudan olan ərəb ya da iranlı əsilli - müsəlman Pu Şouqen idiКрюков М.В., Малявин В.В., Софронов М.В. Китайский этнос в средние века (VII-XIII). Москва, 1984.,s.47.
Yaponiyaya yürüş planı barədə Xubilay xana yaxın olan italyan-venesiyalı Marko Polo da xəbərdar idi. “Siyuy” (Çindən qərbdəki ölkədən) dan olanlar, o cümlədən qeyd edilən avropalı, ərəb və iranlı, eləcə də türklər – qarluqlar, kanqllar, qıpçaqlar, uyğurlar, bir sıra tətqiqatçılar tərəfindən türklərə aid edilən – cəlairlər və naymanlar, semu(çin dilindən tərcümədə “rəngligözlülər”, çinlilərin özlərindən seçilən Mərkəzi və Qərbi Asiya və Avropa sakinlərinə verdikləri ad), Çingiz xanın nəvəsi və Çinin Yuan sülaləsinin ilk imperatoru Xubilayın ordusunun mühüm hissəsini təşkil edirdilər. Yaponiyaya yürüş məhz onun adı ilə bağlı idi.
Diplomatik qarşıdurma right|thumb|150px|Xubilay xanın yapon imperatoruna yazdığı məktub, 1266, avqust Əvvəlcə Xubilay–xan Yaponiyanı, bunun üçün monqollara həm mədəni həm də coğrafi cəhətdən yaxın Koreyadan yararlanaraq diplomatik yolla tabe etmək istəyirdi. Koreyalılar yaponların adətlərini və dillərini başqalarından daha yaxşı bilirdilər. Həm də koreyalı hakimlərin, hələ Koreyanın monqollara tabe edilməsindən əvvəl Kyuşu, Tsusima və İki adalarından Koreyaya quldurlar (vako) hücumları edən yaponlara qarşı öz iddiaları vardı.Rossabi M. Khubilai Khan. His life and Times. University of California press, Berkeley-Los Angeles-London,1988., p.99; 2, с.103–104). Bu quldur hücumlara ancaq monqol Yuan hökuməti tərəfindən 1263-cü ildə ciddi tədbirlər görüləndən sonra son qoyulmuşdu. Koreyalılar monqolların dilmancları və bələdçiləri idi, bəzən isə Koreya hakiminin özü yapon-monqol münasibətlərində vasitəçi idi.
1266-cı ildə koreyalı Ham Puqanın müşayəti ilə monqol elçisi Yaponiyaya gəlir və yapon imperatoru ilə görüş tələb edir.
Monqol elçiliyini paytaxt Kiotoya buraxmırlar, imperator görüşdən imtina edir. Lakin Xubilay xanın məktubunu ona çatdırırlar.
Bu məktubda monqol xaqanı yaponlardan dərhal tabe olmağı, onun vassalı olmağı və xəracla birlikdə elçilərin onun sarayına göndərilməsini tələb edirdi. Əks halda Xubilay xan imperatoru müharibə ilə hədələyirdi. Yapon imperatoru Kameyama, yarım il ərzində monqol elçiliyini gecikdirərək ama cavab verməyərək danışıqları uzatmaq taktikasını seçirЧулууны Далай. Монголия в XIII-XIV веках. Москва, 1983.6, с. 78).
Xubilay xanın məktubu ilə eyni vaxtı Koreya hakimi də yapon imperatoruna məktub göndərərək, ona monqollara tabe olmağı məsləhət görür. Lakin bunun da xeyri olmur.
Onda Xubilay xan danışıqları dayandırmayaraq, Yapon adalarına hərbi yürüşə hazırlaşmağa başlayır. 1268-ci ildə, tərkibində koreyalı diplomatların da olduğu monqolların ikinci elçiliyi Yaponiya sahillərinə çatır, lakin onları da eyni cürə qarşılayırlar.
Yaponiyada real hakimiyyət şoqun Xodzö Tokimunenin hökuməti(“bakufunun”) əlində olduğuna görə, imperator ancaq şahlıq edirdi idarə etmirdi.
İmperator sarayı Kiotoda, şoqunun qərargahı isə Kamakurada yerləşirdi, və, əgər söhbət uzlaşmadan gedirsə, bu hal da dərhal cavab üçün əlverişli şərait yaratmırdı, xüsusi ilə əgər süründürməçilik taktikası yaponlara əl verirdisə. Şoqun Xodzö Tokimune, monqollara tabe olmaq istəməyən qəti və sərt siyasətçi idi. Onun dayağı samuray döyüşçü zümrəsi idi.
Xubilayın ikinci məktubu da cavabsız qaldı, elçilik isə ölkədən çıxarıldı. Bundan sonra daha iki yuanlı elçiliyin yapon sarayına, baxmayaraq ki koreyalılar yaponları monqolların müharibə hazırıqları barədə xəbərdar etmişdilər, eyni rədd cavabı alan, səfəri oldu 1271 və1272-ci illərdə. 1272-ci ildə yapon Kyuşu adasında olmuş Xubilay xanın emisarı Çao Lənpi, iki ay ərzində ultimativ cavab şərti ilə Xubilay xanın yaponlara məktubunu verdi.
Qayıdanda Çao Lənpi Xubilay xana Yaponiya barədə, onun adətləri, qaydaları və müdafiəsi barədə məlumatlar verdi. Bu vaxta qədər monqollar Sanyan yanında çinli Sun sülaləsinin qoşunları üzərində qələbə çaldılar, və yuanlı qoşunların bir hissəsi Yponiyaya yürüş üçün ayrılmışdıRossabi M. Khubilai Khan. His life and Times. University of California press, Berkeley-Los Angeles-London,1988.11, p. 101-102)..
Monqolların ilk Yaponiya yürüşü yardımçı tədbir idi və cənubi Çinin işğalı üçün arxanı təmin etmək üçün lazım idi. Yapon ticarət gəmiləri Sun sülaləsini dənizdən təmin edirdilər.
Bununla belə Marko Polo monqolların yürüşünü şərtləndirən başqa səbəblərdən də xəbər verir: ”Yaponiya zəngin adadır və tükənməzdir. Və böyük xaqan(Xubilay xan) bunlar barədə rəvayət ediləndən sonra, o bu adanı tutmaq istədi”Книга Марко Поло о разнообразии мира, записанная пизанцем Рустикано в 1298 г. от Р.Х., Алма-Ата, 1990., с. 156.
Birinci yürüş right|thumb|150px|Monqol donanmasının tufana düşməsi və məhv olması,tuş, Kikuti Yösai, 1847
Yapon adalarına uğurlu müdaxilə üçün Xubilay xanın əmri ilə koreyalılar nəqliyyat gəmiləri tikdilər. 1274-cü ilin noyabrında 7 min koreyalı dənizçi və 21 minlik monqol, türk, çinli, cürcen, koreyalı, kidan, müsəlman – iranlı və ərəbdən ibarət desant tərkibində yapon sahillərinə yönəldilər.
Koreyalı desantçılar 6 min idi, əsas hissəsi isə çinli və cürcenlərin payına düşürdü, onlar monqolların yardımçı qoşunlarında idi, hərçənd ki yürüşdə Yuan imperator qvardiyasının çinli hissələri də iştirak edirdiRossabi M. Khubilai Khan. His life and Times. University of California press, Berkeley-Los Angeles-London,1988., p. 44-47.. Zərbə qüvvəsini sayları çox olmayan, ama yüksək döyüş qabiliyəti ilə seçilən, monqol yürüşlərinin veteranları, monqol və türk döyüşçüləri idi. Bu yürüşdə onlar adət etmədikləri, əsasən dəniz piyadaları kimi hərəkət etməliydilər. Bununla belə monqollar məhdud olsa da, əsasən çaylarda və dəniz sahilinə yaxın məsafədə, dənizdə döyüş bacarıqları vardı. Məsələn Tayvanın alınması, Yanszı və Xuanxedə döyüşlər, daha öncə isə Amu Dərya, Xəzər və Volqada. Lakin Yaponiayaya yürüş kimi genişmiqyaslı donanma əməliyyatına monqollar ilk dəfə idi cəhd edirdilər.
Tarix Yuan imperiyasının türk əsilli çox donanma admiralı barədə xəbər verir. Onların arasında monqol Xindu, cəlair Alaxan, naymanlar Kudukas və Nantszyatən, türk –karluq Karatay, kanqllar Yesuday və Yesudar, ali tümənbaşı qıpçaq Bəyteymur(çincə Botemur -A.k) Yaponiya üzərinə yürüşlərdə iştirak etmişdilər.
“Yuan-şi” bu barədə yazır: “...Nantszyatəy...strateji düşüncə tərzinə malik idi....Yanszını forsaj edəndə Sun imperiyasının qoşunlarını məğlub etdi...”böyük sərkərdə” titulunu və daruqaçı(əyalət canişini) aldı, Tayvanın alınmasında iştirak edirdi....Tümənbaşına(tümən komandanı) qədər xidmət etdi....Qızıl qaplan kəmər paytzasını(döyüşdə igidliyə görə xüsusi mükafat) aldı. Yaponiya üzərinə yürüşdə iştirak etmişdi.Юань-ши («История династии Юань»). Шанхай-Пекин, 1958., цз. 133, s. 27514. “Monqollarin böyük ordusu Sanyanı və Fançeni mühasirəyə alandan sonra, Alaxan bu şəhərləri cənubda blokadaya aldı. Fançen dağıdıldı, Sanyan isə təslim oldu...Alaxan “tümənbaşına” qədər qulluq etdi....yapon yürüşündə iştirak etdi....” (Юань-ши («История династии Юань»). Шанхай-Пекин, 1958., цз.129, s.27445–27446) “...Kudukas yapon yürüşündə həlak oldu...” Юань-ши («История династии Юань»). Шанхай-Пекин, 1958., цз. 123, s. 27394..“Xalunay(Karatay) monqolların hökumət qoşunları tərkibində Yaponiyaya yürüşdə iştirak edirdi, lakin dənizdə tufanla dayandırıldı və (ona tapşırılan gəmilər) geriyə dönməli oldu...Юань-ши («История династии Юань»). Шанхай-Пекин, 1958., цз. 132, s. 27481.. “Yesuday Yaponiyaya yürüşdə iştirak etmək əmri aldı. Oxlu yayla, “uzaqa gedəcək böyük sərkərdə” titulu və(Yapon yürüşündəki igidliyə görə) tümənbaşı rütbəsi ilə təltif edildiЮань-ши («История династии Юань»). Шанхай-Пекин, 1958., цз. 134, s. 27502.. “Yesudar Tszənxuayda(Xuanxe ilə Yanszının arası -A.K) yüz gəmiyə başçılıq edirdi və Yaponiyaya yürüşdə iştirak edirdi. Qoşunlarını qoruyaraq yürüşdən qayıtmışdır və buna görə imperatorun sərəncamı ilə 100 rəyyət həyəti mükafat almışdı”''Юань-ши («История династии Юань»). Шанхай-Пекин, 1958., цз. 133, s. 27490.
Yuanlıların ağır daş atan maşınlarının topçuları müsəlmanlar-iranlılar və ərəblər idi, eləcə də çinlilər. Monqol sapan artilleriyası artıq o zaman, müxtəlif yürüşlərdə uğurla tətbiq edilən, içi barıtla doldurulan dəmir mərmilərə malik idi. 300 böyük və 400 – 500 arası kiçik gəmi yuanlı qoşunlarını Tsusima, İki və Kyuşu adalarına daşıdılar. Əgər Tsusima və İkidə yapon müqaviməti dərhal dəf edildisə, Kyuşuda gərgin döyüşlər qızışdı.
Yaponlar monqolların yürüş hazırlıqları barədə bilsələr də, gərəkincə adanın müdafiəsini hazılaya bilmədilər, baxmayaraq ki hücum qüvvələri mütləq say üstünlüyünə malik deyildilər.
Lakin istər sərkərdə, istər sıravi döyüşçülər səviyəsində döyüş hazırlıqları və təcrübədə baxımından monqol qoşunlarının üstünlüyü aydın idi. Üstəlik ada müdafiəçilərinin üzərinə “müsəlman” və çinli daş atan maşınların bütün qüvvəsi yönəldilmişdi. Onlar cəsarətlə müdafiə olunurdular, lakin birdən düşmən onlara, əl topu boyda çincə te pao yaponca teppo adlandırılan barıtlı mərmilər atmağa başladı.
Bir neçə min belə mərminin partlayışı, ətrafı silkələyən böyük gurultu yaradırdı. Şahidlərin dediklərinə görə, əvvəlcə heç vaxt buna bənzər şey görməyən yapon döyüşçüləri, arxada xeyli ölü buraxıb təşviş içində qaçırdılarШколяр С.А. Китайская доогнестрельная артиллерия (Материалы и исследования). Москва , 1980., с.196..
Artıq monqolların Kyuşu adasının şərq sahillərinə ilk desant dalğasından sonra yaponların müdafiəsi sarsıldı. Birinci sutkanın axırına yaponlar canlı qüvvədə və hərbi sursatda böyük itki verdilər, və ancaq gecə qaranlığı yaponları tam məğlubiyətdən qurtardı. Qurtuluş gözlənilmədən gəldi, tufan və boran monqol donanmasının böyük hissəsini batırdı. 13 min adam itirən monqollar geriyə çəkilməli oldular.
1275-ci ildə Xubilay xan Yaponiyaya Tu Şiçunun və Xo Vençunun başçılığı altında yeni elçilik göndərdi, lakin qələbədən ruhlanan yaponlar Xubilayın elçilərini edam etdilər. Monqollar üçün bundan artıq təhqir düşünmək mümlün deyildi və əlbəttə ki Xubilay bunu cavabsız qoya bilməzdi.
Lakin o Yaponiyaya, Sun imperiyasını 1279-cu ildə tamamilə məğlub edənə və bütün Çini tabe edənə qədər dərhal hücum edə bilməzdi. Bütün bu vaxtı, Yaponiyanın müdafiəsinə başçılıq edən Xodzö Tokimune boş oturmurdu.
thumb|left|500px| Xakatada-ki müdafiə divarı.
Monqolların ehtimal olunan hücum istiqaməti Kyuşuda, samuray qüvvələri, onların yarağ, sursat və azuqə eytiyatları cəmləşdirilmişdi.
Beş il ərzində dənizkənarı Xakozaki şəhərindən, Xakatadan keçməklə İmazuya qədər daş hasar hörülmüşdü. Sərkərdələrə döyüşçüləri lazımi istiqamətdə cəmləşdirmək imkanı verən mobil yapon qoşun hissələri yaradılmışdı.
İkinci yürüş 1280-ci ildə Yaponiyaya yeni yürüş üçün Xubilay xan yeni qoşun toplamağa başladı. Bundan bir il öncə Yaponiyaya daha bir eilçilik göndərilmişdi, lakin şoqun eilçiləri casusluqda suçladı və onların boyunlarını vurdurdu.